.

Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasinin bu günki qonağı gənc yazar, istedadlı məktəbli Emin Bayramlıdır

AFİA.AZ gənc yazar Emin Bayramlı İlə müsahibəni təqdim edir.
-Salam Sizi Tanıyaq ailəsinə xoş gəldin . Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq 
-Salam. Çox sağ olun. Mən Bayramlı Emin Elşad oğlu. 07 03 2010-cu il Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşam. Salyan rayon Kərimbəyli kənd sakiniyəm Salyan rayon Həsən Şahbazov adına tam orta məktəbinin 5 a sinif şagirdiyəm. "Günəşin Nuru" ədəbi məclisinin və BMT-nin tərkibində olan UNESCO- nun Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının üzvü, UNESCO da MALİZ veb portalının müxbiri,Turan Yazarlar Birliyinin üzvüyəm


-Emin, ilk dəfə neçə yaşında hiss elədin ki, xüsusi istedadın var?
-İlk dəfə 8 yaşımda şeir yazmağa başladım və özlüyümdə hiss etdim ki, mənim xüsusi istedadım var.
- Hobbin nədi?
-Coğrafiya ilə məşğul olmaq.
-Hansı fənni çox sevirsən?
-Ədəbiyyatı.
-Hansı müsabiqələrdə iştirak etmisən?
-Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş şeir müsabiqəsi, Polad Həşimov adına "Qarabağın İlk Qalib Generalı" şeir müsabiqəsi, Salyan Rayonunda keçirilən "Xocalı Harayı" adlı şeir müsabiqəsi, "Qızıl qələm" adlı şeir müsabiqəsi, "Mənim Bayrağım, mənim qürurumdur!" adlı şeir müsabiqəsi, "Nizami Gəncəvinin 880-ci il dönümünə həsr olunmuş müsabiqə və s.


- Hansı mövzuda şeirlər yazırsan?
-Ən çox şeirlərim Vətənimiz haqqındadır.
-Karantində vaxtını necə dəyərləndirirsən?
-Karantin zamanı şeirlər yazıram, təhsilimə üstünlük verirəm, onlayn dərslərə və tədbirlərə qoşuluram. Onlayn müsabiqələrdə fəal iştirak edirəm.
-Özündə bəyənmədiyin xüsusiyyət varmı?
-Xeyr.
-Hansı yazarları mütaliə edirsən?
-Klassiklərdən Nizami Gəncəvini, Nəsimini, müasir ədəbiyyatımızdan isə daha çox Esmira Günəş yaradıcılığını mütaliə etməyi sevirəm.
- Hansı peşənin sahibi olacaqsan?
-Jurnalist.
-Ən yaxın dostun kimdi ?
-Atam.
-Yaşıdlarına müraciətin
-İstərdim yaşıdlarım da mənim kimi fəal olsunlar. Onu da qeyd etmək istəyirəm ki, mənim fəallığımın ən böyük dəstəyi atamdır. İstəyərdim ki, yaşıdlarımın da valideynləri onlara istedadlarının önə çıxmasında dəstək olsunlar.
-Emin, biz də Sizi Tanıyaq ailəsi adından sənə dərslərində və yaradıcılığında uğurlar arzulayırıq. Sonda səndən müəllifi olduğun şeirlərdən birini səsləndirməyini istərdik.
Vətən Eşqi
İçimdə Vətən eşqi
Vətənlə fəxr edirəm
Bayrağımdır and yerim
Çünki Vətənpərvərəm.

Vətən mənim ürəyim
Bu torpağa bağlıyam
Bunu bilsin ki, hər kəs,
Azərbaycan oğluyam.

Xəbər lenti