Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
GƏLƏCƏK NƏSİLLƏRƏ ŞUŞADAN GÖRÜNƏN YOL
Bakı və Ankara Müttəfiqlik Bəyannaməsini imzaladı - Video
15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
İlham Əliyev və xanımı Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub
“Zəfərin qazanıldığı torpaqlara gedəcəyik” - Ərdoğan Şuşa səfərindən danışdı
15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - Rəsmi
Nazir Muxtar Babayev Eldəniz Səlimovun “ekoloji terror”una niyə göz yumur? - FOTO/VİDEO
Jurnalistlərin minaya düşdüyü yer... - Dron görüntüləri
Sülhməramlılarla ermənilər arasında İNSİDENT
Hansı qadağalar ləğv olundu? - Tam siyahı
Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib ​​​​​​​ - YENİLƏNİB
Rəsmi Bakı sərhəddəki gərginliklə bağlı - Açıqlama yaydı
Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım - Foto
Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzaladı

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
"İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib.
Xatırlatmaq istərdim ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir. İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl mənasında yaxşı qonşuluq münasibətləri qurmağın yeganə yoludur.
Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına töhfə verir və beynəlxalq hüquq normaları və prinsiplərinə hörməti təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı cəhdlər qəbuledilməzdir", - L.Abdullayeva bildirib.
Bu gün “Avroviziya”nın yarımfinalıdır - Münsif səsləri verilib
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
8 Martda 1 saata 15 min manat qazanan müğənni - Şou əhli toyları tədbirlə əvəz edir?
Röya bu VİDEOsuna görə tənqid edildi
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı

Xəbər lenti