.

Havaların isinməsi ilə əlaqədar dondurmaya olan tələbat artır. Ona görə də marketlərlə yanaşı, parklarda və yol kənarlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir.

AFİA.AZ xəbər verir ki, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, istifadə üçün yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibinə diqqət yetirmək lazımdır.
Küçə və parklarda açıq şəraitdə gilizlərdə – qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanılma şəraitinə fikir vermək xüsusilə vacibdir.
Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə səbəb ola bilər.
Qida Təhlükəsizliyi Agentliyinin dondurma haqqında olan maarifləndirici materialda qeyd olunur ki, dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir, çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur.
Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə edilərsə, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə də, istehlakı tövsiyə edilmir.
Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə edilmir, çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Tərkibində kalsiumun miqdarının yüksək olması sümüklərin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.
Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında onun yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır. Qafqazinfo.az
25 May 2021 Dondurma alarkən bunlara DİQQƏT EDİN
18 May 2021 Votsapın şərtlərini qəbul etməyənlər bu tətbiqlərə keçir
03 May 2021 Dörd yaşlı qız Mendeleyev cədvəlindəki elementləri sadalayaraq rekorda imza atıb
02 May 2021 Xurma yeməyin 11 faydası
16 Aprel 2021 Alimlər mal ətinin ürək üçün təhlükəsini təsdiqlədilər
14 Aprel 2021 Bu qan qrupu dünyada cəmi 43 adamda var
01 Aprel 2021 Ən az benzin "yandıran" 5 maşın - SİYAHI
29 Mart 2021 Pişik xəstə balalarını həkimin qəbuluna gətirdi – VİDEO
25 Mart 2021 Limonlu çay xərçəng riskini azaldır
02 Mart 2021 Gözlərimiz və kompüter
21 Fevral 2021 Mars planetində şəhər YARADILACAQ
10 Yanvar 2021 Qidalanmada yol verdiyimiz səhvlər
08 Yanvar 2021 “WhatsApp” şəxsi məlumatları “Facebook”da paylaşacaq
01 Yanvar 2021 Alma yemək bədəndə olan yağları əridir
01 Yanvar 2021 Yeni ilin ilk körpəsi qızdır
13 Dekabr 2020 Bu ilin on bir ayında yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub
09 Dekabr 2020 Üzərlik tüstüsü koronadan qoruyur - Uvaydov
05 Dekabr 2020 Dünyanın ən sağlam 10 qidası
04 Dekabr 2020 Soyuqdəymədən tez bir zamanda qurtulmağın üç asan yolu varmış...
30 Noyabr 2020 Əsgərimiz erməniyə öz bayrağını belə endirtdirdi - VİDEO
07 Noyabr 2020 Ekspertdən xəbərdarlıq: Feysbuk sizi izləyir, silin!
03 Noyabr 2020 “WhatsApp”dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq
18 Oktyabr 2020 Alimlər sübut etdi: Palçıqda oynamaq uşaqlara xeyirdir
15 Oktyabr 2020 İnfeksionist ofisdə ən təhlükəli əşyanın adının açıqladı
11 Oktyabr 2020 Saç ağarması ilə effektiv mübarizə üsulu açıqlandı
05 Oktyabr 2020 Soyuqdəymə və qripdən necə qorunaq? - Ən sadə MƏSLƏHƏTLƏR
26 Sentyabr 2020 Hansı vitamin çatışmazlığı saç ağarmasına səbəb olur?
26 Sentyabr 2020 Novxanıdakı məşhur sarayın sahibi tapıldı - VİDEO
23 Sentyabr 2020 Altı aylıq uşaq su xizəyi ilə dünya rekordunu qırdı - VİDEO
19 Sentyabr 2020 Çay haqqında bilmədiklərimiz

Xəbər lenti