.

Co Baydenin  1915 olaylarına "soyqırım" deməsi əslində  savadsızlığın və təfəkkürsüzlüyün ifadəsidir. Məsələnin siyasi məqsədlər güddüyü heç kəsə sirr deyildir. Kişi söz veribmiş, doğru oldu- olmadı, həqiqət oldu- olmadı , vədinə əməl etmişdir.

Bu ifadə şübhəsiz ki, siyasi xarakterli olduğundan ABŞ- Türkiyə münasibətlərinə mənfi təsir edəcəkdir. Bundamn məmnunluq duyan ermənilər üçün ola bilsin ki, bəzi mal- mülk davalarına yol açılacaqdır. Amma bu bədbəxtlər anlamırlar ki, ən böyük zərər elə onların özlərinə dəyəcəkdir.  Erdoğanın təklif etdiyi 6-lı format da artıq tarixə qovuşacaqdır, Türkiyə və Azərbaycan  səmimi şəkildə Ermənistanın düşmənçiliyinə rəğmən onları xilas etmək istəyirdi. İndi uzun müddət Türkiyə - Ermənistan sərhədlərinin açılmasından bəhs edilməyəcək. "soyqırım" ifadəsinin əsirinə çevrilən böyük bir erməni toplumu yenə də maşa olmaq, oyuncaq olmaq kimi bir görəvini üzərinə götürdüyündən eyni xislətdə qalacaq, milliyətçi və revanşist düşüncələrdən xilas ola bilməyəcək. Bu bədbəxtlər anlamırlar ki, Amerika onlara yeni bəlalar sırıyıb. Rusiyanın əlindən demokratiya adı altında yeni bir oyuncağı ələ keçirmək istəyir. 

Bu mücadilənin nə ilə nəticələnəcəyi hələ məlum deyil. Bəlkə də "soyqırım" ifadəsinin birdəfəlik gündəmdən çıxması ilə  başlanan oyunun yeni siyasi situasiyalarda yeni imkanlarla rastlaşacağıq? Hər halda bu olaydan sonra Türkiyə Azərbaycan yeni strateji xəttini müəyyənləşdirməlidir. Məncə Baydeni  və onun təmsil etdiyi ölkənin hərəkətinin böhtançı kimi hüquqi müstəviyə  gətirilməsinə ehtiyac var. Böhtan atdığına görə onu məhkəməyə verməkdən belə çəkinməməliyik.  Bir də yalnız bu konuda deyil, bütün milli məsələlərdə toparlanmamıza, mücadilə və fəaliyyətimizi ümüumu bir sistemə keçirməyimizə ehtiyac var. 

Nəhayət anlamalıyıq ki, imperial güclər bundan sonra müxtəlif bəhanələrlə üzərimizə gələcəklər. Türkiyə ilə bütövləşmənin, bir konfedeal birlik olmanın ehtiyacını anlamalıyıq. Türk Birliyinin sözdə deyil, əməldə ittifaqını oluşdurmağın fundamental əsaslarını yaratmalıyıq.

Qafar Çaxmaqlı,

Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi

.

Sizi Tanıyaq layihəsinin qonağı, öz savadı və istedadı ilə seçilən Məcidli Uğurdu  AFİA.AZ istedadlı məktəbli, qiraətçi Uğurun müsahibəsini təqdim edir:

Ardını oxu...

.

SİZİ TANIYAQ layihəsinin bir qrup istedadları qadınları təbrik edib. Təbrikdə deyilir: "Əziz qadınlar! Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirik! Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirik. Sizin hər birinizə möhkəm cansağlığı arzulayırıq! "

Ardını oxu...

.

Sizi Tanıyaq layihəsi bu dəfə də 9 yaşlı məktəbli, savadı və istedadı ilə seçilən 
Arzu Quliyeva ilə söhbətləşdi. Arzu "ağlım kəsəndən ad günü keçirmirəm çünki, ad günüm 20 yanvar tarixinə düşür. Mənə deyirlər ad günümün vaxtını 20 yanvardan əvvələ və ya sonraya salaq, amma mən razı olmuram. Çünki mənim ad günüm məhz 20 yanvar tarixindədir və mən öz ad günümdə hər il şəhidlər xiyabanına gedirəm"-deyir. 

Ardını oxu...

.

Sizi Tanıyaq layihəsinin qonağı, öz savadı və istedadı ilə seçilən 7 yaşlı Cümşüdlü Uğurdu AFİA.AZ istedadlı məktəbli , Qiraətçi Uğur Cümşüdlünün müsahibəsini təqdim edir:

Ardını oxu...

.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonaqları, yazar, həmçinin gözəl səs sahibi Səxavət Qarabağlı və qızı, öz səhnə mədəniyyəti və səsi ilə sevilən gənc xanəndə Nuray Məmmədlidir.

Ardını oxu...

.


Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı,  gənc xanəndə Həzrət Əzizlidir.
AFİA.AZ istedadlı gənc Həzrət Əzizlinin müsahibəsini təqdim edir:

Ardını oxu...

.


Asiya Fakt İnformasiya Agentliyinin Baş Redaktoru Şəfayət Avılbəyli Əliyev Qəhrəman qazimiz Anar Quliyevdən yazdı. 

Ardını oxu...

.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının bugünkü qonağı gözəl əl işləri ilə tanınan Könül Rüstəmbəylidir. 
AFİA.AZ müsahibəni təqdim edir:

Ardını oxu...

Xəbər lenti