.

Azərbaycanla Türkiyənin növbəti dəfə qardaşlıq sevgisini nümayiş etdirməsi üçün gözəl fürsət yarandı. Varmı dünyada bu qədər birlik, bu qədər vətən sevdalıları, qardaşlıq bağlılıqları. Əlbəttə ki, iki qardaş ölkənin müttəfiqliyinin dünyada ikinci nümunəsini tapmaq çətindir. Bunun üçün ən gözəl fürsət Afrin Zəfər Festivalının birlikdə qeyd edilməsi oldu.
Bildiyiniz kimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövlətinin, millətinin təhlükəsizliyi naminə Suriyanın Afrin bölgəsində terrorçulara qarşı TSQ-nin başladığı əməliyyat uğurla başa çatıb. Azərbaycandan da  bu əməliyyatlar yaxından izləndi, ictimai-xalq dəstəyi verildi. Türkiyəmizin uğuruna bərabər sevindik. Elə bu sevinci birlikdə bölüşmək və Afrin zəfərini qeyd etmək üçün  Martın 28-də Bakıda “Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə “Hanlı Pazar” Ticarət Mərkəzində “Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçirilib.
Bu festival qürurverici və tədqirəlayiq idi. Ona görə ki, azyaşlıdan tutmuş böyüklərə qədər, sadə vətəndaşlardan tutmuş iş adamlarına qədər hamı bir nəfər kimi xoşbəxt görünürdü, hər kəsin dilində eyni sözlər səslənirdi. Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət – iki dövlətik” ifadəsi tədbir iştirakçılarının əsas devizinə çevrilmişdi.

"Türk əsgərinə eşq olsun!”, "Bir bədəndə iki can, Türkiyə Azərbaycan!” –bu ifadələri "Mehmetciyə salam olsun” layihəmin çəkilişinə başlayanda orta məktəb şagirdlərinin dilindən eşidərkən necə böyük Türk sevdalılarının, böyük bir vətənpərvər ordusunun yetişdiyinə bir daha əmin oldum. (Mehmetciyə salam olsun Videoçarxımızı buradan izləyin)
Gözlərində sevinc, qəlblərində inam hissi olan məktəblilər elə Hanlı Pazara da coşğuyla "Türkiyə Azərbaycan bayraqlarını dalğalandıraraq gəldilər. 
Mehmetciyə məktublarında onlara inandığını, tezliklə qələbə sevincini alacaqlarına inandıqlarını yazan şagird və tələbələr yanılmadılar- O böyük gün gəldi  və Afrin Zəfər Festivalında əsgər düzülüşü ilə tədbir iştirakçılarını qarşıladılar, Mehmetyciyə salam göndərdilər.



Afrin  zəfəri həm də bizim zəfərimizdir, tarixdəki azsaylı qələbə günlərimizdən biridir
 
İş adamı, "Okuklu Holdinq” İdarə Heyətinin sədri Yılmaz Okukluya bu gözəl və gərəkli festivalı  məhz Bakıda təşkil etdiyinə görə təşəkkür edirik. İnanırıq ki  dəstəyimizdən Türkiyə əsgərləri və xalqı da qürur hissi keçirdi.
 
Asiya Fakt İnformasiya Agentliyinin Etibarlı Əllərlayihəsinə müsahibəsi zamanı Yılmaz Okuklunun söylədiyi kimi "Türkiyənin bölgədə qazanacağı zəfər sabah Qarabağdakı qələbəmiz olacaq!"
İnanırıq ki tezliklə Qarabağ  öz əsl sahibiblərinə azərbaycanlılara qaytarılacaq və növbəti zəfər festivalı Qarabağ zəfər festivalı olacaq
 
Vüsalə Qələndərli
Asiya.info


Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib

Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib
Bakıda Afrin Zəfər Festivalı keçirilib


.

İnsan komediyası..


Qərbi Avropa realizminin zirvəsi hesab edilən Onore de Balzak  yazdığı əsərlərin hamsına bir ad verib verib - İnsan komediyası. O, bütün bu epopeyada sadəcə Faransız həyatının bütün sahələrini 143 kitabda əks etdirməyi bacarsada bu əsər həm də cəmi bəşərin görnüşünü özündə ehtiva edir. Doğrudan da böyük yazıçının cəmiyyətə və dünyada baş verən proseslərə komediya kimi baxması sözün əsl mənasında DAHİLİK IDİ.


         
Məsələn, “Polkovnik Şaber” əsərində Fransa hökuməti böyük sərkədəsinin döyüşdə qəhrəmancasına həlak olduğuna görə abidə ucaldır. Lakin 1-ci dünya müharibəsində itkin düşən Şaber illərdən sonar səfil gündə vətəninə qayıdır və deyir ki, mən polkovnik Şaberəm. Hamı onu məsxərəyə qoyur,  heç kəs inanmır.Hətta milli qəhramanın adını aşağıladığına görə tutub Şaberi dəli kimi türməyə salırlar.Küçələrdə heykəlləri ucalan Şaber türmədə özünü isbat edə bilmir ki, bilmir..Türmədə işgəncələrə məruz qalan sərkərdə -ona sən kimsən? sualını ünvanlayanlara artıq: 
-Mən 416-yam- deyirmiş.Yəni məhbus nömrəsini..
Doğrudan da dahi Balzak gündəlik həyatımız və bu yaşamın sadəcə bir adını qoymasının nə qədər dərin fəlsəfəsi varmış-İnsan komediyası..
Təbii ki,bizim ədəbi simalarımızda, müasirliyi baxımından heç də Balzakdan geri qalmayaraq bir çox əsərlər yaradıblar. H.Cavid dramaturgiyasında Insan, Iblis, Tanrı kоnsepsiyası (“Şeyх Sən`an”, “Iblis”, “Peyğəmbər”) öz mahiyyətinə görə mürəkkəb bədii, dini, fəlsəfi prоblemləri özündə ehtiva edir və görünən odur ki,istər Cavid,istərsədə Balzak və digərləri  “kürə” şəklindəki dünyaya sanki yuxarıdan baxmış kimi-  sadəcə İnsanın necə bir məxluq olduğunu anlatmağa çalışıblar.(Təsəvvür edin ki,biz kənardan arıların,yaxud qarışqaların həyatına kənardan baxmış kimi..)Və yazdıqca,yazıldıqca düşünürlərmiş ki,bəlkə gələcək bu əsərlərdən heç olmasa bir damcı qablarına nəsə qoyacaq?! Allah Sabirə də,Cəlilə də,Fətəliyə də rəhmət eləsin!Elə günümüzün bu günü də yazarlar hey yazır..Ama  insan komediyası bitmir, Və bitməz….Məsələn Ayaz Arabaçının yazdığı kimi..

Dəftər-kitabnan deyil, kəl hər yaşda kəl qalır, 
Əlimizin üstəki yekə qıllı əl qalır, 
Bizi seyr eləyənlər baxıb məəttəl qalır, 
Necə can saxlayırıq acgöz itlər içində. 

Mən də istədim Balzak kimi xırda hadisələrin komediyasını yazam.. 
 
