.


Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının qonağı vətənpərvər, gənc istedad Gözəl saz ifaçısı Cabir Verdiyevdi
AFİA.AZ müsahibəni olduğu kimi dərc edir:

-Salam Cabir. Sizi Tanıyaq ailəsinə xoş gəldin. Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə "Sizi Tanıyaq!"
 
-Salam. Mən Verdiyev Cabir İntiqam oğlu 06.01.2009 - cu ildə Bakı şəhərində anadan olmuşam. Əsəd Ələsgərov adına 244 saylı tam orta məktəbin 1-ci sinif şagirdi olmuşam. Hal-hazırda Cəbrayıl rayonunun Qovşudlu kəndi tam orta məktəbinin 6-cı sinif şagirdiyəm.
-Hansı fənni daha çox sevirsən?
-Sevdiyim fənn Ədəbiyyat fənnidi
-Kim olmaq istəyirsən?
-Tanınmış aşıq olmaq istəyirəm.
-Ailədə səndən başqa xüsusi istedadı olan varmı?
-Qardaşım 5 ilik tar məktəbin bitirib
-Aşıq sənətinə marağın necə yarandı?
 

-Mən balaca vaxtlarımdan sazı sevmişəm. Saz ifalarına sevərək qulaq asırdım. Hal-hazırda musiqi məktəbinin 5-ci sinfində oxuyuram
- Neçə yaşından saz çalırsan?
-8 yaşımdan.
-Ustadın kim olub?
-Məllimim Zəngilan rayon 3 saylı musiqi məktəbindən Bəxtiyar müəllim olub.
-Hansı aşıqların yaradıcılığından bəhrələnmisən?
-Aşıq Ədalət Dəlidağlını çox sevirəm, bir də aşıq Mübarizi
-Hər saz çalandan aşıq olarmı?
-Xeyr, hər saz çalan aşıq olmaz. Aşıq musiqisi insanın mənəvi dəyərlərini tərənnüm edir. Aşıq özündə şair, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirməlidir.
-Layihəmiz həm də istedadlı gəncləri arzuladıqları ziyalı və sənətçilərlə görüşünü təşkil edir Sən kimi görmək istərdin?
-Mən aşıq Mübarizi görmək istərdim.
-Söhbətimizin sonunda başqa nə demək istərdiniz? İstedadlı dostların və ya oxucularımıza bir sözünüz varmı?
-Hamınıza təşəkkür edirəm, istedadı olan gənclərə uğurlar arzulayıram.


Xəbər lenti