.


Eşitdim “Poet QABİL” adlı gəmi, artıq ARDNŞ-in müəyyənləşdirdiyi yeni – “Göygöl” adı ilə üzür üm-manlarda. Üzsün üzməyinə də, amma bu ad dəyişikliyi hansı tarixi, estetik, iqtisadi, siyasi, mənəvi, mədəni, nə bilim, nə, nə... səbəbdən irəli gəlib, əcaba? Üstəlik, əgər doğrudan da, dünya sularında üzən bir gəminin ad dəyişikliyi üçün gəmiçilik sahəsində uluslararsı quruma ödəniş etmək tələb olunursa, hansı təxirəsalınmaz səbəb varmış, görəsən?! Ha illah edirəm, elə bir fövqəladə səbəb düşünə bilmirəm, vallah da, billah da, tillah da... 
Bu QABİLdi, e, iraq olsun, Zori Balayan ha deyil! –
QABİL Xalq şairidi; 
QABİl “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib; 
QABİL Dövlət mükafatı laureatı olub; 
QABİL Fəxri Xiyabanda dəfn edilib... 
Bəs, yaxşı dövlətin zirvəsinin layiq bildiyi, yaraşdırdığı bu boyda titulu, şanı-şöhrəti olan bir şairin adını bir dövlət şirkətinin (2015-ci ildən onun adını daşıyan) bir gəmidən pozmağana nə hacət?! 
Ünlü “NƏSİMİ” poemasını yazmış (bu əsərə görə yüksək dövlət mükafatına layiq görülmüş) ünlü şairin adı ilə bağlı belə bir adıyaman qərarın “NƏSİMİ İLİ”ndə verilməsi, yaxud üzə çıxması da ayrı bir qəriblikdi, deyilmi? Çox sadə bir sualım var: Nə üçün, cənablar, nə üçün?!.
Əkbər Qoçalı, 
Şair-publisist
.