İtlərin tərbiyyəsi
Yer kürəsində bütün canlıların can atdığı ilahi varlıq olan əzəli, əbədi bir qüvvə var. Bu qüvvənin adı məhəbbətdir. “Məhəbbət hər adamda bir cür şəfqət edir., ehtiras, təşviş, qısqanclıq, qəzəb, sevinc və Hərislik ...Bunlar adəm oğlu insana xas olduğu qədər heyvanata daxildi.Böyük Nəsimi demişkən “Cahilin tərzi həyatı heyvanatın tərzi həyatı ilə uyğundur”…Məsələn təxminən 2 gün öncə hansısa radioverlişdə itlərin tərbiyəsindən söhbət danışılırdı.Verlişin qayəsi isə o idi ki,itlərə davranışda çox həssas olmaq lazımdı.İtləri yumruqla vurmaq olmaz,sadəcə hirslənəndə əlin içi ilə arxa tərəfinə yavaşca vurursan ki,bu tənbeh növüdür.Əslində  verlişdə itlə  insanın tərbiyəsində elə  bir fərq olduğunu görmədim.Ən pisi isə odur ki,itlər insanın yaxşısını pisini seçə bilir.Məsələn kənddə bizim itimiz hər adama hürməzdi..Və yaxud itlər “insanın” qoyduğu  bombanı tapa bilir,itlər sahibini heç vaxt darda qoymur.. Amma biz? 
“Pəncərədən uzun müddət həmişə baxdığım yerlərə sonuncu dəfə kədərlə, dərdlə baxa-baxa quruyub qaldım.Evimlə, yurdumla beləcə vidalaşdım, sağollaşdım.Həyətə çıxanda isə daha özümü saxlaya bilmədim.
Titrəyə-titrəyə üstümə atılan itlərim sanki fəryad qoparıb, mənnən imdad diləyirdilər.Başa düşürdülər ki,son görüşdü-itlərimi,evimi qoyub gedirdim.Aşağı əyildim,itlərlə vidalaşmaq üçün.Hər ikisi də dal ayaqları üstə qalxaraq titrəyirdilər.
Yaşla dolu gözlərimlə bir təhər gözlərinin içinə baxdım.Hər iki itin gözündə yaş parıltısı gördümBu dəfə hönkürtümü saxlaya bilmədim.İtlərin çox duyumcul olduğunu eşitmişdim.Axır ki,gözlərimlə də gördüm”. Bu sətirlər Qərbi Azərbaycandan qaçqın taleyli şairimiz Tahir Talıblının öz el-obası ilə son görüşünün tablosudu..
Fədayə Laçın komediyası...
Bizdə criminal aləmi bəzəyən müğənnilərin söz -söhbəti bitmir.Hacı Məmmədovun  Mətanətindən,İlhaməsindən sonra Fədayəsi çıxdı.İndi də deyirlər ki,sən demə bu qoca kişi Lənkərannan xüsusi avtoynan yola salınıb.Orda heç Fədayə olmayıb.Bəs görəsən Fədayə nə üçün həbs olunub?
Əlqərəz,maraqlısı odur ki,heç utanmadan sənətkar Birilyant  Mehriban xanım Əliyevaya həbsdə olan bir anaya dəstək olmasını xahiş edib. Bir az bu ana söhbəti yerinə düşməyib bəlkə də)…Müraciətin komediyası aşağıdakı kimidir..
Sizə müraciət edib, istedadlı müğənni, gənc qadın, ən əsası bir övlad anası Fədayə Laçına dəstək olmanızı xahiş edirik. Mən onu şəxsən tanımıram. Yalnız sizin ədalətli, xeyirxah, heç kəsin dərdinə indiyə kimi biganə qalmadığınızı bildiyim üçün Fədayə Laçına dəstək olacağınıza ümid edirəm".
Təhlükəli oğru...
Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur. Kimin yolda qalması,kimin xəstəxanada ölməsi o qədərdə əhəmiyyət kəsb eləmir. Zabratdakı "Ayxan" marketdən oğurluq edən. 40-45 yaşlarında bir qadın marketdən makaron və yağı gödəkçəsinin altında gizlədərək marketdən çıxır. Adam oğurluqda deyə bilmir. İşçilər elə həmin vaxt nəzarət kamerasından hadisəni görüblər. Müdirə məlumat verilib. Müdirsə deyib ki, "dəyməyin, getsin. Ehtiyacı var deyə götürür". Məncə bir yağ və makaron götürməyə ehtiyacı olan adam təhlükəli deyil. Təhlükəli olanlar milyon yeyir (oğurlayır).(Frzalar İlkin Muradova məxsusdur).
Bax bu miliyonu kimlər yeyir…Market rəhbərliyi açıqlamayıb.
Allah Balzaka rəhmət eləsin!
Şəfayət Avılbəyli Əliyev
.
Mən hər gün sadəcə iki şey haqqında fikirləşə bilirəm: bir evdən işə çatmaq,birdə işdən evə qayıda bilmək ...Hər gün bu iki fikri həyata keçirmək uğrunda beynimə min cür şeytanlar gəlir. Məsələn, deyirəm ki, görəsən, nə vaxt uçacayıq. Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik. Bax, beləcə gic-gic fikirlərlə gəlib çıxırıq metro Koroğluya...

Çox qəribə də olsa, bizim yolumuz gedəndə də, gələndə də Koroğlu metrosundan keçir. İndi şəhər əhlinin çoxu bu zonaya axışıb. Təbii ki, bunun da müəyyən səbəbləri var. Evlərini baha qiymətə satıb əlində sərmayə etməyə “məhkum”olanlar məhz bu ərazilərdə yerləşməyə üstünlük verir.
Əslində biz və bizimkimilər günümüzun 4 saatını sadəcə “Koroğlu” uğrunda mübarizəyə ayırırıq- bir növ KAMİKADZELİK ... Axırı ölüm də olsa, biz əsl kamikadzelik edirik.
Əvvəllər bu metronun adı Əzizibəyov idi, onda şükür, pis deyildi abu- hava... Sonralar bu metronun adını dəyişib elədilər Koroğlu...
“Koroğlu” demişkən, bir alimimiz yazmışdı ki, Koroğlu Gədəbəy rayonunun ərazisində yaşamışdır. Bunu əsaslandırmaq üçün bəzi arqumentlər də ortaya qoymuşdu. Məsələn, Gədəbəy ərazisində Koroğlu qayası olması, Şəmkir rayonunda Çənlibel qəsəbəsi kimi yer, yurd adları, sən demə, imkan verir, deyək ki, məhz Koroğlu Gədəbəydə “doğulub” və orada yaşayıb, 7777 dəlisi də elə orda “təşəkkül” və “tənəzzül” etmişdir. Düzdü, indinin özündə də burada “dəlilər” çoxdu. Hətta Koroğlu kimi adamlar da var-yəni bığıburma. Amma ki, nə faydası, hər axşam metro Koroğludan evinə belə getməyə taqəti yoxdu..
Bunlar başqa, məndən deməkdi; 5 əsr sonra deyəcəklər ki, Koroğlu Gədəbəydə yox, məhz elə Bakıda, indi adını verdiyimiz Koroğlu metrosunda yaşayıb. Necə ki, Azərbaycan dili dərsliyində Şirvanşah oğluna deməyibmi ki, oğul bir bina tikdirərsən, özü də İçərişəhər metrosunun yanında...?
Lakin Koroğlu çox qoçaq adam olub, durub Gədəbəydən düz Toqata, Amasiyaya, nə bilim İqdıra, İzmirə qədər gedib... Heç bir dəfə də olsun oxumadım ki, Koroğlu Kürdəmirə, Ucara, Şamaxıya səfər edib...
Deyilənə görə, təkcə Kürdoğlu anasının yanından dədəsinə tərəf gələndə Kürdəmirdən keçib. Kürdəmirə çatanda öz-özünə deyib ki, anama demişdim, heç kimə demə, hələ bir yazıb yola da yapışdırb-KürdƏmir...
İndi hər axşam bu metronun həndəvərində dolaşan dəlilər sadəcə evlərinə getmək uğrunda kamikadzelik edirlər.Bu KAMİKADZELERİN axırı isə məlumdur.
Şəfayət Avılbəyli
Asiya.info
.
Zahid Oruc, 
Milli 
Məclisin  deputatı

Roma hakimləri onlar kimi düşünməyən və dini doqmalarla dünyanın şəklini çəkənlərlə dalaşan Cordano Brunonu edam kötüyünə yola salanda öz dövrünün mahir oratoru və böyük filosofu dizləri əsən kilsə xadimlərinin və izdihamın rəhmli, qəzəbli,qarmaqarışıq baxışları qarşısında sokratcasına belə söyləmişdi:” hökmü dinləmək yox,onu oxumaq sizlər üçün daha qorxuludur”.

