.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasının bu günkü qonağı, istedadlı qardaş-bacı- 
Nüsrət Qusarlı və bacısı, müğənni, fortepiano ifaçısı, Zafinadır.
AFİA.AZ istedadlı qardaş və bacının müsahibəsini təqdim edir:

-Salam.Sizi Tanıyaq ailəsinə xoş gəldiniz. Layihəmizin adət-ənənəsinə uyğun olaraq, öncə Sizi Tanıyaq
-Çox sağ olun. Mən Mirzəbəyov Nüsrət. 16yaşım var. Milli Konservatoriya nəzdində musiqi kollecin, xalq çalğı alətləri şöbəsinin ll kurs tələbəsiyəm.
-Mən Mirzəbəyova Zafina.11yaşım var.Qusar incəsənət məktəbinin, fortepiano şöbəsinin birinci sinif şagirdiyəm.
-Nüsrət, başlayaq səndən, incəsənət dünyasında özünü necə təsəvvür edirsən?
-Mən incəsənət sahəsində İlk addımlarımı atıram və gələcəkdə özümü incəsənətdə tanımış bir incəsənət xadimi kimi görürəm.
-Necə oldu ki bu sənətə gəldiniz, ilk dəstək kimdən gəldi?


-Uşaqlıqdan musiqiyə böyük həvəsim var idi. Məktəb tədbirlərində iştirak edirdim. Mahnı oxuyurdum, gitarada ifa eləyirdim. Qabiliyyətimi görüb, valideynlərim məni incəsənət məktəbinə qoydular.Orda ilk müəllimim Faid Ağayev mənə tarda ifa etməyi öyrətdi.
-Qarşıda hansı məqsədləriniz var?
-Öz üzərimdə işləyib, çalışıram. Həm tar, həm gitara, həm saz üzrə məşqlər eləyirəm yeni mahnılar öyrənirəm. Qarşıda məqsədim odu ki, yenə efirlərə çıxmaq, yeni musiqilər təqdim etmək .
- Ustadlarınız kimlərdir?
-Hal -hazırda mənə dərs deyən tar müəllimlərim Ceyhun Hüseynov və Bəylər Ağayev, gitara müəllimim isə Elçin Sabirabadlıdır. Hər birinə öz təşəkkürümü bildirirəm.
-Bir neçə simli alətlərdə çox gözəl ifa edirsən.Hansında daha asandır?
-Mən üç dənə simli alətdə: tar, saz, gitarada ifa edirəm. Hər alətin özünəməxsus xüsusiyyətləri, səslənməsi, ifa eləməsi yolları var. Heç bir alət, ifa eləməkçün asan deyil. Sadəcə çalışmaq, çoxlu məşq eləmək lazımdır
-Nüsrət, hansı müsabiqələrdə iştirak etmisən?
-Mən incəsənət məktəbində keçirilmiş məktəblər arası müsabiqələrdə iştirak etmişəm, həmişə də qalibiyyət sevincini yaşamışam."TURAN"istedadlar birliyinin keçirdiyi istedadların ictimai təqdimarlarının təşkili layihəsinin Yekun müsabiqəsinin qalibi olmuşam.Bu yaxınlarda "Lider"telekanalında həyata keçirən "Sənin ulduzun"yarışmasında birinci yerə layiq görülmüşəm.
-Hobbin nədir?
-Mən boş vaxtlarımı musiqiyə qulaq asmaqla keçirirəm.

-Zafina, gözəl mahnı oxumaq qabiliyyətin var, sənin bu sahəyə marağın necə yarandı?