Birinci yazı
Qarabağ probleminin inkişaf dinamikası hazırkı klinik mənzərə üçün dolğun və xarakterik təsir bağışlayır. İzlənilən irili-xırdalı maneələr isə konservativ yanaşma tərzinin çevik təhlükəli fəsadları ilə diqqəti çəkir və ölkəmizin gələcəkdə daha ciddi təhdidlərlə üz-üzə qalması ehtimalını artırır.
Çünki ana problem – Qarabağın tarixi kimliyi məsələsi beynəlxalq arenada distropik və radikal mahiyyətini inadla qoruyur; ideoloji cəbhədə əzələ nümayişini daim aktiv fazada saxlayır; özündən sonra gələn sualları səhnə arxasına sıxışdırır və nəhayət, otuz yaşına doğru ciddi-cəhdlə addımlayır.
Bu fonda, qarşı tərəfin prosesə daha hazırlıqlı yeni mobil mühafizə qüvvələrini cəlb etməsi həll mexanizmini, xüsusilə informasiya cəbhəsində mümkün qədər mürəkkəbləşdirmək niyyətindən qaynaqlanır. Məqsəd - diqqəti əsas hədəfdən yayındırmaqla ana problemin hökmranlığını sonadək qorumaqdır. Çünki yaxın vaxtlarda üçüncü onilliyini “təmtəraqla” qeyd etməyə hazırlaşan bu təcrübədən imtina üçün hələ ki, ciddi ipucu görünmür. O üzdən bu gün Ermənistanda baş verən hadisələrə - öz ölkəsinin sahibi olmayan adamların cəbhələşməsinə sevinmək əlavə vaxt itirməkdən başqa heç bir anlama gəlmir.
Çünki bu işdə siyasi donor rolunu oynayan ermənilərin “ağsağı tanıdaq” kampaniyası təmas xəttindən xeyli uzaqda Azərbaycana qarşı açılmış, həm də “sapı özümüzdən olan baltaların” yer aldığı əsas cəbhədir. Savaşın ssenarisi və süjet xətti dəyişməyib. Ancaq ənənəvi gedişlərdəki yeni strateji çalarlar daha böyük hədəflər üçün daha böyük sərmayələrin yatırıldığına əminlik yaradır. Yəni həll mexanizminin artan sürətlə Avropa və Qərb dövlətlərinə daşınması erməni diaspor və lobbisinin ana hədəfi, genişlənən imkanı, uzanan əlidir. Çünki qüvvələrin dislokasiya mərkəzi yad məkanlara riyazi silsilə şəklində etap olunduqca, tərəflərin müəyyənedici rolu da həndəsi silsilə şəklində azalır.
O üzdən Azərbaycan Prezidentinin istər Qarabağ, istərsə də Göyçə və Zəngəzur kimi tarixi torpaqlarımızla bağlı kəskin bəyanatları öz aktuallığını günbəgün artırır. Bu bəyanatların, məsələn, vaxtilə 11 aprel seçkilərinə hesablandığını düşünənlər həm siyasi, həm də hərbi baxımdan semantik faciənin baş qəhrəmanları kimi yadda qaldılar. Çünki real siyasi mənzərədə hətta ən ciddi rəqiblərin ən yaxın üfüqlərdəki koordinatlarını adi gözlə görmək mümkün deyildi. Etiraf edim ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, strateji əhəmiyyətli təcrübədir.
Eyni sırada Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisinin son çıxışları, “vətənpərvərlik hissini itirmək dəhşətli milli faciədir” kimi həyəcan dolu ismarıcı da günümüzün ən obrazlı, ən iddialı və ən ciddi mətnlərindəndir: özündə xalqın və dövlətin milli maraqlarını, ağrı-acısını ehtiva edir.
Belə olan halda kifayət qədər məzmunlu və səmimi bir ismarışların hamı tərəfindən eyni münasibətlə qarşılanacağını iddia etmək, görəsən, niyə bu qədər çətindir? Bilmədiyimiz hansısa nəsnələrin mövcudluğu haqqında düşünmək məcburiyyətimiz, şübhə-tərəddüdlə izlənən bulanıq təsəvvürlərimiz haradan rişələnir?..
Söz azadlığının, fikir plüralizminin bəzən hətta sarkazm səviyyəsində təzahürü, istəsək də, istəməsək də düşüncəmizdəki boşluqları, xarakterimizdəki qüsurları, münasibətlərimizdəki konfrantasiyaları əsas müzakirə mövzusuna çevirir və həyati əhəmiyyətli məsələlər haqqında danışmaq imkanımızı xeyli məhdudlaşdırır. Belə bir mühitdə yaradıcılıq diapazonunu genişləndirmək, analitik axtarışların alt qatına enmək nə qədər asandırsa, “yaltaq, yalaq” kimi ənənəvi qınaqların hədəfindən yayınmaq bir o qədər çətindir. Çünki lüzumsuz məişət söhbətləri çağdaş mediamız üçün bir sıra hallarda az qala alternativsiz tragik fenomenə çevrilib.
Yəni bu, ifadəsi üçün xüsusi cəsarət tələb etməyən, daha çox həssas oxucu auditoriyası tərəfindən gələn ünvanlı ittihamdır: Şou-biznes əhlinin hər gün artan sırasını bəzi hallarda xarakteri və yaradıcı düşüncəsinə görə heç bir üstün cəhəti ilə seçilməyən təmənnalı media diletantları tamamlayır. Nəticədə ölkə başçısının özünə dost bildiyi ləyaqətli jurnalist ordusuna akademik səviyyəsində KÜÇÜK damğası vurulur. Sonrakı təhdidlərdə isə kiminsə ölümü ilə bağlı irəli sürülən kəskin ittihamlar mediamızı QATİL simasında obrazlaşdırır. Bu, həm də düşmən düşərgələrdən informasiya cəbhəmizə qarşı idarə olunan təxribatın növbəti mərhələsi - daha təhlükəli davamıdır.