İdeyası və sarsılmaz elmi həqiqəti naminə inkvizisiya məhkəməsinə çəkilən alimin canından məhrum edilməsi belə onu əqidəsindən döndərə bilməmişdi.Brunonun ölümdən sonrakı həyatın olmadığını söyləməsi, yeri mərkəz sayan rahiblərə rişxəndlə gülməsi,yaxud Məryəmin övladının ola bilməzliyini iddia etməsinin ona verilən cəzanın qəddarlığına çox az dəxli vardı. Çünki eşefota gedən adam ondan 16 əsr əvvəl çarmıxa yollanan İsa Məsihin Ponti Pilat qarşısında göstərdiyi ölümsüzlüyə şəhadət gətirərək peyğəmbərcəsinə son sözlərini belə söyləmişdi:”yandırmaq, hələ inkar etmək deyil.Növbəti əsrdə məni başa düşəcək və qiymətləndirəcəklər”!

Günəşin “kor etdiyi” kütlənin orta əsr qaranlığına bürünmüş zehniyyətinin əksinə olaraq,zaman Brunonu haqlı çıxardı. Bəlli oldu ki,Yer kürəsi həqiqətən öz oxu və orbitində olduğu planetin ətrafında dəqiq bir trayektoriya üzrə dövr edir. Beləliklə,bizi 1670 km/saat sürətlə fırlayan Yer kürəsinin əbədi səyahətinə çıxan sərnişinlər kainatın sirlərini dərk edincə nə qədər başları edam kötüyünə yuvarlatdılar.Lakin Musa peyğəmbərin Qırmızı dənizdən keçdiyi kiçik bir xilas yolu kimi mütləq həqiqətə doğru gedən adamlar hər zaman tapıldı.Nəticədə,buxar maşını,elektrik cərəyanı,internet kommunikasiyası və nəhayət, smarttexnologiyalar dünyanın əzəli şəklini büsbütün dəyişdi. Beləliklə,son yüz ildə edilən kəşflərin ən yüksək zirvəsi kimi Yeni planetlərə-kosmik fəzaya ucalmağa can atan insan təkcə ruhən deyil,həm də cismən Allaha yaxın olmaq istədi.

Budur,dünən son yüz ildə insanlığı arxasınca aparan və az qala qaranlıq səmada ulduz karvanına çevrilmiş Nobel Komitəsi ilin növbəti qaliblərini elan edirdi.İsveçli bir mühəndisin özündən sonra qoyub getdiyi varidat dövlətlərin və insanların arasındakı sərvət müharibələrindən fərqli olaraq,sülhə,aydınlığa və yeniliyə xidmət edir.Hətta soyuq savaş illərində İvan Buninin,Boris Pasternakın, Aleksandr Soljenıtsının və digər görkəmli şəxsiyyətlərin fərqli ideoloji səngərdə durduqlarına görə onlara mükafatların verilməsi belə sözügedən şəxslərin miqyasını kiçildə,ədəbi fikir xəzinəsinə verdikləri nəhəng əsərlərin üzərindən xətt çəkə bilməz.Axı kimsə Fondun vəd etdiyi milyon dollardan artıq pul uğrunda,yaxud hər ilin 10 dekabrında gecə frakında bal rəqsinə çıxmaq naminə çarpışmır ki.Bir də axı müxtəlif təzyiqlər qarşısında layiq olduqları mükafatlardan imtina edənlərin də sayı onlarladır.Lakin başlıcası, tarixin təkərini irəliyə aparan və “Sizif əməyi” ilə elmi pyedestalın zirvəsinə ucalanlar özləri ilə barəbər,insanlığı da yüksəldirlər.

1 oktyabrda yaşadığımız ilin və zamanın əqrəblərinin hansı səmtə yönəldiyini təyin etmək üçün Nobel Şurası tibb və fiziologiya sahəsindəki laureatları elan edirdi.Bəlli oldu ki,üç amerikalı alim-Cefri Holl,Maykl Rozbaş və Maykl Yanq molekulyar mexanizmləri tədqiq edərək üç yüz ildir bizi düşündürən sualların cavabını tapıblar.

Vaxtilə fransalı bioloq maraqla bir səhnəyə diqqət etmişdi. O,mimozo gülünün gecə və gündüz çağlarında fərqli formalara düşdüyünün səbəbləri üzərində axtarışlara başlamışdı.Alim yarpaqların zamanı hiss etdiyi qənaətinə gəlsə də öz zəmanəsindən irəliyə boylanmağa gücü çatmamışdı.Bəs yaxşı,daha ali canlı olan insanda gün ərzində onu kənar aləmə kökləyən “daxili təchizat qurğusu” necə işləyir və genlərimizi hərəkətə gətirən mexanizm nə formada çalışır?

Nəhayət,biosaatı kəşf edən tədqiqatçılar hansı zülalın buna cavabdehlik daşıdığını ortaya çıxardılar.Gecələr toplanıb gündüzlər dağılan və əks əlaqə qaydasında yenidən sintez olunan,nəticədə sanki rəqqasa çevrilən mexanizmin sirri tapılmış oldu.İndi on saat fərqiylə başqa bir qitəyə gedən sərnişin təkcə öz qolundakı saatı deyil,həm də daxili bioloji zamanını həmin məkana uyğunlaşdırmaqla rahatlandığının nədənini bilir.Ona görə də qəlbən başqa bir vaxtı, pəncərəsindən çölə baxanda ayrı saatı görən adamlar sanki ikidünyalılıq yaşayır,özündə olmur,həyata uyğunlaşmaqda çətinlik çəkirlər.

Dünən müsəlman dünyasında da iki saat qurulmuşdu. Məkkədə, Kərbəlada,Hələbdə,Tehranda və Bakıda ayrı meridianların qurşağı altında əqrəblər 680-ci ilin 10 oktyabrına köklənmişdi.Həmin tarix müqəddəs peyğəmbərimizin əziz nəvəsi imam Hüseynin və onun 71 nəfərlik tərəfdarının Yezid tərəfindən amansızlıqla qətlə yetirildiyi gündür.Min illərin yaddaşında dərin izlər buraxaraq islam aləminin ədəbi yaşantısına çevrilən Kərbəla müsibəti həqiqətən də misli bərabəri çox az olan və bəşəri mənaya malik qəhrəmanlıq səlnaməsidir.O üzdən Allahın elçisinin-Məhəmməd əleyhissəlamın ölümsülzüyünə inanan islam ümməti gənc Hüseynin və onun yenilməz silahdaşlarının şəhidliyinə əsrlər boyu kədərlənib,ağı deyib və onu yad ediblər.

Sayca özündən 60 dəfə çox olan bir orduya qarşı çıxmaq gerçəkdən də bənzərsiz hadisədir.Şərə qarşı gedərkən İlahi bir qüvvənin varlığına inanmaq,iradəsinin yenilməzliyini sübuta yetirmək düşmən üzərində böyük qələbədir. Əqidəsində saflıq və təmizlik,etiqadında sabitlik və dönməzlik,Yaradana xidmətdə möminlik və sadiqlik hər kəsi zamanın fövqünə qaldırır,onları Allahın bir zərrəsinə çevirir.Bu mənada imamların müsibəti kimi əbədi kədərə qarşı çıxanlar belə həmin abidənin önündə baş əyməyə məcbur olurlar.
Lakin Hüseyn yolunun davamçıları müxtəlif islam üləmalarının buyurduqları kimi,yalnız şer deyib ağlamaq uğrundamı yarışacaqlar? Müqəddəsləri yad etməyin və onlara ruhi qovuşmağın başqa yolu yoxdurmu?Kim əzadarlıq üçün meydanlara çıxardığı qılınclarla tökdüyü qanın,kütləvi psixoz dərəcəsinə çatdırılan insan naləsinin və ağrı dənizinə axıdılan emosiyaların14 əsrlik müsibətlə ruhi-ekstaz bağlantısına inanırsa,onlar orta əsrlərin qaranlığından hələ çıxmayıblar.Qəlblər arasındakı körpü belə qurulmur,ağalar və cənablar!İmam Hüseyn məktəbi dünyəvi kədəri təlqin edirsə də,onun təməlində dayanan ilahi ideyalar tamam başqadır.

