.

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş ölkədən gəlmiş “Hədiyyə karvanı” heyətii ilə Milli Məclisdə görüşüb.
Azərbaycanda səfərdə olan Türkiyənin nüfuzlu iş adamı, Uşaq Oyunları və İdman Klubları Federasiyasının başqanı Mehmet Mutlu, Türkiyə Ticarət Universiteti Öyrətim üzvü, Prof. Mustafa Ilıcalı və İstanbul Universiteti rektor yardımçısı, Prof. İlyas Topsakalla mayın 31-də gerçəkləşən görüşdə “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu, "Yeni Müsavat"ın əməkdaşları Aygün Muradxanlı və Elşad Paşasoy da iştirak edib.
Görüşdə gündən-günə genişlənən Azərbaycan-Türkiyə işbirliyi, tarixi Qarabağ Zəfəri, Türk dünyasında yeni işbirliyi imkanları və aydınların, mədəniyyət xadimlərinin bu istiqamətdə üzərində düşən mənəvi məsuliyyətdən söz açılıb. Mehmet Mutlunun təşəbbüsü ilə Türkiyədən yola çıxan, 31 maydan etibarən 20 gün içində respublikamızın 16 bölgəsini gəzəcək, şəhid və qazi ailələrinin uşaqlarını sevindirəcək “Hədiyyə karvanı”ndan danışılarkən bu xeyirxah addımla bağlı yüksək fikirlər ifadə olunub. Mehmet Mutlunun “adını “Hədiyyə karvanı” qoyduq, amma əslində adı sevgi karvanıdır” haqlı söyləminə qarşı Qənirə Paşayeva “adın nə olmasının fərqi yoxdur, sizin niyyətiniz gözəldir.
Uşaqların sevinməsindən gözəl nə ola bilər?” deyə fikrini bildirib, bu nəcib təşəbbüsə görə bir daha minnətdarlıq edib: "Sizin xeyriyyəçi fəaliyyətinizi ürəkdən təqdir edirik. Bildiririk ki, Mədəniyyət Komitəsi olaraq, belə nəcib layihələrinizdə Sizin yanınızdayıq. Çünki mədəniyyət adına layihələrimizin artması vacibdir. Türkiyə və Azərbaycan gerçəkdən “Bir millət, iki dövlət”dir. Bu bölgədə Türkiyə və Azərbaycan nə qədər güclü olarsa, gələcək nəsillərimiz o qədər güclü olar”. İstanbul Universiteti rektor yardımçısı, Prof. İlyas Topsakal Gəncə və İstanbul universitetlərinin qardaşlaşması ilə bağlı İstanbul Universitetinin rektorunun təşəbbüsünün olduğunu bildirib. İlyas Topsakal Türkiyə və Azərbaycan ali təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsi zəruriliyinə vurğu edib. Q.Paşayeva bu təşəbbüsü yüksək dəyərləndirib və təşəbbüsün tezliklə gerçəkləşməsi üçün əlindən gələni edəcəyini bildirib. Görüşdə Qarabağda şəhid və qazi olmuş qəhrəmanların övladları ilə bağlı sevgi karvanlarının bundan sonra daha da genişləndiriləcəyi ifadə olunub. Səmimi ortamda, qardaşlıq ruhunda keçən görüşün sonunda Q.Paşayeva görüş iştirakçılarına Qarabağ və Türk dünyası motivli xatirə hədiyyələri təqdim edib.
20 İyun 2021 “Şuşada Azərbaycanla bərabər, Türkiyə bayrağı da dalğalanacaq” - Mövlud Çavuşoğlu
20 İyun 2021 “Azəriqaz” istənilən müzakirə üçün açıqdır – Ruslan Əliyev
19 İyun 2021 XARÜQƏLƏR YARADAN BİRLİK
19 İyun 2021 Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb
18 İyun 2021 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 2021 Tələbə təhsil kreditləri bu şəxslərə şamil olunmayacaq
15 İyun 2021 Rusiya bilir ki, hücum etsə, dünya savaşı başlayacaq
15 İyun 2021 Tarixi görüşdə diqqət çəkən detal - Foto
15 İyun 2021 Ərdoğan Azərbaycana gəldi
14 İyun 2021 Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb
13 İyun 2021 İki erməni “yolunu azaraq”, Azərbaycana keçib
13 İyun 2021 Q.Paşayeva Azərbaycan Milli Kulinariya Assosasiyasının Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpaz üzvü ilə görüşüb.
12 İyun 2021 “Sizi Tanıyaq ” layihəsi üzrə Milli Mükafatın sahibləri məlum olub.
12 İyun 2021 Q.Paşayeva qəhrəman şəhid gizirimiz Sübhan Abdurahmanlının anası ilə görüşüb
09 İyun 2021 "Metsamor AES-i partladarıq" - Erməni proqramlarında açıq TƏHDİD
09 İyun 2021 Lavrov: Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil
09 İyun 2021 Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi - Fotolar
09 İyun 2021 Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb
09 İyun 2021 Qənirə Paşayeva İƏT Parlament Assambleyasının II Ümumi Konfransında çıxış edib - FOTO
08 İyun 2021 ŞƏHİDLƏRİMİZİ ƏMƏLLƏRİMİZLƏ YAŞADAQ!
08 İyun 2021 Qənirə Paşayeva Tovuzda seçicilər, o cümlədən şəhid ailələri və qazilərlə görüşüb.
08 İyun 2021 MEDİA jurnalistlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR
08 İyun 2021 Azərbaycanda şok! Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı
06 İyun 2021 Bahar Muradova şəhid jurnalistlərlə bağlı xatirələrindən danışdı
05 İyun 2021 Ədliyyə nazirindən beynəlxalq təşkilatlara müraciət
05 İyun 2021 Kəmaləddin Heydərov jurnalisti hədələyən Araz Musayevi işdən çıxardı
05 İyun 2021 Hikmət Hacıyev jurnalistlərin minaya düşərək həlak olmasından yazdı - FOTO
04 İyun 2021 Türk Dünyası Araşdırmaları Simpoziumu başladı - Fotolar
03 İyun 2021 Ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatdı
02 İyun 2021 MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb

Xəbər lenti