Nüfuzdan salınan söz media imicimizin təməl prinsiplərini sarsıdır, strateji koordinatlarını pozur, taktiki həmlələrini neytrallaşdırır; informasiya təhlükəsizliyi cəbhəsini təhdid altında saxlayır; ictimai rəydə ən fərqli rənglərin xaotik diffuziyasına yol açır və bütün bunların təbii davamı kimi, qazanılan uğurlarımızın, az qala bütün dünya ilə cəngə girən siyasi iradəmizin həqiqi mahiyyəti sonadək dəyərləndirilmir.
Əvəzində bəzi media məkanlarında, sosial şəbəkələrdə ayrı-ayrı fərdlərin özləri haqqında fateh obrazı formalaşdırmaq cəhdləri günbəgün artır. Xüsusilə bütün sinir uclarını özündə birləşdirən Qarabağ probleminin əsas müzakirə mövzusu kimi seçilməsi isə səhnəarxası qəhrəmanları zərgər dəqiqliyilə fərqləndirir. Alt şüurda asanlıqla oturuşan qeyri-fəal informasiyalar üst şüurda sabun köpüklərinin enerji əmsalını, təsir dairəsini ildırım sürətilə artırır.
Beləliklə, ermənicə düşünən, ancaq fransız, ingilis, rus, farsca... danışanların sırasına azərbaycanca dil-dil ötənlər də əlavə olunur və onların fövqəladə dəstəyilə ölkəmizə qarşı ikinci cəbhə açılır! Bu cəbhənin əsas məqsədi ayrı-ayrı rəsmiləri müzakirə müstəvisinə daşımaqla, Azərbaycan dövlətçiliyi ilə bağlı Qərbdə və Avropada qeyri-ciddi rəy formalaşdırmaqdır.
Əslində verbal aqressiyalar ciddi jurnalistikada heç vaxt müzakirə mövzusu olmayıb. Ancaq bu cür aqressiyaların xarabalıqları ilə dolu olan dünənimiz sabiq “baş qəhrəmanlarını” yenidən ön sıralara çıxarmaqla bu günümüzə qarşı xəyanətin mükafatlandırılması kimi ağır ittiham irəli sürür, ən böyük gücümüzün – SÖZümüzün kürəyinə xəncər saplayır, ideya və ideallarımızın ifadəsini iflic vəziyyətinə salır, inamımızı öldürür, həqiqətlə yalan arasındakı fərqi itirir və nəhayət, əsl informasiya daşıyıcılarını küncə sıxışdırır. Bu, çağdaş tariximizin milli-mənəvi dəyərlərimizi zədələyən ən təhlükəli nümunəsi, ən uğursuz təcrübəsidir.
O üzdən, növbəti “partlayış” məqsədilə məhz belə bir strateji cizginin çəkilməsi, həm də taktiki baxımdan daxili auditoriyaya, xüsusilə, bu aqressiyalara adekvat addımlarla cavab verilməsi ehtimalına hesablanıb. Dialoqların baş qəhrəmanları dəyişsə də, ssenari müəllifləri dəyişməyib. Yəni zərgər dəqiqliyi səhnə arxasındakıların əsl simasına güzgü tutacaq yeganə yolu çox böyük çətinliklə, yalnız ideal sintez və analizlə tanıdır: görünən meteoritlər görünməyən astroidlərin qəlpələri - Qərbdən və Avropadan gələn destruktiv aqressiyanın daşıyıcılarıdır. Yəni milli maraqlarımızın dövlət siyasəti səviyyəsində ifadəsi və dayanıqlı mövqeyi bu güc mərkəzlərini istər-istəməz alternativ mübarizə vasitələrindən bəhrələnməyə vadar edir. Yeni redaktələr bütün resursları ilə bu mübarizənin amansızlığı və iyrənc xarakteri haqqında dolğun təəssürat formalaşdırır. Artan təhdidlər isə artan gücümüzü şərtləndirir. Azərbaycanı ciddi rəqiblər sırasında görmək böyük şərəfdir...
Bununla belə, Bakıda ən ali səviyyədə səslənən bəyanatların düşmən düşərgəsində daha çevik, daha obyektiv şərhi də günümüzün danılmaz reallığıdır. Hərçənd Leonid Nersesyan, Baqram Atanesyan kimi ekspertləri əksər hallarda “suyun üzündə” görməyə adət etmişik. Lakin bu sırada tez-tez obyektiv münasibətlə rastlaşmağımız da təəccüb doğurmayan gerçəkliyə çevrilib. Təəccüb doğuran daha təhlükəli, daha ciddi məqamlar var. Məsələn, etiraf edim ki, belə mətnlərin adətən şərhsiz, birbaşa hərfi tərcümədə təqdimatından sonra kürəyimə “savadsız” damğası vuran oxucu ilə üz-üzə gəlməkdən çəkinmirəm. Məni qorxudan bu cür oxucuları “hazır mətnlərlə” ayaqda saxlayan yabançı qüvvələr, bu qüvvələrlə eyni mövqeyi bölüşən bəzi yerli işbazlar və onların informasiya daşıyıcıları - media bəzirganlarımızdır. Çünki ictimai rəydə anamaliyalarla izlənilən tərəddüdlər məhz onların birgə fəaliyyətinin bəhrəsidir. O üzdən idrak prosesində deduktiv yanaşma tərzinin aparıcı roluna üstünlük vermədən indiki məqamda hər hansı nəticənin hasili real görünmür.
Unutmaq olmaz ki, son vaxtlar bölgəyə aktiv fazada silah daşınması, onlardan nə vaxtsa atəş açılacağı ehtimalını hər gün daha da artırır. Bu mənada Prezidentin və onun komandasının son bəyanatları ilk növbədə mediamıza ünvanlanmış müharibə ilə bağlı anonsdur. Qələmini “döyüş” vəziyyətinə gətirənlər üçün “atəş” əmri verilib. Bu əmrin “döyüş”lə “söyüş” arasındakı fərqi anlamayan “tumbuçka” növbətçilərinə dəxli yoxdur. Söhbət informasiya səngərlərində sözün namusunu qoruyan fədakar media əsgərlərindən gedir. Qarabağın gələcək taleyi ilk növbədə məhz onların bu əmri necə yerinə yetirməsindən asılı olacaq. Çünki Azərbaycan ordusu ləyaqətli jurnalist pleyadasının davamı, səngər zəfəri isə soyuq müharibə qələbəsinin uzantısıdır...
.