İmamlarımızın cismani qovuşduğu torpaqlardan əsrlər boyudur qan damır.Bu gün İrak və Suriya xarabazarlığında milyonlarla insan terrora və iskəncəyə məruz qalır,adamlar diri-diri basdırılır.Qara bayraqlı xilafətin yayıldığı ərazilərin hamısı bir vaxtlar imam Hüseynin və Yezidin döyüşündə tökülən qanlara şahidlik ediblər.İndi milyonlarla insanı bir araya gətirən,çiyin-çiyinə dayanıb böyük ordulara çevrilən və hayqırtıları ilə dünyanı lərzəyə salan müsəlmanlar tarixi müsibətlərindən dərs alıb böyük islam sərkərdəsinin bayrağı altında niyə birləşə bilmirlər?

Məzlumiyyətə,haqsızlığa və ədalətsilziyə qarşı bundan böyük ideoloji-siyasi platforma işləyib hazırlamaq mümkündürmü?

Məgər,”imam Hüseyn məktəbi”nin məzunları yalnız ağı demək,mərsiyyə söyləmək və onuncu əsr xristianlığının cismani cəza qanunlarından miras qalmış ənənələri təbliğ etmək üzərində ixtisaslaşacaqlar?

Onda Avropa qapılarında boynunu bükən milyonlarla insanın əsir düşərgələrində muzdla yaşaması qaçılmaz olacaq.Əvəzində,zəngin qərblilərin süfrəsinin qırıntıları ilə dolanmaqla müsəlmanlar nəinki vətəni,eləcə də qəlblərində daşıdıqları dini idealları itirmiş olacaqlar.Baxın,məzhəb ayrılığı üzündən Məkkəni bir,qibləgahını ayrı tutan dövlətlərin İmam Hüseyn günündə birləşməsi bir kimsəni qorxutmur.Çünki müsibət günündə çiyin-çiyinə dayananların qarşı səngərlərə çəkilməsi cəmisi bir gün çəkir.

Bayırda hansı təqvimlə hesablasan 7-ci əsr deyil.Halbuki 1 oktyabr Bakısının qara mənzərələri zamanı itirmiş Hələbə bənzəyirdi.Eyni dərdi bölüşən Hüseyn ardıcılları izdihamlı meydanlarda sinələrinə döyüb onların ürəkdən ağrımasını Tanrıya göstərmək istəyirlər.Lakin uşaqlı-böyüklü hər kəsin ruhi dünyasına hakim kəsilməyə yönələn çağırışlar, şüarlar aydınlığı təlqin etmir və Qərbin istehsal etdiyi mikrofonlarla ətrafa yayılan səslər nikbinlik,uğur,qələbə effekti yaratmır.Əksinə, hər addımda cəhalət və gerilik təşfiq olunur.

2017-ci ilin İrak Kərbəlasında bir milyonluq izdihamın qurucu enerjisinin nədən viranəyə çevrilmiş bir məmləkətdə özünü göstərmədiyini sual edənlər haqsızdırmı? Azərbaycanlı dindarlar qəlbən Məkkəyə və Hüseynə bağlılıqlarını sübuta yetirməyə çalışırkən Tel-Afərin xarabazarlığında iki balaca körpənin ürəkdağlayan səhnələrinə necə biganə qaldıqları maraq doğurur.Onlar Quranın yayılmasında müstəsna əməyi olan peyğəmbərimizin xanımı Xədicənin və atası Abdullanın adlarını daşıyırlar.Əl uzatmaq üçün bunlar yetərli deyilmi? Gərək dövlət göstəriş versin ki,yardım edəsiniz?14 əsr əvvəlin döyüş səhnələrini xəyallarında canlandırıb hər dəfə imamları meydanda tək qoyan kufəliləri qınayınca,İrak və Suriyanın hərb düşərgələrində cənnət axtarışı ilə can çürüdən dindaşlarınızı geri qaytarmağa çalışsanız, xeyirxahlıq mücəssiməsi Hüseyn sizi alqışlamazmı?

Bakını baş yarma səhnələrinə və südəmər körpəsini qara libasa bürüməsi ilə öyünən analara peşkəş edərkən dünyanın başqa yerlərindən buraya təşrif buyuran adamların da moizələrini dinləməkdə fayda var.Nobel mükafatçısı və müsəlmanlığı elmin dərinliklərinə yiyələnmək vəzifəsi kimi dərk edən Əziz Səncərin Bakı ziyarətində yüz minlərlə insanın izdihamını görən olmadı.Halbuki onun hər sözündə imam Hüseyn məktəbinin cəfakeşliyi və ədaləti vardı.Yaşının müdrik çağında ziyalı səmimiyyəti və sadəliyi ilə gerçək alim obrazını bizlərə təqdim edən Səncər bir başqa tarixdə dünyanı fəth etməyə çalışan səlcuq hökmdarı Sultan Səncərin qılıncının daha fatehlik üçün yaramadığını təsdiq etdi.Yəqin,tanış ifadə olduğunu deyəcəksiz. Vaxtı ilə şeyx Şamil də o cür silahla imperiyaya qarşı döyüşmək istəmişdi.Amma Osmanlı xanədanı elmin üzərində qurulmadığından heç bir ordu onu saxlaya bilməmişdi.

Səncər qazandığı dünya şöhrətini və təntənəli qəbulları böyük Mustafa Kamalın sayəsində əldə etdiyini deyirdi. Soruşacaqsız,1938-ci ildə dünyasını dəyişmiş bir lider 70 yaşlı alimə necə kömək edib?Əziz müəllimin dilindən bunları eşitsəydiniz,daha gözəl olardı.

Savadsızlığın və dini xurafatın tüğyan elədiyi cəmiyyətdə-yeni qurulmuş Cümhuriyyətdə milyonlarla türk kimi kasıb Səncər ailəsi oxumaq,yazmaq imkanı qazanır.Atatürkün məscidlə məktəbin yerini düzgün müəyyənləşdiriməsi ilə bir millətin taleyi dəyişir.9 uşaqlı ailənin sayca yeddincisi olan bir adam Şimali Karolina Universitetinə qədər gedib çıxır və əsil mücahidliyin-canlı şəhidliyin nədən ibarət olduğunu milyonlarla soydaşına göstərə bilir.

Qazandığı mükafatın pulunu gətirib Ankarada məktəbə qoyan Əziz Səncər 200 uşağın qapanmış gözünü açır,onlara təhsil verir.Sizcə İmam Hüseyn məktəbi bu deyilmi?Səud kralı və İran dini lideri Hüseyn məktəbini belə təşkil etsəydi, yarılan başları və ürək yaralarımızı daha tez sağaltmazdımı? Halbuki iki gün öncə Tehranda eynən Kərbəlanı və Məkkəni simvolizə edən səhnələri düzəldib “islam dünyasının mərkəzi mənəm” deyən bir hərəkata şahidlik etdik.Görün, peyğəmbərin irsinə sahiblik uğrunda necə mübarizə gedir.Halbuki,İsveç kralı 2-ci Oskar Nobel mükafatı üçün qaydaları müəyyənləşdirəndə digər həmkarları üçün də nümunə yaradıb. Axı müsəlman şeyxlərinin və sədr-əzəmlərinin varidatı nobellərin sərvətindən milyon dəfə çoxdur.Yaxşı,elmi axtarışlara vəqflərin ayrıdğı bir neçə milyonun müqabilində bir vaxtlar kitabla döyüşən kilsələrin indi yürütdüyü siyasətə baxmaq da çətin deyil ki.”Hüseyn mükafatı”nı yaxşı bir bənnaya,bir aulu susuzluqdan qurtaran mühəndisə,bir canı xilas edən həkimə və yüzlərlə uşağa gözünün nurunu verən müəllimə təqdim etmək imamların xatirini xoş etməzmi?Qanla boyadığınız Aşurada istismar etdiyiniz ruhun sizdən tələbi başqadır.

