.



Politoloqun fikrincə, “Rusiya səmimi davranmırsa...” bəyanatı yaxın gələcəkdə təsirlərini göstərəcək, Qarabağdakı rus qoşunlarının 5 ili keçmədən bölgəni tərk edəcəyi istisna olunmur; partiya sədri: “Rusiya beynəlxalq xarakterli cinayətin şərikidir”

 

500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır. “Yeni Müsavat” yada salır ki, Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E”  raketləri mövcuddur. Lakin “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması xeyli vaxtdır Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb olub. Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib.

Azərbaycan Prezidenti bir müddət öncəki açıqlamasında bildirib ki, o, məsələni rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edib, Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən foto və videomaterialları Moskvaya göndərib. Rusiya tərəfi Azərbaycana bununla bağlı indiyə qədər heç bir izahat verməyib.

“Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir?”, - deyə Prezident çıxışı zamanı sual etmişdi.

Azərbaycan şimal qonşusu ilə münasibətlərdə balansı saxlamağa çalışır. Amma Rusiyanın Ermənistana daimi hərbi dəstəyi, Ermənistan ordusunun Moskvanın yardımı ilə modernləşdirilməsi bu münasibətləri sual altında qoyur. Analitiklərin sözlərinə görə, Rusiya erməni ordusuna bu silahları müharibədə istifadə üçün veribsə, bu, beynəlxalq normaların pozulması hesab olunduğundan Moskva üçün kifayət qədər böyük başağrısıdır, ona görə etiraf etmir. Bu addım Rusiyanı Qərbin sanksiyaları ilə üz-üzə qoya bilər.

Digər bir səbəb isə “İsgəndər”lərin ermənilərin əlinə qeyri-qanuni yollarla keçməsi ehtimalından qaynaqlanır. Rusiyada olan erməni lobbisinin şəxsi zəmində əlaqələri ən yüksək hərbi eşelona qədər gedib çıxır. Raketlərin hökumətin xəbəri olmadan Ermənistana keçməsinin açıqlanması Rusiya təhlükəsizlik orqanlarına qara ləkə yaxacaq. Bəs bu susqunluq nə qədər davam edəcək?

Qulamhüseyn Əlibəyli 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın sükutu axıra qədər davam edəcək. Onun sözlərinə görə, “İsgəndər M” raketlərinin istifadəsi və satışı qadağandır: “Şuşaya atılan raket Rusiya silahlı qüvvələrinin balansında olan silahdır. Bu raketlərin ermənilərdə olması və yaxud ruslar tərəfindən Şuşaya atılması bəlli deyil. Ancaq Rusiya bu məsələdə məsuliyyətini başa düşür”.

Q.Əlibəyli istisna etmir ki, raketin atılmasında rusların rolu olmayıb: “Rusiya tərəfi bildirir ki, bununla bağlı araşdırma aparırlar, amma nəticə verməyəcək. Çünki Rusiya beynəlxalq xarakterli cinayətin şərikidir”.

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiya və Ermənistan açıq şəkildə etiraf etdilər ki, müharibə zamanı Azərbaycan ərazisinə dağıdıcı və istifadəsi qadağan olunan  “İsgəndər” raketləri atılıb: “Vətən müharibəsi bitdikdən sonra dayanmadan neytrallıq faktorunu bəhanə gətirib sülhməramlı missiyanın icrasında, Türkiyəni uzaqlaşdırmağa çalışan Rusiya bir daha əsl hiyləgər niyyətini ortaya qoymuş oldu. Dolayı yolla bəyan etdi ki, mənə nə Azərbaycan, nə Ermənistan, sadəcə, öz maraqlarımı təmin etmək lazımdır. Prezident İlham Əliyevin çıxışı zamanı ifadə etdiyi kimi ”Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar". Rusiya səmimi davranmırsa, deməli, strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsi ilə əvəzlənməlidir. Bu açıqlama yaxın gələcəkdə Rusiya ilə əməkdaşlığın hansı çərçivədə məhdudlaşacağını göstərməklə, həm də “sülhməramlı” qüvvələrin də 5 ili keçmədən Azərbaycan torpaqlarından çıxıb gedəcəklərinə işarə vermiş oldu".

Ekspert qeyd etdi ki, strateji əməkdaşlıq təşkilati və konstruktiv addımlarla gücləndirilir: “Münaqişələrin qarşısının alınması, eyni zamanda postmünaqişə dönəmində strateji tərəfdaşlarla siyasi dialoqu inkişaf etdirmək də bu addımlar kontekstindədir. Prezidentin bəyan etdiyi kimi, əgər Rusiya strateji müttəfiq olmayacaqsa, deməli, postmünaqişə dövrünün layihələrindən də kənarda tutulmuş olacaq”.

Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.

2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am” portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?"

04 May 2021 Q.Paşayeva gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb
04 May 2021 “Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik” - ABŞ Dövlət katibi
04 May 2021 Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər
03 May 2021 Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artdı
03 May 2021 Uşaqlara koronavirus vaksini vurulacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
03 May 2021 3 May – Türkçülük gününün gerçək tarixi
02 May 2021 ABŞ-dan Çexiyaya dəstək: Rusiyanın ölümcül davranışı...
02 May 2021 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
02 May 2021 Qənirə Paşayeva şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası ilə görüşüb
02 May 2021 "Şuşa yolu-2": İlk dəfə görəcəyiniz kadrlar... - Video
02 May 2021 Azad Rəhimov dəfn edildi
30 Aprel 2021 Qənirə Paşayeva Azad Yaşarla görüşüb
29 Aprel 2021 Kreml Ərdoğana tərif yağdırdı: "ABŞ-a zəif Ankara sərf edir"
29 Aprel 2021 Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
28 Aprel 2021 Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə
28 Aprel 2021 Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28 Aprel 2021 ABŞ-ın Ermənistandakı səfiri də Baydenin səhvindən danışdı: "Hüquqi əsası yoxdur..."
28 Aprel 2021 “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirildi
27 Aprel 2021 Fransa senatının sədri şərə təslim olub?
27 Aprel 2021 Generalın həbs edilən bacısı oğlunun yerinə qudası GƏTİRİLDİ
27 Aprel 2021 Okeanın o tayından tarixin o tayına saxta baxış
27 Aprel 2021 Mir Cəlal Paşayevin anadan olmasının 113 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
27 Aprel 2021 Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
26 Aprel 2021 Rusiya İtaliyanın hərbi attaşesini də qovdu
25 Aprel 2021 "Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib
25 Aprel 2021 Adil Əliyev söküntü ərazisinə getdi - “Heç bir əlaqəm yoxdur”
24 Aprel 2021 Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI - FOTO
24 Aprel 2021 Türkiyə XİN-dən erməni terrorunun qurbanı olmuş diplomatlarla bağlı paylaşım
24 Aprel 2021 Baş nazir Teymur Musayevi kollektivə təqdim etdi
24 Aprel 2021 Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Xəbər lenti