.

Milli
Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva “Türk dünyasi coğrafiyasi və etnosu” üçcildliyinin onlayn təqdimatında gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb

AFİA.AZ xəbər verir ki, AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutu tərəfindən hazırlanan “Türk Dünyası Coğrafiyası və Etnosu” üçcildliyi Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycanda Atatürk Mərkəzi, Beynəlxalq Türk Akademiyası və Azərbaycan Coğrafiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən "onlayn" konfransda geniş ictimaiyyətə təqdim edilib.
Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kadıralı, AMEA-nın Geologiya İnstitutun direktoru, akademil Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmət Ərən, TRT Türkmənistan Masasının rəhbəri Murat Toylu, Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Mirnuh İsmayılov “Türk dünyası coğrafiyası və etnosu” kitabının məziyyətlərindən danışıblar.
Sonda Türk dünyasının alimləri ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli olacağını qeyd edərək, gələcəkdə ortaq elmi fəaliyyətlərin perspektivləri haqqında fikirlərini bölüşüblər.
Təqdimat konfransının aparıcısı, Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı “Türk dünyası coğrafiyası və etnosu” üçcildliyinin rus və ingilis dillərinə də çevrildiyini vurğulayaraq, bütün türk dünyası aydınları, ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanacağını bildirib.
Çıxışlarda kitabın türk xalqlarının bir-birinə yaxınlaşmasındakı rolu vurğulanıb, belə bir nəşrin zamanında ərsəyə gəlməsindən məmnunluq ifadə olunub.
Qeyd olunub ki, Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi zəfərin türk dünyasının mənəvi və coğrafi bütövləşməsində də özünəməxsus yeri var: bu qələbə türk dövlətlərində özgüvəni artırmaqla yanaşı, birlik, qardaşlıq ruhunu da möhkəmləndirib. Belə bir vaxtda Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşəbbüsü ilə “Türk dünyasının coğrafiyası və etnosu” adlı üçcildliyin araya-ərsəyə gətirilməsi çox yerinə düşüb.
Komitə sədrinin “Türk Dünyası Coğrafiyası və Etnosu” üçcildliyinin "onlayn" təqdimatında çıxışının mətnini sizlərlə paylaşırıq:
"Hörmətli akademiklər!
Dəyərli dostlar!
“Türk Dünyası Coğrafiyası və Etnosu” üçcildlik kitabının təqdimatına həsr olunmuş “onlayn” konfransda hər birinizi xoş gördük!
Çox şadam ki konfransımızda mühüm ortaq türk qurumu kimi bütün dünyada tanınan Beynəlxalq Türk Akademiyasının hörmətli prezidenti, əziz qardaşımız Darhan Kıdırali bəy də iştirak edir. Hesab edirəm ki, AMEA-nın Coğrafiya İnstitutunun bu nəfis nəşri Türk Akademiyası tərəfindən də öyrəniləcək və öz mövzusu üzrə ortaq türk nəşrləri üçün bir məxəz, qaynaq, elmi təcrübə rolunu oynayacaqdır.
Üçcildliklə tanış olduqda onun gərgin əməyin nəticəsi, ətraflı tədqiqatların və ensiklopedik informasiyaların toplusu olduğu görünür. Üçcildlik üzərində mütəxəssislər işləyib və elə bilirəm elə bir örnək yaradıblar ki, digər elm sahələri (yaxud ixtisaslar) üzrə türk dünyası ünvanlı nəşrlər üçün coğrafiyaçıların bu təcrübəsindən yararlanmaq olar.
Əlbəttə, “Türk dünyasının coğrafiyası və etnosu” adlı üçcildliyi Türk dünyası ünvanlı nə birinci, nə də sonuncu nəşr deyil; burada diqqəti cəlb edən əsas amillərdən biri mövzuya məhz elmi yanaşmanın olmasıdır. Etiraf edək, bizdə də, digər qardaş ölkələrdə də türk dünyası ünvanlı nəşrlərin bir çoxu ilə tanış olunca, sevgi görürük, pafos görürük, ancaq peşəkarlığın çatışmadığını, informasiya yetərsizliyinin olduğunu da goru-rük. “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyi əhatəliliyi, mövzu üzrə təbii meyarların gözlənməsi ilə də diqqəti cəlb edir. Məsələn, Türk dünyası ünvanlı bəzi nəşrlərdə hansısa türk ölkəsinin, topluluğunun haqqında daha çox, digərinin haqqında daha az informasiya verildiyini görmüşük. Görmüşük ki yalnız bəlli və çoxişlənmiş mövzularla yetinən müəlliflər yeni araşdırma aparmayıb, yeni informasiyalar əldə etməyib və ən əsası, mövzuya yeni dövrün çağırış və tələbləri ilə yanaşmayıb. Belə ki Türk dünyası ölkə və topluluqlarının bir çoxu uzun illər sosialist məkanına aid olub və bəlli bir ideoloji-siyasi standartlar içində təbliğ edilib yaxud öyrənilib. Məsələlərə sosrealizm prinsipləri yaxud prinsipsizliyi ilə yanaşmalar artıq keçmişdə qalıb və türklərin tarixini, coğrafiyasını türklərin özü müstəqil şəkildə yazır, özləri öyrənir və həqiqət Günəş kimi hər yerdən görünür. Bu, özünü xüsusilə etnos, tarix, mədəniyyət, irs mövzusunda göstərir.
Bəli, hazırda Türk dünyası dövlətləri və xalqları Avrasiyanın və bütövlükdə dünyanın geopolitik, geoiqtisadi-sosial tarazlığının qorunmasında və inkişaf etdirilməsində önəmli rola malikdir. Bu aktuallıqda və mühüm rolda Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi zəfərin özünəməxsus yeri var. Bu qələbə türk dövlətlərində özgüvəni artırmaqla yanaşı, birlik, qardaşlıq ruhunu da möhkəmlədib. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılşamanın əldə edilməsi Türk dövlətlərinin birbaşa, başqa sözlə, sərfəli, intensiv və daha qısa yollu əlaqəsini təmin edəcək. Bununla da, Türk coğrafiyasının Zəngəzur boşluğu doldurulmuş olacaq.
Yeni reallıqların yarandığı, yeni dünya düzəninin qurulduğu bir zamanda AMEA-nın Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun təşəbbüsü ilə “Türk dünyasının coğrafiyası və etnosu” adlı üçcildliyin araya-ərsəyə gətirilməsi çox yerinə düşür.
Üçcildlik mətnlərlə yanaşı, xəritələr, şəkillər, sxem və cədvəllərlə zənginləşdirilib, bu da nəşrin dəyərini daha da artırıb.
“Türk Dünyasının coğrafiyası və etnosu” fundamental əsərinin bütün müəlliflərini ürəkdən salamlayır, alqışlayır, onlara və konfransımızın işinə uğurlar diləyirəm!"
 
