.

Bu gün 3 may - Türkçülük Günüdür. Dünya türklərinin hər il qeyd etdiyi bu günün tarixi ilə bağlı müxtəlif iddialar var.

Aqil Səmədbəylinin iddiasına görə, indiki təqvimlə 3 may tarixinə təsadüf edən gündə Qaramanoğlu Məhmət bəy türk dili ilə bağlı bir fərman imzalayıb.
Lakin hazırda Azərbaycan və Türkiyədəki milliyyətçi ictimaiyyət arasında daha çox populyar olan versiya başqadır. Həmin versiyaya görə, bu bayramın səbəbi Türkiyənin böyük şairi Hüseyn Nihal Adsızın iştirakı ilə keçirilən məhkəmə prosesi olub.
3 May bayramının təməlində II Dünya müharibəsi dayanır. 1940-cı illərin əvvəllərində müharibəyə qatılmaq istəməyən, bunun üçün müxtəlif bəhanələr gətirən Türkiyə hökuməti bir tərəfdən də faşist Almaniyası ilə əlaqələri pozmamağa çalışırdı.
Həmin vaxt Türkiyənin baş naziri olmuş Şükrü Saracoğlu 5 avqust 1942-ci ildə parlamentdə çıxışı zamanı türkçülük idealarına toxunaraq, sosializm iddialarını rədd etmişdi:
"Biz türkük, türkçüyük və daima belə qalacağıq. Bizim üçün türkçülük bir qan məsələsi olduğu qədər bir vicdan, mədəniyyət məsələsidir. Biz azalan və ya azaldan türküçlərdən deyilik, çoxalan və çoxaldan türkük".
Bu hadisədən sonra Nihal Adsız hökumətdə kommunist kadrların yerləşdirildiyi fikrindən dönmür və baş nazirə açıq məktub yazır. Bu məktublarda şairin şikayət etdiyi adlar arasında təhsil naziri Əli Yücel, Sədrəddin Cəlal Antel, Əhməd Cavad Əmrə və Səbahəddin Əlinin də adı olur.
Nihal Adsızın məktubundan sonra Səbahəddin Əli onu məhkəməyə verir. İlk məhkəmə prosesi 26 aprel 1944-cü ildə başlasa da, sonra Türkçülük Bayramı kimi qeyd olunacaq günə - 3 maya ertələnir.
İrqçilik iddiası məhkəmələrə çəkilən şairin tərəfdarları - 3 may 1944-cü ildə böyük etiraz nümayişi keçirir. Sonradan "Ankara nümayişi" adını alan həmin yürüşü anmaq məqsədi ilə qutlamalar təşkil olunub. İlk dəfə 3 may 1945-ci ildə türk dünyasının böyük isimləri Nihal Adsız, Zəki Vəlidi Toğan, Nejdət Sançar və Rəha Oğuz Türkqan başda olmaqla 10 məhkum Topxana hərbi həbsxanasında bu günü bayram kimi qeyd edib.
1945-ci ilin 29 martınadək davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında "vətənə xəyanət" maddəsi ilə həbs qərarı çıxarılıb. Zəki Vəlidi Toğan, Alparslan Türkeş, Nihal Adsız, Rəha Oğuz Türkxan, Cihad Savaş Fer, Nurullah Barıman, Fəthi Tevetoğlu, Nejdət Sançar, Cabbar Şənəl və Camal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələr görüblər. Onlar yalnız vəkillərinin müraciətləri əsasında iki ildən sonra bəraət alıblar.
1954-cü ildən etibarən bu gün Nihal Adsızın təşəbbüsü ilə Türkçülük Günü kimi qeyd olunur. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan sonra isə bu gün daha geniş şəkildə keçirilir.
3 May – Türkçülük Günü ölkəmizdə də keçirilir.
Axar.az
04 May 2021 Q.Paşayeva gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb
04 May 2021 “Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik” - ABŞ Dövlət katibi
04 May 2021 Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər
03 May 2021 Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artdı
03 May 2021 Uşaqlara koronavirus vaksini vurulacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
03 May 2021 3 May – Türkçülük gününün gerçək tarixi
02 May 2021 ABŞ-dan Çexiyaya dəstək: Rusiyanın ölümcül davranışı...
02 May 2021 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
02 May 2021 Qənirə Paşayeva şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası ilə görüşüb
02 May 2021 "Şuşa yolu-2": İlk dəfə görəcəyiniz kadrlar... - Video
02 May 2021 Azad Rəhimov dəfn edildi
30 Aprel 2021 Qənirə Paşayeva Azad Yaşarla görüşüb
29 Aprel 2021 Kreml Ərdoğana tərif yağdırdı: "ABŞ-a zəif Ankara sərf edir"
29 Aprel 2021 Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
28 Aprel 2021 Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə
28 Aprel 2021 Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28 Aprel 2021 ABŞ-ın Ermənistandakı səfiri də Baydenin səhvindən danışdı: "Hüquqi əsası yoxdur..."
28 Aprel 2021 “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirildi
27 Aprel 2021 Fransa senatının sədri şərə təslim olub?
27 Aprel 2021 Generalın həbs edilən bacısı oğlunun yerinə qudası GƏTİRİLDİ
27 Aprel 2021 Okeanın o tayından tarixin o tayına saxta baxış
27 Aprel 2021 Mir Cəlal Paşayevin anadan olmasının 113 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
27 Aprel 2021 Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
26 Aprel 2021 Rusiya İtaliyanın hərbi attaşesini də qovdu
25 Aprel 2021 "Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib
25 Aprel 2021 Adil Əliyev söküntü ərazisinə getdi - “Heç bir əlaqəm yoxdur”
24 Aprel 2021 Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI - FOTO
24 Aprel 2021 Türkiyə XİN-dən erməni terrorunun qurbanı olmuş diplomatlarla bağlı paylaşım
24 Aprel 2021 Baş nazir Teymur Musayevi kollektivə təqdim etdi
24 Aprel 2021 Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Xəbər lenti