.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi faktı aşkar edilib.

Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Həsənsu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vəliyev Vəkil Səfər oğlunun qanunsuz əməlləri ilə bağlı Ağstafa Rayon Prokurorluğuna daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq zamanı Vəkil Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşların 2019-cu ilin fevral ayından “DOST İş Mərkəzi” MMC-də sosial işçi kimi qeydiyyata alınmasına, işə gəlmədikləri halda işə davamiyyət cədvəllərində bilə-bilə yalan məlumatlar daxil edərək imzası və nümayəndəliyin möhürü ilə təsdiq etmə yolu ilə vəzifə saxtakarlığı etməsinə, onların adına olan əməkhaqqı kartını özündə saxlamaqla 2019-cu ilin fevral ayından 2020-ci ilin dekabr ayına qədər ümumilikdə 7 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
30.04.2021-ci il tarixdə Vəliyev Vəkil Səfər oğlu Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
04 May 2021 Bakıda DƏHŞƏT: "Mercedes" iki azyaşlı bacını vurdu
04 May 2021 Ağstafada daha bir zəlzələ - Yenilənib
03 May 2021 Ağstafada vəzifəli şəxs HƏBS EDİLDİ
03 May 2021 Mətanət İsgəndərli koronavirusa yoluxdu, vəziyyəti ağırdır
02 May 2021 Mingəçevirdə yanğın: xəsarət alan var
02 May 2021 Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
02 May 2021 Sabirabadda ev yanıb
29 Aprel 2021 “O oğlanın döyülməsindən xəbərim var, özüm etdirmişəm” - Xudayarın anası
29 Aprel 2021 Tikintidə təhlükəsizlik pozuldu, nazirlik hərəkətə keçdi - Video
28 Aprel 2021 FHN: Ötən gün 21 yanğına çıxış olub, 2 nəfər xilas edilib
27 Aprel 2021 Abşeronda 3 maşın toqquşub, polis əməkdaşı xəsarət alıb
27 Aprel 2021 Bakıda külək ağacları aşırdı
27 Aprel 2021 Daha 5 koronavirus xəstəsi saxlanıldı
26 Aprel 2021 Bakıda yükqaldırıcı qurğu aşıb: Ölən və yaralanan var
26 Aprel 2021 Abşeronda fəhlə 14-cü mərtəbədən yıxılaraq ölüb
25 Aprel 2021 Saatlıda ağır qəza: yaralılar var
25 Aprel 2021 Bakıda, Abşeronda ev, Qubada isə anbar yanıb
25 Aprel 2021 İki məktəblini avtomobil vurdu - Onlardan biri öldü
24 Aprel 2021 Astarada 8 otaqlı ev yanıb
23 Aprel 2021 Rüşvət alan daha bir həkim tutuldu
23 Aprel 2021 Ölkəmizdə koronaya yoluxanların sayı azaldı
22 Aprel 2021 Azərbaycanda daha bir həkim HƏBS EDİLDİ
21 Aprel 2021 Daha bir vəzifəli şəxs koronavirus infeksiyasından vəfat etdi
20 Aprel 2021 Qəbələdə ustanı elektrik cərəyanı vuraraq öldürüb
19 Aprel 2021 Benzin daşıyan maşın aşdı: onlarla insan öldü, 100 ev yandı
19 Aprel 2021 Heydər Əliyev prospektində qəza: tıxac yarandı
18 Aprel 2021 Sabirabadda yanğın olub, bir nəfər xəsarət alıb
16 Aprel 2021 Bakıda iki piyadanı avtomobil vurub, ölən var
16 Aprel 2021 Bakıda ana və körpəsini maşın vurdu - körpə öldü
13 Aprel 2021 Ucarda avtomobil qadını vuraraq öldürüb

Xəbər lenti