Halbuki İran dini liderinin dünyaya səslənişini təmin edən kommunikasiya nəhənglərini-sosial medianı qərbli macəraçı və azad gənclər yaradıblar.Qərbli siyasətçiləri və dövlətləri söymək üçün istifadə etdiyiniz silahların-ayfonların,ağıllı texnologiyaların istehsalçısı da düşmən elan etdyiniz dinin daşıyıcılarıdır.Stiv Cobsun və ya Mark Zukkerberqin hansı meydanda sinə döydüyünü görmüsünüz?Hər halda Hüseynin iztirabı ilə İsanın çarmıxı arasında fərq qoyan yoxdur. Lakin Məsihin qoyub getdiyi mirası 8 əsrə yaxın qan tökməyə yönəltmiş millətlər nəhayət,vuruşan əllərini durdurub,onu insan qəlblərinin şəfaverici məlhəminə çevirməyi bacardılar.Katolik messiyalarını dinləyən milyonlarla insan mənən arınır,.durulur və şeytani qüvvələrə qarşı səfərbər olunur.Siz Romada papa Fransiskin qılınclı və zəncirli ordusunu nə vaxt görmüsünüz?

O üzdən vurduğunuz zəncirlərin harada istehsal olunduğuna yaxşı baxın.Görəcəksiz ki,made in German,USA,Chine,... yazılıb.Kürəyinizə çırpdığınız qırmanclarla və qara libasla düşüncələrinizə də buxov çəkirsiniz.Məgər,sındırdığınız əzaları gedib sabah Qərb klinikalarında müalicə etməyəcəksiz? Yoxsa,onlar da əsatirlərə çevirdiyiniz keçmişdə olduğu kimi bir günün içində öz-özünə sağalacaq?

“Hüseyn ordeni” təsis edib siz də bir Nobel Komitəsinin bənzərini yaradın.Vətən uğrunda döyüşlərdə canını fəda edənlərlə yanaşı,sayca xristian dünyasından min dəfə geri qaldığınız təhsil müəssisələri,milyon dəfə geri qaldığınız kitabxana,milyard dəfə geri qaldğınız kitab yaradanlara verərək müqəddəs peyğəmbərimizin nəvəsinin ruhunu şad edərdiniz.Hüseyn sizə ağlamağı deyil,qeyri-bərabər müharibədə qalib gəlməyi miras qoyub gedib.

Elm də savaş meydanıdır. Ən güclü döyüşçülər alim ordusuna söykənən dövlətlərdir. Hər halda nüvə silahını yaradan başları zəncirləmək mümkün deyil.

Əlbəttə,nə qədər dünyəvilikdən danışsaq da dövlət dinsiz, din də dövlətsiz ola bilməz.Əmzikli körpələrinizə libas seçərkən onlara tale biçdiyinizin də fərqində olun.Çünki peyğəmbərimiz dünyanı qılıncla deyil,qələmlə fəth etmişdi!

Bilirsizmi,tonqalda yandırılan Brunonun mənəvi atası Kopernikin ölümündən sonra onun xatirəsinə doğulduğu Toruni şəhərinin sakinləri ucaltdıqları abidənin önünə bu sözləri yazıblar:”Günəşi durduran,Yeri hərəkət etdirən adam”!

Hə, lap ilahi dərəcədə iddialı!
.
Yaşadıqca ölümə yaxınlaşacağımızı zənn edirdik. Deyəsən, uzun müddətdir yaşamamaqla məşğuluq və ona görə də artıq ölüm bizə doğru yaxınlaşır…

Həm də necə! Ayaq səsləri ürək döyüntüsü kimi bizi təqib edir, hər tərəfdə ancaq onu və yenə də onu görürük.
Ölüm əvvəlkitək birdən-birə, qəflətən gəlmir: 30-u adlayan kimi ürək, qırxa çatmamış xərçəng, ömrü yarı eləməmiş serroz adıyla ömrümüzə hakim kəsilir, bizi təqib edir.
Hər olacağa bir izah tapmaq mümkündür; bu olanları da - tərs üzünə çevirib - bir gün o dünyaya gedəcəyimiz labüdlüyünü yadımıza salan xəbərdarlıq kimi hətta Tanrı lütfü hesab edə bilərik. Böyük məkanda dinlərin, dinin daxilində məzhəblərin, məzhəbin daxilində təriqətlərin; bütün dünyada sivilizasiya və mədəniyyət toqquşmalarının, bölgələrdə dövlət, dövlətdə siyasi, eyni sahədə iqtisadi... bir ailə daxilinə qədər nüfuz edən şəxsi, hissi maraqların üz-üzə qoyduğu ayrı-ayrı fərdlərə faniliyini xatırlatmaq və bu toqquşmalardan əl götürməsi üçün əlamət göndərmək, əslində, böyük dərsdir.
Ancaq bu dərs hansı nəticəni verir?
Ölüm hissi ilə yaşaya-yaşaya ən bəd xəbərlərə qarşı immunitetimiz yaranıb və heç nə bizi təəccübləndirmədiyi kimi, gözümüzün qarşısındakı xəbərdarlıqlar da bizə İNSAN olduğumuzu düşünmək üçün kifayət etmir: yenə laqeydlik, yenə adi həyat intriqaları, yenə bir-birimizə yaşamımızı haram etmək cəhdləri…
Toplum – bir orqanizmdir və ayrı-ayrı insanlar bu böyük «orqanizmdən» kənarda mövcud ola bilməz: hardasa baş verən ən adi təbiət hadisəsi bütün bölgənin iqliminə təsir etdiyi kimi, cəmiyyətdəki narahatlıq da hər bir fərdin düşüncəsində, davranışında, səhhətində öz izini qoyur. Əgər ayrı-ayrı insanlar – ətrafımızdakı dostlarımız, həmkarlarımız, yaxınlarımız… bir-birinin ardınca «sağalmaz xəstəliyə» tutulursa; əgər ölümün pəncəsini hər birimiz çiynimizdə hiss ediriksə; əgər bu gərginlik psixoloji olaraq hər kəsin təfəkküründə dərin iz buraxırsa və adi soyuqdəymə belə bizi ölüm xofunun ağuşuna atırsa… cəmiyyət – orqanizm - öz-özünün müalicəsinə başlamalıdır.
Cəmiyyəti orqanizm kimi təsəvvür etmək üçün təxəyyülümüzə daha geniş imkanlar tanımalıyıq: ayrı-ayrı fərdlər – lap yüzlərlə, hətta minlərlə olsa belə – bu böyük orqanizm üçün «bədənə batırılan tikan» kimi müqayisə oluna bilər. Amma adi bir tikana görə orqanizmin əksər üzvləri səfərbər olunursa, onu kənarlaşdırmaq üçün işə başlayırsa, niyə cəmiyyətə sancılan tikanları özümüzdən uzaqlaşdırmamalıyıq?
Tibbin imkanlarının həddən artıq genişləndiyi hazırkı dövrdə ən ağır xəstəliklərin belə müalicəsini aparmaq mümkündür, sadəcə, bir-birimizə əl uzatmağımız, əl-ələ verməyimiz bəs edər.
Nə sirdirsə, bizdə suçəkən kimi cəmiyyətin ağrısını öz üzərinə götürən, təmənnasız olaraq hər kəsin xidmətində durmağa çalışan, ən azı, insanların yanında olmaqla onların dərdinin ağrısını yüngülləşdirən, deməli, «böyük orqanizmin» heç də «kəsilib atılası dırnağı» sayılmayan ziyalıların nəinki çağırışlarına, hətta onların üzləşdiyi və hamıya bəlli xəstəliklərinə də yardım etməyə tələsmirik.
Söhbəti, əlbəttə, konkretləşdirmək və kimlərinsə üstünə gətirmək istəməzdim. Ancaq hamının tanıdığı, sevdiyi insanın müalicə almaq şansı varsa və onunçün hesab açılıbsa, biz öz-özümüzü qorumaq naminə gücümüz çatanı etməliyik. Ola bilsin ki, ictimai həmrəyliyin müsbət nəticəsinə inanmayanlar da var; ola bilsin ki, tibbin aciz qaldığı bir çox xəstəliklər də mövcuddur.
Amma bu təşəbbüsə qoşulmaq – cəmiyyətin bir-birinə sevgisinin, orqanizmin öz-özünə laqeyd qalmamasının görsənişidir.
Kiminsə 50 və ya 100 minlik müalicə xərcini bir imkanlı şəxsin, yaxud dövlətin üzərinə götürməsi də mümkündür və Azərbaycanda dəfələrlə bunun şahidi olmuşuq. Ancaq dövlət nə qədər varlı olur-olsun, ayrı-ayrı ziyalıları itirməmək üçün nə qədər vəsait ayırır-ayırsın, o diqqət cəmiyyətin özünün göstərdiyi dəstəklə müqayisə oluna bilməz.
Çünki cəmiyyətin hər hansı bir aydını müalicəsi üçün ictimai dəstək görəndə, toplumun diqqətini və sevgisini müşahidə edəndə ömrünü boşa xərcləmədiyini düşünür və digərləri də özünü cəmiyyətə həsr etməyin mənəvi rahatlığını yaşayır…
Əgər hansısa xəstəliyə tutulmuş ziyalı onun səhhəti üçün minlərin, on minlərin narahat olduğunu hiss edirsə, minlərin, yüz minlərin sevgisini görürsə – bu, ona bəsdir!
İnsanı – tibb, səhiyyə, həkim yox, inam, sevgi, mərhəmət, qayğı sağaldır.
Biz «böyük orqanizm» olaraq ölüm kabusuna ən azı psixoloji olaraq qalib gələ bilərik.
Bir-birimizi sevməyin, cəmiyyət olaraq vahid orqanizm kimi bir-birimizi duymağın və bir-birimizə mənəvi-psixoloji dəstək olmağın vaxtı çoxdan çatıb…

