.


28 may 2021-ci il tarixində "Sizi Tanıyaq" layihəsinin bir qrup nümayəndə heyəti LİDER TV Çıxış Yolu verilişində qonaq oldu. 

28 May- Respublika Gününə həsr olunmuş konsert tədbiri maraqlı anlarla yadda qaldı. Tədbirdə Şuşanın Dağları ansanblının bədii rəhbəri İntiqam Abbasov, metodist, xanəndə Vəsilə Quliyeva və layihənin istedadları Ədilə Əliyeva, Uğur Məcidli, Rəna Mehrəliyeva, Rail Mustafayev, Ömər Nəbiyev, Aysu Türkel, Sevinc Süleymanzadə iştirak etmiş, şəhidlərimizə həsr olunmuş şeir və mahnılar səsləndirmiş, qələbəmizə həsr olunmuş musiqilər ifa etmişdilər. Layihə rəhbəri Vüsalə Qələndərli çıxış edərək Respublika gününün yaradılması tarixindən və istedadlı gənclərimizin vətənpərvər çıxşlarından bəhs etmişdir.
Verilişin sonunda Çıxış yolu layihəsinin rəhbəri və aparıcısı Nuranə Gülər  "44 günlük vətən müharibəsində Milli Vətənpərvərlik təbliğinin təşkilində göstərdiyi fəaliyyətə və Gənclərə dəstəyinə görə" ASİYA FAKT İNFORMASİYA AGENTLİYİ (AFİA.AZ) və "SİZİ TANIYAQ" layihəsi tərəfindən TƏLTİF EDİLDİ
Ətraflı Videoda
Nargül Qələndərli
AFİA.AZ


Xəbər lenti