.

20 may 2021-ci il tarixində “Sağlamlığın Qorunması” İctimai Birliyinin və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayonunun Şəhidləri” kitabının onlayn təqdimatı keçirildi.

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanın moderatorluğu ilə keçirilən təqdimatda 50 nəfərə yaxın ziyalı iştirak edirdi.
Təqdimatı giriş sözü ilə  açıq elan edən Yazgül Abdıyeva “Gədəbəy Rayonunun Şəhidləri” kitabının Şəhidlərimizə əbədi ehtiram əlaməti məqsədilə çap olunduğunu diqqətə çatdırdı.
Təqdimatda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Millət vəkilləri Qənirə Paşayeva, Arzu Nağıyev, Sevinc Hüseynova, kitabın müəllifi Vahid Aslan, professor Maarifə Hacıyeva, professor Mahmud Rüstəmov, Dossent Rəşid Mahmudov, tarixçi-alim Faiq Ələkbərli, Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, tanınmış yazıçı Elçin Hüseynbəyli, əməkdar artist Nuriyyə Hüseynova, Qazilər Süleyman Abdulla, Baycan Abdullayev, Məzahir Hüseynov, Əmrah Cabbarlı, Elşad İsmayılov, Rusiyada yaşayan həmvətənlərimiz Ülvi Hüseyn, Rizvan Cəfərli , Arif Cəfərov və başqaları çıxış etdilər.
Təqdimatın sonunda yekun fikir bildirən Yazgül Abdıyeva bir daha vurğuladı ki, bundan öncə təqdimatı keçirilmiş “Gədəbəydə doğulan şairlər” kitabı kimi “Gədəbəy Rayonunun Şəhidləri” kitabı da elimizə-obamıza olan mənəvi borcun timsalında yazılmış və çap olunmuşdur.
Xatırladaq ki, kitabın müəllifi yazıçı-jurnalist, “Müəllim sözü” qəzetinin baş redaktoru Vahid Aslandır.
AFİA.AZ


















 

Xəbər lenti