Anar Yusifoğlu
.
Bir payız axşamı, söz yağışında...
İslanmaq nə gözəl bir duyğu imiş,
Yağışla islanmış, sözlə yuyulmuş
Arzu da, ümid də, təmiz olarmış...

 Söz var, söz var, birini - dinləmək çətin, birini - demək çətin. Bu gecədə səslənən sözlər isə inci tək elə düzülmüşdü ki, çətin sözü belə asanlaşmışdı. Ötən gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Söz” ədəbi layihəsi çərçivəsində ART Gardendə Nigar Həsənzadənin təqdimatında növbəti tədbir keçirildi. Layihə başlamadan öncə düşdüyüm abu-havanın təsirindən fikirlərim qarışdı, sanki nağıllar aləmində müsbət qəhrəmanlar arasında sakit, hüzur dolu bir kollektivdə özümü tapmışdım. Burada müxtəlif sənət sahibləri, fərqli düşüncə sahibləri vardı-fotosessiya həvəskarları, ilk tanışlıqlar, çoxdankı həsrəti bitirməyə çalışanlar. Qədim mədəniyyət nümunələrimizlə zəngin, nağıllar aləmini xatırladan bu məkanda, çaşıb qalmış- istisiylə soyuğuna bürələnmiş sərin bir payız günündə, kəsərli söz və yorğun ruhlarımıza hopan musiqidən doğan bir layihəni izləyənlər sanki gündəlik yaşam tərzindən qopub ayrı bir aləmə düşmüşdülər.
Dinlədiyimiz şeirlər, səslənən ifalar sanki fərqli dünyanın eyni insanlarının taleyindən bəhs edirdi.
Daha sonra verilən hər suala çox səmimi, təmkinlə, anlaşılan dildə cavab verən millət vəkili Q.Paşayeva auditoriyada elə bir isti münasibət yarada bildi ki, hər kəs bir neçə saatlıq da olsa öz dünyasından ayrılıb qardaşlıq, dostluq, səmimiyyəti özündə birləşdirən Qənirə Paşayevanın dünyasına qonaq oldu. Onun dünyasında özümüzü o qədər rahat, güvənli hiss etdik ki, bu dünyanın içindəki gözəlliklərə heyran qaldıq.
İstər şeirlərində, istər maraqlı müzakirəsində tez-tez səmimiyyətdən, sevgidən danışan Q.Paşayevann yalnız bir məqsədi vardı. İnsanlar daha güclü, daha səmimi, daha gözəl ürək sahibi olsun. "Bu dünyanın 7 möcüzəsi bizik, başqa möcüzə yoxdur, mən dünyanın o möcüzə deyilən yerlərini gəzdim və əmin oldum ki, əsl möcüzə insandır"-deyən millət vəkili maraqlı və ibrətamiz hekayələrə də toxunmağı unutmadı. "Səfillər"romanı, "Ölülər" əsərindən sitatlar gətirən Qənirə xanım, arzu etdi ki, hər bir evdə heç olmasa bir ədəd kitab rəfi olsun.
Q.Paşayeva "Ən çətin yolçuluq insanın özünə yolçuluğudur. İnsan öz nəfsinə sahib olmalı, mələyin də, şeytanın da onun içində olduğunu, şeytana qalib gəlmək üçün hər gün özüylə mübarizə aparmalı olduğunu bilməlidir" deyə vurğuladı.
Bu dünyadan gileylənirik, dünya pis dünyadır, amma dünyanı dəyişmək bizim əlimizdədir, bunun üçün hər kəs özündən başlamalıdır-deyən Qənirə xanım insanlara çağırış etdi. Sülhə, sevgiyə, səmimiyyətə çağırdı.
Günün ən təsirli anlarından biri də sözləri Qənirə Paşayevaya, musiqisi Sevinc Tofiqqızına aid "Ana" mahnısını Nisə Qasımovanın yanıqlı səslə ifa etməsi oldu. "Sən mənə bu dünyada qadın olmağın çətin olduğunu deməmişdin axı...", "Yalandan gülməyi elə öyrəndim ki, gülməyin əslini unutdum ana...", "Böyüdüm ana, daha o qız deyiləm...",  "Üzülməyəsən deyə kədərimi bölüşmədim ana..." Bu kimi misralar yanaqlarımızdan süzüldü, dodaqlarımızda qurudu, qadın olmağın məsuliyyəti, qadın olmağın həyəcanı misralarda kövrəlmişdi sanki...
Sevilən müğənnilərimizin, şairlərimizin ifaları ürəkləri oxşadı. Beləcə gözəl bir payız axşamı həzin musiqi və duyğulu şeirlərlə sona çatdı. Davamını gözləmək həvəsiylə ART Garden-i tərk edərək İçərişəhərin dar küçələrini geniş mənalı sözlərin təsiri altında addımladıq. Çoxumuz indi başa düşdük ki, həyat həqiqətən də gözəldir.Amma müvəqqəti gözəllik. Əbədi gözəlliyi qazanmaq isə bizim əlimizdədir. Hər gün şeytana qalib gəlmək iradəsiylə, xeyirxah əməllərlə, inamlı addımlarla bu dünyamızı da o dünyamızı da çiçəkləndirə bilərik.

Vüsalə Qələndərli
 Asiya.info

Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
Bir payız axşamı, söz yağışında...
.
Şəfayət Avılbəyli Əliyev