Tanınmış jurnalist Şəfayət Avılbəyli milli qəhrəman Mübariz İbrahimovun təhqir edilməsinə münasibət bildirib.

Faktor.az sözgedən yazını təqdim edir:

“Bu kimi çıxışlar milli faciələrə gətirəcək. Bu ekspertlər, mollalar,  psixoloqlar, nə bilim nələr - tv-lərdəki, rəzilliklər sonumuzun, sanki necə təslim ediləcəyimizin nişanəsini göstərir.

Bu  “qadın”  nəçidir,  kimdir bilmirəm. Amma  onda "günah keçisi" axtarmıram. Mən onda günah  axtarıram ki, illərdir, bəzi məmurlarımız, xaricə yaşayan diasporçularımız bu qadından betər çıxışlar edir, o kəslər ki, məni qanına - qəltan edənlərə “od” verir, o kəslər ki, o kəslər ki...

Biz günahkarıq. Bu psixi asaq - kəsək, amma bu qadını psixoloq deyib efirə biz çıxartmışıq. Bu qadının sadəcə görünüşünə aldanıb, üzünə baxıb içininin nə olduğunu  bilməmişik.

Buyuq biz? Şəhid pulu dava olanda, erməni düşmənimiz bunları görüb sevinəndə...

Bu psixoloqa şükürlər olsun min dəfə.

Mən sizin mollalara, ekspertlərə "yala qaçan  vətənpərvər"lərinizə lənət deyirəm. Neçə ki, qarnı açıq, burnunda dəmir gəzdirən dizicırıq qızlar, neçə ki, qaşları qırxılan oğlanlar tv-lərdə övladlarımıza "mədə"niyyət göstərəcək - lənət deyirəm.

Neçə ki, artist ölkənin müəllimini döyüb biabır edəcək - lənət deyirəm, neçə ki...

Utanıram, utanıram, utanıram...”

 

.

