.

"10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".

Bu barədə “Qafqazinfo”ya XİN-dən bildirilib.
Məlumata görə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirləri Ermənistan və Azərbaycan arasında sərhəd xəttini müəyyən edən və tərəflərdə olan xəritələr əsasında aparılır:
"Müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən iki dövlət arasında məlum səbəblərdən dövlət sərhədi olmayıb və bu səbəbdən hazırda tərəflərin fikir ayrılığı ilə müşayiət olunan qəliz texniki prosesdən söz gedir.
Bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur. Hesab edirik ki, bu məsələnin Ermənistandakı seçkiqabağı vəziyyətlə bağlı rəsmi dairələr tərəfindən siyasi məqsədlər üçün istifadə olunması cəhdləri yolverilməzdir.
12 may tarixindən etibarən AR Dövlət Sərhəd Xidmətinin rəhbərliyi əraziyə ezam olunub, qarşı tərəfin sərhədçiləri ilə danışıqlar aparılır və vəziyyətin normallaşması istiqamətində müvafiq addımlar atılır.
Ermənistanın siyasi-hərbi dairələrinə təşvişə düşməməyi, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimi reallığını qəbul etməyi və əsassız olaraq bölgədə vəziyyəti gərginləşdirməməyi tövsiyə edirik. Bu kimi hallar hər iki tərəfdən hərbçilər arasında qarşılıqlı təmaslar vasitəsilə müzakirə olunaraq, həll oluna bilər və olunmalıdır.
Azərbaycan öz tərəfindən, qeyd olunan bölgədə gərginliyin aradan qaldırılmasına sadiqdir və bu istiqamətində müvafiq addımların atılmasına çağırır".
18 İyun 2021 Ceyhun Bayramov Antalyada BMT-nin Baş katibinin köməkçisi ilə görüşüb
16 İyun 2021 GƏLƏCƏK NƏSİLLƏRƏ ŞUŞADAN GÖRÜNƏN YOL
15 İyun 2021 Bakı və Ankara Müttəfiqlik Bəyannaməsini imzaladı - Video
14 İyun 2021 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
14 İyun 2021 İlham Əliyev və xanımı Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olub
13 İyun 2021 “Zəfərin qazanıldığı torpaqlara gedəcəyik” - Ərdoğan Şuşa səfərindən danışdı
12 İyun 2021 15 erməni təhvil verildi, Ağdamın mina xəritəsi alındı - Rəsmi
08 İyun 2021 Nazir Muxtar Babayev Eldəniz Səlimovun “ekoloji terror”una niyə göz yumur? - FOTO/VİDEO
08 İyun 2021 Jurnalistlərin minaya düşdüyü yer... - Dron görüntüləri
05 İyun 2021 Sülhməramlılarla ermənilər arasında İNSİDENT
25 May 2021 Hansı qadağalar ləğv olundu? - Tam siyahı
18 May 2021 Prezident İlham Əliyev Belarusun müdafiə nazirini qəbul edib ​​​​​​​ - YENİLƏNİB
14 May 2021 Rəsmi Bakı sərhəddəki gərginliklə bağlı - Açıqlama yaydı
10 May 2021 Prezidentdən Ümummilli lider Heydər Əliyevlə bağlı paylaşım - Foto
08 May 2021 Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzaladı
02 May 2021 Sülhməramlılar Laçın dəhlizində ordumuzun karvanını müşayiət etdi
30 Aprel 2021 Ermənistan razılaşmaları pozur - Bayramov
27 Aprel 2021 "Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - Prezident bəyan etdi
27 Aprel 2021 Adil Əliyev: ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi
27 Aprel 2021 Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
26 Aprel 2021 Həbs edilən baş həkim məşhur generalın bacısı oğludur- - ÖZƏL
26 Aprel 2021 DTX Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - Başçı və müavinləri saxlanıldı...
22 Aprel 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video

Xəbər lenti