.
Ədliyyə naziri Fikrət Məmmədov iyunun 4-də Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarının Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olması və yaralanması ilə əlaqədar ATƏT-in Minsk Qrupunun həmsədr və bütün digər üzv ölkələrinin ədliyyə nazirlərinə, BMT-nin və Avropa Şurasının insan hüquqları üzrə rəhbər vəzifəli şəxslərinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentinə müraciətlər ünvanlayıb.

Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müraciətlərdə 30 illik erməni işğalı altında olan torpaqlarımızın Vətən müharibəsində Qələbəmizlə azad edildiyi, o cümlədən ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla 3 rayonun qaytarıldığı və 750 min məcburi köçkünün öz yurdlarına qayıtmasının nəzərdə tutulduğu qeyd olunub:
“Lakin Ermənistan tərəfindən soydaşlarımızın geri qayıtmasına əngəl törətmək və mülki əhali arasında növbəti qurbanların olması məqsədilə ərazilərimizin minalandığı və bununla bağlı Azərbaycanın dəfələrlə etdiyi müraciətlərə, beynəlxalq ictimaiyyətin çağırışlarına baxmayaraq Ermənistanın qeyri-insani davranaraq beynəlxalq normaları, o cümlədən BMT-nin 1949-cu il Cenevrə və İnsan hüquqlarına dair 1950-cı il Avropa konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla mina xəritələrini qəsdən vermədiyi vurğulanıb.
Ermənistanın insanlığa qarşı bu cinayətkar əməlləri nəticəsində müharibədən sonra dinc sakinlər və sülhməramlılar olmaqla 140 nəfərdən çox şəxsin erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşdüyü və onlardan 27-nin həlak olduğu təəssüflə qeyd edilib. Bildirilib ki, sonuncu faciəvi hadisə isə iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda baş verib və minanın partlaması nəticəsində peşə vəzifəsini yerinə yetirən iki jurnalist olmaqla 3 nəfər həlak olub, bir neçə şəxs isə ciddi xəsarət alıb.

Bununla bağlı ədliyyə naziri xarici həmkarlarını və beynəlxalq insan hüquqları təsisatlarını müharibənin bitməsindən sonra insan həyatlarının xilası və yeni qurbanların qarşısının alınması, məcbur köçkünlərin öz dədə-baba yurdlarına təhlükəsiz qayıtması, həmçinin Qafqazda sülh və əmin-amanlığın bərqərar olunması naminə səslərini ucaldaraq Ermənistanı mina xəritələrinin verilməsi ilə əlaqədar beynəlxalq öhdəliklərini hökmən yerinə yetirməyə təsir etməyə çağırıb”.

Qeyd olunub ki, ədliyyə işçiləri iyunun 4-də Kəlbəcər rayonunda Ermənistan tərəfindən quraşdırılmış minaya düşərək həlak olmuş həmvətənlərimizi anaraq xatirələrini bir dəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.

20 İyun 2021 “Şuşada Azərbaycanla bərabər, Türkiyə bayrağı da dalğalanacaq” - Mövlud Çavuşoğlu
20 İyun 2021 “Azəriqaz” istənilən müzakirə üçün açıqdır – Ruslan Əliyev
19 İyun 2021 XARÜQƏLƏR YARADAN BİRLİK
19 İyun 2021 Ceyhun Bayramov Rumıniya və Qabonun xarici işlər nazirlərilə görüşüb
18 İyun 2021 Şuşa Bəyannaməsi ölkəmizdəki siyasi birliyi daha da möhkəmləndirəcək
18 İyun 2021 Tələbə təhsil kreditləri bu şəxslərə şamil olunmayacaq
15 İyun 2021 Rusiya bilir ki, hücum etsə, dünya savaşı başlayacaq
15 İyun 2021 Tarixi görüşdə diqqət çəkən detal - Foto
15 İyun 2021 Ərdoğan Azərbaycana gəldi
14 İyun 2021 Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb
13 İyun 2021 İki erməni “yolunu azaraq”, Azərbaycana keçib
13 İyun 2021 Q.Paşayeva Azərbaycan Milli Kulinariya Assosasiyasının Vətən Müharibəsində könüllü iştirak etmiş bir qrup aşpaz üzvü ilə görüşüb.
12 İyun 2021 “Sizi Tanıyaq ” layihəsi üzrə Milli Mükafatın sahibləri məlum olub.
12 İyun 2021 Q.Paşayeva qəhrəman şəhid gizirimiz Sübhan Abdurahmanlının anası ilə görüşüb
09 İyun 2021 "Metsamor AES-i partladarıq" - Erməni proqramlarında açıq TƏHDİD
09 İyun 2021 Lavrov: Zəngəzur dəhlizi Türkiyəsiz mümkün deyil
09 İyun 2021 Məhərrəmlə Siracın xatirəsi əbədiləşdirildi - Fotolar
09 İyun 2021 Q.Paşayeva Türkiyədən gəlmiş “Hədiyyə karvanı” heyəti ilə görüşüb
09 İyun 2021 Qənirə Paşayeva İƏT Parlament Assambleyasının II Ümumi Konfransında çıxış edib - FOTO
08 İyun 2021 ŞƏHİDLƏRİMİZİ ƏMƏLLƏRİMİZLƏ YAŞADAQ!
08 İyun 2021 Qənirə Paşayeva Tovuzda seçicilər, o cümlədən şəhid ailələri və qazilərlə görüşüb.
08 İyun 2021 MEDİA jurnalistlər üçün müsabiqə elan etdi - ŞƏRTLƏR
08 İyun 2021 Azərbaycanda şok! Sürücüsü icra başçısının illərlə yığdığı var-dövləti satıb qaçdı
06 İyun 2021 Bahar Muradova şəhid jurnalistlərlə bağlı xatirələrindən danışdı
05 İyun 2021 Ədliyyə nazirindən beynəlxalq təşkilatlara müraciət
05 İyun 2021 Kəmaləddin Heydərov jurnalisti hədələyən Araz Musayevi işdən çıxardı
05 İyun 2021 Hikmət Hacıyev jurnalistlərin minaya düşərək həlak olmasından yazdı - FOTO
04 İyun 2021 Türk Dünyası Araşdırmaları Simpoziumu başladı - Fotolar
03 İyun 2021 Ərzaq qiymətləri son 10 ilin ən yüksək həddinə çatdı
02 İyun 2021 MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva bir qrup ziyalı ilə görüşüb

Xəbər lenti