Xəbər verdiyimiz ki, Beynəlxalq görmə imkanları məhdud insanların günü ilə bağlı R. Behbudov adına Mahnı Teatrında görmə imkanları məhdud 2 istedadlı gənc Zeynəb Ədalət qızı və Fərqan Arif oğlunun yaradıcılığına həsr olunmuş “Könül dünyası” adlı yaradıcılıq gecəsi keçirilmişdir. Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçən təntənəli gecə tamaşaçıları min bir ovqata köklədi.

Ardını oxu...

.


Qazaxıstanın liman şəhəri olan Aktauda təyyarədən düşəndən sonra əvvəlki paytaxt “Alma-ataya hələ 3 saatdan çox təyyarə yolu var” düşüncəsi ilk baxışdaca bu ölkənin əzəmətini göstərir. Sözsüz bir ölkə üçün ərazinin bu qədər böyüklüyü ciddi üstünlükdür. Elə bu faktor regionda bir-biri ilə qarşılıqlı əlaqədə olan dövlətlər içərisində Qazaxıstanın strateji potensialına əhəmiyyətli təsir göstərən sistem elementlərinin ən böyüyüdür. Yeri gəlmişkən qeyd edək ki, ərazisinin böyüklüyünə  görə Qazaxıstan 197 ölkə arasında 9-cu yeri tutur.

Ardını oxu...

.



Qocalar evindən buz bağlamış  gənclik evimə... 

Ardını oxu...

.
Şəfayət Avılbəyli 

      Gəncədə nə baş verdi. İndi hamı bir ucdan bu hadisəni şərh edir,yaxud hadisənin fövqündə kimisə ittiham edir,birindən qəhrəman, o birindən düşmən obrazı yaradır. Əslində bizim vətəndaşlar məhz bu cür hadisələrə yanaşmasında bir “təbii”lik var. Çünki,informasiya məkanının bu qədər xaotik  bolluğunun nəticəsi belədə olmalıdır.

 

       Gəncə nə baş verir? Hamı yazır, biri o birinin yazdığını paylaşır, bir tərəfdən kopyalayır,eyni zamanda bilmədən,ya da bilərəkdən fikir bildir.Bir neçəsi isə terroçu üçün müdafiə  komitəsi yaradır. Bax! Bu ağır və təhlükəli məsələdir.Yapmayın..Bu adam kim?  Əlini-qolunu sallaya-sallaya gəlib,bir şəhərin merinə,onun mühafizəçisinə güllə atacaqsan,sənə müdafiə komitəsi yaradacaqlar..Yenə həmin dalğa,həmin “siyasi” gedişlər.Hadisə törənir,hadisə şərh edilir,terror həyata keçirmiş “şəxs” ətrafında qəhrəman obrazı yaradılır..sonra isə bu adamdan siyasi fiqur yaradırlar.Mənnən deməkdi,  siyasi məhbus siyahalarında Yunis Səfərovun adını görsəniz heç təccüblənməyin..

 

 

 Ümumiyyətlə Gəncə maraqlı şəhərdi. Burda nələr baş vermədi ki, 1993-ci il, “Zobik”  ləqəbli “adam” adamlarını vəzifəyə təyin etməyən Hacı Vaqifə güllə atdı. O zaman Gəncə hadisələri zamanı Prezident Qvardiyasının Komandanı Tahir Məmmədova güllə atdı.Bunlar Gəncədə baş verdi.

 Bu günlərdə isə  Gəncə şəhər İcara Hakimiyyətinin başçısı Elmar Vəliyevə atılan güllələrin səs-sədası maraqlı ünvanlardan gəlir.

Kimdir Yunis Səfərov?

