.

3 iyun 2021-ci ildə Ağdam rayon 149 nömrəli tam orta məktəbi
n 5b sinif şagirdləri ilə görüşüm oldu. Bu görüş mənim üçün unudulmaz idi.

Ona görə ki, 
həm şagird yoldaşlarımla görüşürdüm, həm yaşıdlarımın dəyərli sözlərinə layiq görülürdüm, həm də bu günə qədər etdiklərim barədə onlara hesabat verirdim. Bu görüşü reallaşdırdığına görə 5b sinfinin rəhbəri, məktəbin dil-ədəbiyyat müəlliməsi Günel  Kərimovaya dərin minnətdarlığımı bildirirəm. 5b sinfinin 2020-2021-ci tədris ilində keçirdiyi son tədbirin iştirakçısı olduğuma görə də sevinirəm. Bu tədris ili o tədris ili idi ki, başlayandan 12 gün sonra şanlı Vətən müharibəsi başladı və Vətən müharibəsində məktəb müəllimləri də iştirak etdi. Onlar Qazi kimi evə, Şəhid kimi torpağa döndülər... Dastana döndülər... Biz bu tədbirdə bütün Şəhidlərimizi 
andıq...


Günel müəllimə mənim fəaliyyətimlə bağlı danışdı və təşəkkürünü bildirdi. Açdığım səhifələrdən Ülvi Azayev və Rahid Cəfərov səhifələrini uşaqlara göstərdi. Kiçik əməyimin və borcumun belə qiymətləndirilməsinə görə bir daha Günel müəlliməyə minnətdaram... O, bununla həm də şagirdlərinə daha çox Vətənpərvərlik hissi aşılayır, Vətənə sarsılmaz bağlı olan gənc fidan qardaş-bacılarımı bu yolda irəliyə səsləyir.

Mən Vikipediyada Şəhidlərimizlə bağlı gördüyüm işlərdən danışdım. İlk olaraq Vikipediyaya ilk dəfə 2020-ci ilin avqustunda qoşulduğumu dedim. Vətən müharibəsi gedişatında Qubadlının azad edilməsi səhifəsini açdığımı və sonra dekabr ayında ilk Şəhid səhifəm olan Cavid Səfərli səhifəsini açdığımı dedim. Naim Ağayev, Səid Cəfərov, Elsevər Paxırov, Azər Şəmilov... Və sonra qərara gəldim ki, dayanmayım və Şəhidlər haqqında Vikipediya səhifəsi açmağa sürətlə davam edim. Vikipediyada 200-dən çox Şəhid səhifəsi açdığımı dedim və onu da bildirdim ki, Azərbaycan Vətən müharibəsində hələ ki, 2903 Şəhid verib... Mən dekabr ayından bu işə başlayanda söz vermişdim ki, son Şəhidimizə səhifə açılana qədər mən Şəhidlərimizə Vikipediya səhifəsi açacağam. Vikipediya beynəlxalq ensiklopediyadır və Azərbaycan əhalisinin bir çoxu Vikipediyadan məlumat alır. Həmçinin, “Şəhadət Şərbətini Dadan Şəhidlər” adlı layihəmə qoşulan 5b sinfinin şagirdlərinə: Sənan Babazadəyə, Vidadi Pənahlıya, Aysun Rəhimliyə, Murad Cəlilova, Mehin Hüseynliyə, Elcan Əhmədova, Sadiq Sadıqlıya ayrıca  təşəkkürümü bildirdim. Sinif şagirdləri Cəbrayıl Dövlətzadə, Yasən Əhmədov olmaqla, Şəhidlərimiz barədə dolğun məlumatlar verdilər. 

Sonda tədbirin unudulmaz anı reallaşdı.” Şəhadət Şərbətini Dadan Şəhidlər” adlı layihəmə də qoşulan 5b sinif şagirdi Murad Cəlilov mənə Vikipediya səhifələri açdığıma və Şəhidləri tanıtmağıma görə təşəkkür etdi.

 Xüsusilə də həmyaşıdlarım tərəfindən əməyimin qiymətləndirilməsi məni bir daha xoşbəxt edir. Hər zaman dediyim kimi, bütün bunlar mənim Vətənimiz qarşısında  ödəməli olduğum böyük borcumun cüzi bir hissəsidir!

Tədbirə görə Günel müəlliməyə və Vətənpərvər şagirdlərinə minnətdarlığımı bildirir, gələcək tədris ilində onlara uğurlar və müvəffəqiyyətlər arzu edirəm!

 

Sevindik Nəsiboğlu

gənc yazar

 

 

 


20 İyun 2021 “Şuşada Azərbaycanla bərabər, Türkiyə bayrağı da dalğalanacaq” - Mövlud Çavuşoğlu
20 İyun 2021 “Azəriqaz” istənilən müzakirə üçün açıqdır – Ruslan Əliyev
19 İyun 2021 XARÜQƏLƏR YARADAN BİRLİK
19 İyun 2021 Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb
18 İyun 2021 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 2021 Tələbə təhsil kreditləri bu şəxslərə şamil olunmayacaq
15 İyun 2021 Rusiya bilir ki, hücum etsə, dünya savaşı başlayacaq
15 İyun 2021 Tarixi görüşdə diqqət çəkən detal - Foto
15 İyun 2021 Ərdoğan Azərbaycana gəldi
14 İyun 2021 Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb
13 İyun 2021 İki erməni “yolunu azaraq”, Azərbaycana keçib
13 İyun 2021 Q.Paşayeva Azərbaycan Milli Kulinariya Assosasiyasının Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpaz üzvü ilə görüşüb.
12 İyun 2021 “Sizi Tanıyaq ” layihəsi üzrə Milli Mükafatın sahibləri məlum olub.
12 İyun 2021 Q.Paşayeva qəhrəman şəhid gizirimiz Sübhan Abdurahmanlının anası ilə görüşüb
09 İyun 2021 "Metsamor AES-i partladarıq" - Erməni proqramlarında açıq TƏHDİD
09 İyun 2021 Lavrov: Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil
09 İyun 2021 Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi - Fotolar
09 İyun 2021 Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb
09 İyun 2021 Qənirə Paşayeva İƏT Parlament Assambleyasının II Ümumi Konfransında çıxış edib - FOTO
08 İyun 2021 ŞƏHİDLƏRİMİZİ ƏMƏLLƏRİMİZLƏ YAŞADAQ!
08 İyun 2021 Qənirə Paşayeva Tovuzda seçicilər, o cümlədən şəhid ailələri və qazilərlə görüşüb.
08 İyun 2021 MEDİA jurnalistlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR
08 İyun 2021 Azərbaycanda şok! Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı
06 İyun 2021 Bahar Muradova şəhid jurnalistlərlə bağlı xatirələrindən danışdı
05 İyun 2021 Ədliyyə nazirindən beynəlxalq təşkilatlara müraciət
05 İyun 2021 Kəmaləddin Heydərov jurnalisti hədələyən Araz Musayevi işdən çıxardı
05 İyun 2021 Hikmət Hacıyev jurnalistlərin minaya düşərək həlak olmasından yazdı - FOTO
04 İyun 2021 Türk Dünyası Araşdırmaları Simpoziumu başladı - Fotolar
03 İyun 2021 Ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatdı
02 İyun 2021 MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb

Xəbər lenti