.

Son günlər Ermənistanın baş naziri N.Paşinyanın ərazi mübadiləsi və mübahisəli ərazilər, sərhədlərin demarkasiyası prosesi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyət arasında da birmənalı qarşılanmayıb.

“Gədəbəy rayonunun Başkənd kəndinin mübahisəli ərazi kimi qeyd edilməsi isə Şınıx bölgəsinin yenidən blokadaya düşməsinə səbəb ola bilər”,- Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi əslən həmin regiondan olan Şəfayət Avılbəyli məsələ ilə bağlı açıqlamasında bu bölgənin insanlarının birinci Qarabağ savaşında min əziyyətlərə qatlaşdığını qeyd edib.

"Vaxtilə rayonun Şınıx bölgəsi kəndləri ilə əlaqələrin kəsilməsinə səbəb süni şəkildə ermənilərin köçürülməsi ilə məhz bu günümüzə münaqişə ocağı kimi zəmin yaradılan Başkənd kəndi olmuşdur. Necə ki, torpaqlarımız zaman-zaman parçalanaraq ermənilərə verilmişdir, Başkənd də bu siyasi avantüranın qurbanı olmuşdur. 1992-ci ilə kimi bu kənd quldur yuvası rolunu oynamışdır. Və nəhayət, 1992-ci ildə Başkənd erməni quldurlarından təmizlənmiş, əzəli sahiblərinə qovuşmuşdur. Hansı erməni torpağından söhbət gedə bilər?

1920-ci ildən sonra tarixə nəzər saldıqca qarış-qarış ermənilər bütün sərhəd boyu torpaqlarımıza giriblər. SSRİ rəhbərliyinin arxasına sığınaraq, min bir hiylələrlə, iddialarla ancaq bizlərdən torpaq qoparıblar. Nümunələr çoxdur. Məhz Şınıx inzibati ərazisi hesab edilən Tağılar kəndi bu qəbilədən deyilmi? 1969-cu ilin noyabr ayının 17-də imzalanmış 3 bənddən ibarət razılaşma əsasında Tağılar kəndi Ermənistana verilib. Əsası isə ərazinin inkişafı bizdə olanda mümkün olmayıb".

Şəfayət Avılbəylinin fikrincə, eyni ssenarilər digər sərhəd bölgələrimizdə də baş verib.
“Mən sadəcə, Gədəbəyin sərhəd bölgələrində 1987-ci ildə ermənilər tərəfindən traktorlarla bir ayın içində o bölgədə sərhəd şırımı çəkmələrinə diqqət yetirirəm. Mənim yaşıdlarım və o bölgədə yaşayanlar bu tarixi hadisəni yaxşı xatırlayarlar. O zaman sərhəd çəkiləndə yenə sapı özümüzdən olan baltalar “Kor Vəli”, ”Seyidin qəbri” , “Qaranlıq dərə”, “Acı qoyuqluq” adlanan hektarlarla biçin və otlaq yerlərimizi ermənilərə verdilər. Həmin il ot biçənlər bu ədalətsizliyə qarşı çıxaraq Rayon Partiya Komitəsinin xidməti maşınlarını yandırdılar. Həmin ərazilərin ermənilərə verilməsinə qarşı çıxdılar. “Ziyadın dəstəsi” deyilən bir qrup var idi. Ot tədarükü üçün əvvəllər kolxozlarda bu kimi ot biçən qrupları yaradılırdı. Demək olar ki, bu hadisədən məsul tutaraq həmin qrupun üzvlərini rayon polisində gün verib işıq vermədilər. 1988-ci ildən sonra münaqişə başlayandan sonra artıq hər şey aydın olmuşdu. İndi o otlaq sahələridə erməni ərazisi kimi qalmaqdadır. Ona görə də yenidən Başkəndə ermənilərin qayıtması Şınıx bölgəsi üçün real təhlükədir.”

25 May 2021 Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?
30 İyul 2020 Müəllim andı... -Hekayə
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı

Xəbər lenti