 

Nədən bu adam tez bir zamanda Rusiya vətəndaşlığı ala bilir? Gəncədə polisi tərksilah edir? Sonra sərhədi əlini-qolunu salalaya-sallaya keçir və Gəncədə terror həyata keçirir? Və sonra nə baş verir? Keçmiş baş nazirimizin müavininin oğlu Aydın Abbasov bu adamı müdafiə etməyə başlayır..Və nəhayət millətimizin “vəkili” Fəzail Ağamalı bu məsələlərdə Elmara atılan gülələri dövlətə atılan güllə hesab etmir?
Ama bir tərəfdən bozqurçü,sonra cəbhəçi,sonra amipçi,indi isə ANA VƏTƏNÇİ olan millətimizin vəkilinə elə milli məclisdə atılan yumruğa görə nədən BANDİT ləqəbi verdirib sürgünə göndərdirdi.Bəli, banditi,terrorçunu öz adı ilə çağırmaq lazımdı Fəzail Ağamalı! Axı sizdə bu təhdidlər altında İDİNİZ...Sənə atılan yumruğun sahibi həbs olunmayana qədər.

Çox qəribə detallar açıqlanır Elmar Vəliyevin əleyhinə kompaniyaçılıq aparanlar deyir ki,guya Elmar Vəliyev aşura günüdə şərab festifalı keçirdib.Baxın radikal dindarlar məsələnin kökünü gətirib hara calayır. Halbuki həmin festifal tamam fərqli bir gündə keçirilib. Bir qrup jurnalistlərin Elmar müəllimlə görüşünü xatırlayıram.Səmimi ortamda mediaya tam açıq olan bu şəxs barədə hökm yürütmək Fəzail Ağamalı kimi deputatların köhnə adətidir.Elmar Vəliyev xurafatdan kənar dinimizə hörmət edən bir şəxs olduğunu hər kəs bilir. Bizimlə görüşündədə Gəncə kimi qədim şəhərimizə necə bağlı olduğunu nümayiş etdirdi.

Budur dövlət orqanları açıqladı..

Baş ProkurorluqDaxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi faktı ilə bağlı növbəti açıqlama yayıb.

 

"Xəbər verildiyi kimi, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

 

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün "Kapitalbank"ın Gəncə  filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək "Makarov" markalı xidməti tapançasını ələ keçirib. Bundan sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləyib, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralayıb hadisə yerindən qaçıb.

 

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

 

Araşdırmalar göstərib ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün "Müsəlman birliyi hərəkatı" adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb, onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərib və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tutacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutub. Videomüraciətdə Yunis Səfərov "Müsəlman birliyi hərəkatı"nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır" deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxslərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

 

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulub. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir. Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək. Müvafiq cinayət işi üzrə istintaqın gedişi haqqında əlavə məlumat veriləcək".

 

Məncə çox bəsit və sadə izahda məsələlər var.. Rəsmi orqanların bu məlumatından sonra Aydın Abbasov bir “Gəncə” li kimi  müdafiə etməyəcək?

 

 

 Məlumata görə bu adamın anası erməni əsilli, Rusiya da müəyyən dairələrə xidmət göstərən,eyni zamanda Gəncə şəhərində dini radikalizimi yaymaqla məşğul olan bir şəxsdir..Və bunun sübutu sosial şəbəkələrdən gələn statuslarda öz əksini tapır.Əgər bu adamın Elmar Vəliyevlə şəxsi ədavəti olsa idi,təbii ki, bunun əks-sədası çoxdan çıxmışdı. Əks tədqirdə qolundakı kips arasında gizlətdiyi silahla(belə metodlardan istifadə ancaq  terrorçulara xasdır ) gələrək –“Sizinlə işim var Elmar müəllim” deyərək ona yaxınlaşaraq atəş açması, hər şeyin planlı olmasına işarədir.Yox əgər Elmar bu adamı tanıyırdısa onu mühafizəçilərdən özünə tərəf niyə buraxmalı idi?

Bəli çox suallar var, Fəzail Ağamalı!-orqanlar bu barədə öz sözünü  dedi.

Ama sonuncu sözü əvvəlcə demək çox təhlükəlidir.Kimin kim olmasını hamı görür.Elmar Vəliyev əsl Türk,millətini sevən, təəsübünü çəkən dövlətinə,xalqına sadiq bir məmurdur.Və tezliklə sağlığına qovuşaraq öz vəzifəsinin icrasına dönəcək.