06 May 2021 Qənirə Paşayeva "Asiya Fakt" Informasiya agentliyinin baş redaktoru Vüsalə Qələndərli ilə görüşüb.
04 May 2021 Q.Paşayeva gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb
04 May 2021 “Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik” - ABŞ Dövlət katibi
04 May 2021 Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər
03 May 2021 Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artdı
03 May 2021 Uşaqlara koronavirus vaksini vurulacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
03 May 2021 3 May – Türkçülük gününün gerçək tarixi
02 May 2021 ABŞ-dan Çexiyaya dəstək: Rusiyanın ölümcül davranışı...
02 May 2021 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
02 May 2021 Qənirə Paşayeva şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası ilə görüşüb
02 May 2021 "Şuşa yolu-2": İlk dəfə görəcəyiniz kadrlar... - Video
02 May 2021 Azad Rəhimov dəfn edildi
30 Aprel 2021 Qənirə Paşayeva Azad Yaşarla görüşüb
29 Aprel 2021 Kreml Ərdoğana tərif yağdırdı: "ABŞ-a zəif Ankara sərf edir"
29 Aprel 2021 Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
28 Aprel 2021 Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə
28 Aprel 2021 Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28 Aprel 2021 ABŞ-ın Ermənistandakı səfiri də Baydenin səhvindən danışdı: "Hüquqi əsası yoxdur..."
28 Aprel 2021 “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirildi
27 Aprel 2021 Fransa senatının sədri şərə təslim olub?
27 Aprel 2021 Generalın həbs edilən bacısı oğlunun yerinə qudası GƏTİRİLDİ
27 Aprel 2021 Okeanın o tayından tarixin o tayına saxta baxış
27 Aprel 2021 Mir Cəlal Paşayevin anadan olmasının 113 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
27 Aprel 2021 Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
26 Aprel 2021 Rusiya İtaliyanın hərbi attaşesini də qovdu
25 Aprel 2021 "Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib
25 Aprel 2021 Adil Əliyev söküntü ərazisinə getdi - “Heç bir əlaqəm yoxdur”
24 Aprel 2021 Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI - FOTO
24 Aprel 2021 Türkiyə XİN-dən erməni terrorunun qurbanı olmuş diplomatlarla bağlı paylaşım
24 Aprel 2021 Baş nazir Teymur Musayevi kollektivə təqdim etdi

Xəbər lenti