-Mən evdə həmişə qardaşım məşq eləyəndə,onunla bir yerdə oxuyub,məşq eləyirdim.Bu sahəyə marağım da Nüsrətdən başladı. Biz ikimiz bir yerdə, fortepianoda əsərlər də ifa eləyirik, mən mahnı oxuyanda, qardaşım məni gitarada müşayiət eləyir.
-Qardaşınla eyni səhnəni bölüşəndə hansı hissləri keçirirsən?
-Nüsrətlə eyni səhnəni bölüşəndə, özümü ona dayaq kimi hiss edirəm, sevinc hissi duyuram
-Məktəb tədbirlərində fəalsan?
-Bəli.Mən məktəbimizdə keçirilən demək olar bütün tədbirlərdə iştirak edirəm.
-Bu sahədə müəllimin kimdi?
-Fortepiano müəlliməm Aytən Səlimovadı.Vokal müəllimim yoxdu, özüm Nüsrətlə evdə məşq edib,  efirlərə çıxıram.
-Yaşıdlarınıza, sevdiklərinizə və oxucularımıza müraciətiniz varsa buyurun.
-Hamıya uğurlar diləyirik.Bizi izləyən, bizə dəstək olanlar çoxdur, hər kəsə ayrı- ayrılıqda təşəkkürümüzü bildiririk.Yeni ifalarla bizi gözləyin.
-Bu gün həm də Bir iyun uşaqlar günüdür. Bu münasibətlə səni də təbrik edirik. Bol-Bol uğurlar arzulayırıq. Qardaş-bacı hər zaman səsiniz ucalardan gəlsin
Nargül Qələndərli
AFİA.AZ
18 İyun 2021 Qənirə Paşayeva bir qrup istedadlı gənc rəssamla Mədəniyyət Komitəsində görüşüb
10 İyun 2021 Ramiz Əzizbəyli "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq
05 İyun 2021 Q. Paşayeva bir qrup rəssamla görüşüb
01 İyun 2021 İstedadlı qardaş və bacıdan möhtəşəm ifa-MÜSAHİBƏ (VİDEO+FOTO)
31 May 2021 Q.Paşayeva teatrların fəaliyyətinə və toyların təşkilinə icazə verilməsi təklifi ilə çıxış edib-Video
30 May 2021 Üç kanalın yayımı müvəqqəti dayandırılacaq
24 May 2021 Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
20 May 2021 MM-nın Mədəniyyət Komitəsi Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlını yubileyi münasibəti ilə təbrik edib
20 May 2021 "Hər saz çalandan aşıq olmaz!"-MÜSAHİBƏ
19 May 2021 Azərbaycan “Avroviziya”nın finalında - Video
18 May 2021 Q.Paşayeva qocaman şair İsa Cavadoğlunu evində ziyarət edib
15 May 2021 Əməkdar artist, Nərgiz Əliyeva: “İllərin həsrətindən sonra... Şuşaya qovuşduq”
12 May 2021 Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır
03 May 2021 Mədəniyyət naziri Anar Kərimov koronavirusdan sağalıb
29 Aprel 2021 Qənirə Paşayeva Vətən Müharibəsində iştirak etmiş mədəniyyət işçiləri ilə görüşüb
23 Aprel 2021 Mədəniyyət Nazirliyindən Şəkidəki Atçılıq Mərkəzi ilə bağlı AÇIQLAMA - FOTO
20 Aprel 2021 "Adım Ələsgərdir, Göyçə mahalım!" adlı onlayn bədii konfrans keçirilib
17 Aprel 2021 Q.Paşayeva Leyla Əliyevanın şeir toplusunun təqdimatında çıxış edib
11 Aprel 2021 "Muğam ruhun qidasıdı"-Nihad Məmmədzadə
11 Aprel 2021 Q.Paşayeva Xalq artisti Ramiz Həsənoğlu ilə görüşüb, onu 75 illik yubileyi münasibəti ilə təbrik edib
01 Aprel 2021 Q.Paşayeva görkəmli alim Nüşabə Araslı ilə görüşüb
30 Mart 2021 Qənirə Paşayeva bir qrup tanınmış sənətkar, yeni nəsil sənətçisi, yazarı və ictimai fəalla görüşüb.
23 Mart 2021 Q.Paşayeva tanınmış yazıçı, şair, publisist, tərcüməçi Seyran Səxavətlə görüşüb,
23 Mart 2021 Qənirə Paşayeva Azərbaycanın teatr və kino aktrisası Zemfira Əbdülsəmədova ilə görüşüb
16 Mart 2021 Q.Paşayeva MM-də N.Gəncəvi ilə bağlı beynəlxlaq səviyyəli yeni filmin çəkilməsi təklifi ilə çıxış edib
13 Mart 2021 Anar Kərimovdan vəfat edən direktorun yerinə - Təyinat
13 Mart 2021 12 yaşlı şahmatçıdan gözəl piano ifası-VİDEO
12 Mart 2021 Q.Paşayeva “Xan Şuşinski Fondu”nun rəhbəri Bəyimxanım Verdiyeva ilə görüşüb
10 Mart 2021 Paytaxtda musiqi məktəbi də koronavirusa görə bağlandı
02 Mart 2021 Anar Kərimov Fəxrəddin Altunla görüşdü

Xəbər lenti