Dövlət başçısı regionlarımızı millət vəkillərindən çox gəzir. Bir neçə gündə təxminən 5 rayonda infrastrukturlarla maraqlanır, yeni tikilişlərin açılışını edir, kənd təsərrüfatı sahəsinin adamları ilə söhbətlər aparır və xülasə demək olar ki, çatışmayan paranı da verir ki, regionlarımızın inkişafı dayanmasın. Hətta Cənab Prezidentin gəzdiyi bu rayonların hərəsinin bir və ya iki millət vəkili də var. Əsas məsələ nədir…
Cənab Prezidentin qərb bölgəsinə səfəri mənə Sultan Suleymanın səhv etmirəmsə, Venedik səfərini xatırlatdı. Parqalı İbrahim vəziri-azam bəzilərindən fərqli olaraq özünə heykəl qoydurmuşdu. Həm də Sultan Suleymanın səfərdə olduğu vaxt. İndi həmin ssenari bir-birinə çox oxşardı.
Millət vəkili deyir ki, atasına heykəli sovet qoyub, sosialist əməyi qəhrəmanı olması münasibətilə … Olsun!.. Amma burada sovetlərdən bizə qalan bir şey yoxdu. Heç Lenin də yoxdu. Lenin olmayandan sonra Gülbala Xəlilovun heykəli nəyə lazım idi axı?..
Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında o zaman belə bir müraciət formalı yazı çıxıbmış ki, bəs kəndin “uezdinin başı” görünmür, kim onun başını görsə həmən Molla Nəsrəddin jurnalına xəbər versin. Molla Nəsrəddin jurnalının sabahkı sayında isə camaata ikinci müraciət forması çap olur ki, ay camaat, siz əziyyət çəkib uezdin başını axtarmayın, çünki onun yerli – dibli başı yox imiş..
Və nəhayət bir gün…
Sultan Suleyman eşidir ki, bəs Parqlı İbrahim özünə heykəl “qayırıb” və bəzi yerlərdədə yaman danışır. Hətta deyir ki, paytaxtın 7 təpəsində heykəllərim önünüdə diz çökəcək qullarım. Və sair..və sair..Sultan Süleyman parqalı İbrahimə deyir:
– Parqalı İbrahim! Balıqçı Manolisin oğlu Teo..nədir səni böyle kibirə sürükləyən? Mənmiyim, mənim sənə bəxş etdiyim qüdrətmi?.
Məncə, bax bu filmin burasına qədər yetər. İndi Rüstəm Xəlilovu bu heykəli yenidən ortaya çıxartmağa nə vadar edirdi ki..? Sultan Suleyman demiş, cənab prezidentin bunlara bəxş etdiyi qütrətmi? Yoxsa…Hətta Sabirabad qullarına onun heykəlini ziyarət etməsini də tövsiyə etdiyini yazırlar. Mənnən deməkdi bu işin axırı yaxşı görünmür…

İndi Cənab Prezident Gədəbəy rayonuna səfər edib. Orda, Qızıltorpaq yolunun üstündə bir çoban heykəli var. Deyilənə görə bu çoban sosialist “zad” nə olduğunu bilmiyib. Sadəcə çoban! – Ona da heykəli sovet qoyub. Amma fərqlisi odur ki, Gədəbəy camaatı bu heykəli də, o çobanı da çox sevirlər…
.
Onu da qoruya bilmədik... Birinin arzusu olmadan dünyaya gəldiyi üçün onu da itirdik, həm də işgəncəylə.. Bədəninə iynə doldurularaq.. Dərin quyuya atılaraq... Aman Allahım, təsəvvür etmək belə öldürür insanı, o iynələr balaca bədəninə batarkən hansı ağrıları keçirib körpə.. o quyuya atılarkən hansı əzabları çəkib mələyimiz... O an heçmi olmadı insanlıq duyğusu ki, mane ola, qıymaya mələyə...
9 ay etibarlı əllərdə, anasının bətnində yaşadı. İlk ürək döyüntüləri, balaca barmaqları, ayaqları, kiçicik ürəyi yarandı, hiss etməyə başladı anasının sevgisini... Bəlkə də elə o vaxtdan duymuşdu "nənə"sinin onu istəmədiyini.. Özündən əvvəl soyuq alətlərlə doğranan bacılarından fərqli olaraq dünyaya gəlmişdi, yaşamağı bacarmışdı, anasının, atasının ürəyini ələ ala bilmişdi, o dünyaya gəlmişdi, yaşamaq üçün, böyümək üçün, məktəbə getmək üçün və..
Allahım, o balaca mələyi öldürərkən niyə sındırmadın o caninin barmaqlarını.. Axı dünyada heç bir canlıya vermədiyin ağıl, dərrakəni insanlara verdin, niyə insanlar getdikcə nankorlaşır, vəhşiləşir.. Öz nəvəsinə, günahsız mələyə qıyarkən sonunda nəyi qazanıb nəyi itirəcəyini heçmi düşünmədi bu zalım məxluq!
Biz hələ illər öncə erməni dığalarının vəhşiliklə öldürdüyü körpələrin acısıyla yaşayarkın, ötən il yanğında ölən mələklərimizin acısıyla yanarkən, Zəhramızın ağrısını bağrımızda daşıyarkən, zorlanmış körpə balaların taleyinin dəhşəti içindəykən, 6 günlük bir körpənin qarşılaşdığı faciəylə də sarsılırıq. Axı nə baş verir?! Niyə?! Biz dünyaya car çəkərkən ki, Zəhramıza düşmənlər qıydı, sapı özümüzdən olan baltalarla niyə vuruluruq?!. Axı ölən hər körpə bizim körpəmizdir. Onlar günahsız mələklərdir, köməyə, qayğıya möhtacdır. Nə olacaq bundan sonra Allah bilir. Qızlarımız ərə gedib ana olarkən qızlarının dünyaya gəlməsini istəməyən qaynanalardan qorxacaq, analar körpələrini küçəyə, məktəbə göndərməyə qorxacaq. Bunlar dəhşətdir....
Bu ölkədə qanun sərtləşməlidir, lap ölüm hökmü olsun deyərdim. Elə bir ölüm ki, onu görənlər başqalarının canına qıymağın nə olduğunu anlasın. Müəyyən cərimələrlə, cəzayla canını qurtaranlar o günahı bir də edəcək, o vəhşiliyi bir də törədəcək..
Keçən dəfə iti maşına bağlayıb sürüyən gəncləri gördükcə içim yandı. Azərbaycan gəncləri niyə belə etsin ki.. Hər şey bundan başlamırmı, canlını qəddarlıqla sürüyən insan sabah kim bilir nələr edəcək.. Və bunun cəzası müəyyən pul məbləğidirsə...
Psixi xəstəliyi olduğu üçün bir dəfə uşaq zorlayan birini bir neçə gün saxlayıb azadlığa buraxanda sabah başqa uşağın da həyatıyla oynamayacağından əminiydikmi.. Yoxmu bir aidiyyatı orqan ki, nəzarət etsin bu cür "manyak"lara
Qanundakı boşluğu doldurmalıyıq, cərimələr hələ çıxış yolu deyil, maarifləndirmə işləri aparılmalıdır. Yeri gəlsə illərdir beyinləri qurd kimi yeyən adət-ənələrimizi, atalar sözlərimizi də dəyişməliyik..
Ailə kiçik cəmiyyətdir. Ailənin təməli qurulduğu gün yenicə addımlarını atan gənclərin qulaqlarından sırğa kimi asılan "anam, bacım qız gəlin, əl ayağı düz gəlin, 7 oğul istərəm, bircə dənə qız gəlin" misalı, sonradan eşitdikləri, "qız yükü duz yükü", qızları olduqdan sonra da "qızın oldu qırmızı donunu çıxart" misalı, hətta , birinin qızı olanda sanki başsağlığı verirmiş kimi, canın sağ olsun, eybi yox, oğlu da olar kimi təsəlliverici sözlər korlamırmı beyinləri.Və abortlar və sonrakı cinayətlər...
Məyər qız olmaq günahmı.. Axı valideynlərin canı yanarkən ona qaçan ilk qız övladı olur, oğlanı da dünyaya qadınlar gətirir. Qız olmağın pis tərəfi nədir ki, evin şirinliyidir uşaqkən, gözəllikdir, sonra oxuyub gözəl sənət sahibi olmaqdır, ağ gəlinlik geyib bir evin xoşbəxtliyi olmaqdır, sonra anadır, həyat yoldaşıdır. Sevginin, inamın olduğu yerdə gözəl də peşə sahibidir. Qadın kişilərin əksəriyyətinin bacarmadıqlarını bacaran zərif və güclüdür, cənnətin qapılarının açarıdır, ömrünün sonunadək of demədən, qarşılıq gözləmədən çalışandır, ailəsi üçün, uşaqları üçün..
 
Heyif ki onlar böyümədi, qoruya bilmədik.. Onların ruhu narahatdır, çünki hər gün onlara yoldaşlar gedir, kimisi zorakılığın qurbanı olur, kimisi yol terrorrunun, kimisi düşmən gülləsinin, kimisi siyasət oyunlarının,  kimisi də doğmalarının iynələrinin..
Sonda üzümü "Qız yükü, duz yükü" dür deyə-deyə bu yükdən "xilas olmaq" istəyənlərə  tutub demək istəyirəm ki, "Qızları qoruyun, qızlar yük deyil, istənilən yükü qaldıracaq gücə malikdir, yetər ki onları sevin, qoruyun!"