Kimin ermənilərlə Rusiyada bağlılığını hər kəs bilir,kimin ermənilərlə qohumluq əlaqələrinidə o cümlədən BİLƏNLƏR VAR..Bunu Abbas Abbasovun oğluda bilir.

   

.


Erməni baş nazir 8 mayda Şuşaya gəldi, “tarixi qələbə”lərini qeyd etdi. Bizdə elədik, ancaq ondan bir gün sonra ....Həmdə guya deyib ki, yaxşı ki, azərbaycanlılar biznən qonşudurlar, yəni 25 ildir ki, heç “zad” eləmirlər, sakitdirlər, üzü yoladırlar...yada eləməyə ...Hətta Şuşanın yeni kadrlarını da bizə göstərdi. Demək istədi ki, torpağa belə sahib olurlar.Yerazlar da bu tərəfdən  deyir ki, Paşinyan İcevan rayonunun Haqqıxlı kəndindəndir.Demək istiyirlər  ki, burda baş nazirin əməlli yerlililəri də var?
      
O vaxtlar yaylaqdan  azuqə üçün,yəni qənd, şəkər, un almaq üçün Krasnoselsk rayonuna (Çənbərək) gedərdik. Qadınlarımız (arvadlar) başında şal, ayaqlarında qaloş, qabaqlarında da eşşək , eşşəklərində üstündə üşaqları...Heç yadımdan çıxmaz orda unun kisəsi 15 manat 30 qəpiyə satılırdı. Bizdə bu qiymət 18 manat 50 qəpik olduğundan hamı o tərəfə üz tutardı. Arvadlar deyirdi ki, 3 manat ermənistanda un ucuzdu, bu 3 manta isə 1 cüt QALOŞ düşürdü. Qınamıyın, o zaman bizim qadınların ayağında qara,içi məxməri Qaloş görəndə deyirdilər ki, “krasnı”danmı almısan?! Hətta ermənilər bu qaloş istehsalını gücləndirmişdilər, çünki qaloşu da bizdən başqa alan yox idi. Mənimdə qaloşum var idi. Hər dəfə futboldan sonra təmizləyib yerinə qoyardım.
 
Ən qəribəsi isə o idi ki, qadınlarımız un kisəsinin üstündə yazılan “Vışıy sort” sözünə də inanmırdılar. Un kisəsinin ağzını açıb barmaqları ilə yoxlayırdılar ki, görək həqiqətənmi əla növdü. Ermənilər bizə baxıb gülürdülər. O zaman elə bilirdim bu gülüş, ora eşşəklə getdiyimizə görədir. Həmdə eşşəyin belində çox miskin görnüşümüz var idi.O üzdən elə fikirləşirdim. Sonralar anladım ki, ermənilər eşşəyə yox, sadacə bizim eşşəkliyimizə gülürlər. Çünki qadınlarımız un kisəsinin ağzını açıb, sonra özləri ilə apardıqları iynə-sapla tikirdilər.Bunun isə özəl tərəfləri var idi.İndi onu açıqlamayım..Bunu qadınlarımızdan biri eləsəydi dərd yarı idi.Təssüf ki, bu “adət” i hamsı edirdi.
Yadımdan çıxmaz erməni uşaqları velosipedlə gəlib univermağın qabağında bizim eşşəkllərə həsrətlə baxırdılar.Təbii ki, bizdə onalrın velosipedlərinə həsrətlə baxırdıq.Hətta fikirləşirdim ki, görəsən nə zamansa bizimdə velosipedimiz olacaqmı? Günlərin bir günü yenə eyni qayda ilə  un almağa gedəndə erməni dığası eşşəyi minmək üçün mənə 20 qəpik verdi, hətta çox mindiyinə görə bir təkəri  qırıq velosipedini mənə verdi.Sevincimin həddi hüdudu yox idi.Mən yaylağa velosipedlə qayıdırdım. Düzdü erməni dığasının eşşəyimizi minməyini nənəmə satmışdılar.O günü yaxşı kötək  yesəmdə təkərinin biri olmayan velosipedin başına o qədər uşaq yığışmışdı ki.. Maraqlı nə idi bilirsinizmi..Biz heç vaxt velosiped minməyi bacarmazdıq. Öz növbəsində erməni dığalarıda eşşək minməyi bacarmırdılar.Ama minməyə cəhd edirdilər.Eşşək bu erməni dığalarını nə qədər yerə çırpsada qalxıb yenidən minirdilər...Bax beləcə eşşək axırda bezib ermənini gəzdirməyə məcbur olurdu.Sadəcə pis başa düşməyin....?
Mənim nənəm 5 nömrə qaloş geyərdi. Heç vaxt ondan başqa ayaq geyiminin olduğunu görmədim. Sonralar, biz bir daha o tərəflərə gedə bilmədik.Nə ermənilər bizim eşşəyə mindi, nə də biz 15 manata un ala bildik. Ən acınacaqlısı o idi ki, sonralar arvadlar geyməyə QALOŞ tapa bilmirdilər.Çünki bizimkilər qaloş istehsal edə bilmirdilər.
Sonralar nə Arinbert, nə Sayut, nə Akdamar siqaretləri oldu.Məni sadəcə bir şey maraqlandırırdı.Nədən, biz erməni istehsalı olan hər şeyi almaq üçün ora gedərdik. Məgər bizdə siqaretmi,çaxırmı, limonadmı yox idi...Var idi özüdə mağazalarda çürüyürdü..Çünki keyfiyyət yox idi.
İndi bildim Paşinyan niyə bizlə qonşu olmaqdan məmnundur..
Şəfayət Avılbəyli
.
   Kimsəsiz

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovu bu qurumda yaxşı adam kimi tanıyırlar.Həmdə humanist adam kimi..Gəlki bu sistemdə humanistlik o qədərdə yaxşı nəticələrə gətirib çıxarmır.O üzdən general Əlixanovun başına gətirilənlər buna əyani sübutdur.

Bu adam tək bacısı oğlunu pul gələn istiqamətə işə qoya bilmişdi. O da "Qoca" və bir manısın gudazına getdi.İndi deyirlər ki,Əlixanov cənabları 65 yaşla əlaqədar vəzifədən "penitensiardan-pensiyaya" göndərilib. Baxanda “Pen” sözü ikisindədə var .Ama “siyarla siya“ nında fərqi çox imiş. Əlixanov bundan əvvəl bu quruma xeyli rəhbərliyi əvəz edib. Və deyilənə görə bu vəzifəyyə iddialı da olub.Çünki ətrafında cəmləşən “qohum-əqraba” da bu “izdivaca” dəstək verəcəkləri gözlənilirdi.Nədən bunun baş tutması isə hələdə sual doğurur.

  Bacıoğludan nədir çəkdiklərimiz?

Daha sonra Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşının işdən çıxarıldı. Məlum oldu ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları — Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən kənarlaşdırıldı. Və məhkəmə qərarı ilə qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov da ədliyyə orqanlarından xaric edildi.

Bunlara səbəb isə o idi ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda Bakıya gətirilən məhbuslar “Qoca” ləqəbli Əli Ağami və Etibar Məmmədov vaqondan qaçmışdı.

 İndi biri yazır ki,bu adam yaşla bağlı təqaüdə göndərilib. O biri isə yazır ki, bu dezinformasiyadı General təqaüdə getməyib...HƏTTA. Ya getsə nə olasıdı,getməsə nə olasıdır?

Bu sistemdə hər şey baş verdi.Bir vaxtlar türmədən çıxan Lamiyəni ulduz kimi qarşılayan televiziya kanallarımız,sonra avtoritet  üçün min hoqqa çıxardan Fədayə Laçınsız ..ın əməlləri film kimi yani...Nələr gəldi nələr getdi.Mən deyim ki,əslində bu adam xəcalətdən getdi bu sistemdən.Ama yaxşı adam deyirdilər...

 

.


Dünya inkişaf edərkən, yaxşı və pis olan nə varsa  bərabər inkişaf edir. Dünyanın inkişaf etməsi önəmlidir.

Ardını oxu...

Xəbər lenti