Vüsalə Qələndərli
 
Böyümədən dünyadan köçək Mələklərimizin bəzilərinin fotoları:
"Qız yükü, duz yükü"dür deyə-deyə...
 
 


"Qız yükü, duz yükü"dür deyə-deyə...

.
Sizə ürək ağrısı ilə bir lətifə danışım. (niyəsini deyəcəm) 

"Bir gün Molla Nəsrəddin arvadı ilə toydan qayıdırmış. Arvadın varı-yoxu üstündəymiş. Quldurlar yolu kəsir. Yerdə bir cızıq çəkib deyirlər, Molla, ayağını bu cızıqdan kənara qoysan, özünü ölmüş bil. Xülasə, arvadın qızılını-gümüşünü, palını-paltarını soyub aparırlar, Mollanın səsi çıxmır. Onlar gedəndən sonra arvad özündən çıxır ki, sən nə təhər kişisən, məni lüt-üryan etdilər, səsini çıxarmadın. Molla deyir, arvad, xəbərin yoxdur, səni soyanların evini yıxmışam. Arvad qalır mat-məəttəl. Soruşur, a kişi, necə yıxdın evlərini? Molla deyir, arvad, sizin başınız qarışıq olanda düz üç dəfə ayağımı cızıqdan kənara çıxarıb geri qoymuşam.."

Gülmək gərək deyil, bugünki hadisələrin fonunda bu lətifəni yada salıb sadəcə ağlamaq lazımdır. Bu gün Zəhranın qisasını almaq üçün Sarkisyanın başına eşşək şəkli qoyuruq, üzündə qan işarəsi ilə "fotoşop" düzəldirik, nə bilim, cürbəcür fotomontajlar edirik. Ədəbiyyata töhfələr veririk. Guya bu yolla qisas alırıq. 

Bu qisas deyil, hətta bu qisası aşağılamaqdır. Bu gün bizim Zəhra üçün etdiklərimiz mollanın ayağını cızıqdan kənara  qoyması kimi bir şeydir. 

Özümüzü aldatmamalıyıq. Bu gün Zəhranın atasının düşdüyü vəziyyətə sabah da biz düşə bilərik - evin cəbhəyanı bölgədə yerləşməsindən asılı olmayaraq. 

Bu "dığa"lar ən sərt şəkildə cəzalandırılmalıdır.

Bu gün dünyanın dörd bir yanında terrorla mübarizə tədbirləri həyata keçirilir. Biz müharibəyə yox, anti-terror əməliyyatlarına başlamalıyıq. 

Bütün dünya Qarabağın Azərbaycan ərazisi olduğunu tanıyır, elə isə bizim torpaqlarımıza  soxulmuş terrorçulara qarşı tədbirlər görəcəyimiz  halda, bizə hansı ölkə bir söz deyə biləcək?!

Qardaş Türkiyəni, Pakistanı da  anti-teror tədbirlərinə yardım etməyə səsləməliyik. 

Vətənimin şəhid Zəhrası Suriyadakı teror qurbanı olmuş bütün uşaqlardan daha çox ağrıdır məni.

Bizim nicat yerimiz heç nəyə yaramayan, ATƏT-in Minsk qrupu  deyil. Bu qrupun adını “TURİST” qrupu qoymaq daha yaxşı olardı...

Mən Sarkisyanın başına eşşək şəkli qoyulmağının, üzünü qaraltmağın, şeirlər yazılmağının, hekayələr qoşulmağının və s. əleyhinə deyiləm. Bunlar lazımdır, amma bunlar anti-terror əməliyyatı ilə bir yerdə lazımdır.  Yoxsa təkcə bunlar yenə də "Mollanın  söhbəti"nə qayıdır.

Bir olmağın və düşmənlərin qarşısına dikilib, ermənilərə yüz qat ağır zərbə vurmağın vaxtıdır, yoxsa Zəhralarımız çox olacaq...

Bahadur Seyidov
 
.
"Ədəbiyyat” qəzetinin ötən saylarının birində Avdı Qoşqarın mərhum şair Camal Yusifzadə haqqında bir yazısı dərc olunub. Həmin yazıda Avdı müəllim öz ağlıyla atam, şair Tahir Talıblını da tənqid edib.
30 ildir Camal Yusifzadəylə bir məkanda çalışan Avdı Qoşqarın yadına deyəsən Camal Yusifzadə indi düşüb.
Sağlığında şairlə hal-əhval tutmayan həmkarımız indi şairin yoxluğuyla özünə "gündəm„ yaratmaq istəyir.

Mən on ildir Az-TVdə çalışıram və çalışdığım bu on il ərzində hələ 30 saniyə Camal Yusifzadəni Avdı Qoşqarın verilişlərində qonaq kimi görməmişəm.(Heç bir adlı sanlı istedadlı şair və yazıçını da)
Avdı Qoşqarı tanıyanlar onun verilişlərini və efirə təqdim etdiyi adamları az-çox yaxşı tanıyır.

Avdı Qoşqar barmağını qatdalayıb mənə deyə bilərmi, ölkədə bu qədər işlqlı,istedadlı qələm adamları ola-ola onların birinə efirdə nə zaman yer verib?Görünür Avdı Qoşqar üçün bezdarnikləri,kamaz sürücülərini şair kimi sırımaq da bir istedaddır.

Azərbaycan televiziyası və radiosunda, jurnalistikasında xidmətləri olan Tahir Talıblını inşa səviyyəsində yazdığı yazıyla tənqid edən şair,daha da cılız göründüyünü ortaya qoydu.Tahir Talıblının yaradıcılığını təhlil etməli olsam, Avdı Qoşqar şeytana daş atan müsəlmanlar kimi gərək özünü daşlasın.

Bilgi üçün deyim ki,20 ildən artıqdır radionun şah damarı olan “Bulaq” Tahir Talıblının imzasıyla ömrünün çiçəkli dövrünü yaşayır.

Əgər Avdı Qoşqara 300 illik qarğa ömrü verilsə də folklor, etnoqrafiya,şifahi xalq ədəbiyyatıyla bağlı ciddi bir araşdırma aparıb sanballı iş ortaya qoya bilməz.Elə günü bu günə qədər də bir sanballı televiziya verilişi olmayıb.

Atın qabağına ət,itin də qabağına ot atanda belə olmaldır.Avdı Qoşqar nə qədər televiziyada ədəbiyyat verilişlərinə bezdarnik,ərindən küsən arvadından ayrılan şairləri cəlb edəcəksə vəziyyət elə "avdıcasına" olacaq.

Bu arada yadımdan çıxmamış deyim ki,Yazıçılar Birliyi və digər məkanlarda keçirilən bayağı tədbirlərdən bir qarın şorbaya görə sujet hazırlamaq peşakar televiziya işçisi olmaq deyil.
Avdı Qoşqar, nəzərinizə yetirim ki,mənim atam bu günə qədər həyatını yaradıcılığa,ədəbiyyata həsr edib.Sovet vaxtı kitabları dərc olunanda,tələbə ikən imzası qəzetləri bəzəyəndə siz çörəyə pəpə deyirdiniz.

Ömrü boyu adının üstünə ad gətirməyən,halal maaşla yaşayan,bu gün də quru maaşa dolanan, əlini ora-bura atıb “oğurluq” etməyən,gördüyü işin müqabilində də heç zaman mənfəət güdməyən ziyalını ala-yarımçıq yazıyla tənqid etmək hansı məntiqdən xəbər verir?

“Bulaq”-ın bircə cümləsi qədər yaradıcılığı olmayan,amma Tahir Talıblıya “ədəbiyyat” dərsi keçmək istəyən Avdı Qoşqara mən burada yazdıqlarımdan da artıq cavab verərdim.Sadəcə olaraq susdum.Bığ və saqqalı da nəzərə aldım.

Avdı Qoşqar, mən arada karvana hörmət edirəm.

Savalan Talıblı

Xəbər lenti