.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qusar rayonu, Cibir kənd sakini, Vətən Müharibəsinin şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası Rübabə Şıxmət qızı Kəlbiyeva ilə Milli Məclisdə görüşüb, şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb:

"Əziz şəhid anası, Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun anasısız. İşğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq!
Muradın ruhu qarşısında dərin ehtiramla baş əyirik! Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan oğlunuz snayperçi kimi, kəşfiyyatçı kimi öz peşəkarlığı ilə seçilib. O, Füzulinin azadlığı uğrunda fədakarlıqla döyüşüb və şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Murad Kəlbiyev, Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə “Füzulinin azad olunmasına görə” medalı ilə də təltif edilib. Murad kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün təşəkkür edirik"!
Q.Paşayeva şəhidin anasına Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.
04 May 2021 Q.Paşayeva gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb
04 May 2021 “Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik” - ABŞ Dövlət katibi
04 May 2021 Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər
03 May 2021 Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artdı
03 May 2021 Uşaqlara koronavirus vaksini vurulacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
03 May 2021 3 May – Türkçülük gününün gerçək tarixi
02 May 2021 ABŞ-dan Çexiyaya dəstək: Rusiyanın ölümcül davranışı...
02 May 2021 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
02 May 2021 Qənirə Paşayeva şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası ilə görüşüb
02 May 2021 "Şuşa yolu-2": İlk dəfə görəcəyiniz kadrlar... - Video
02 May 2021 Azad Rəhimov dəfn edildi
30 Aprel 2021 Qənirə Paşayeva Azad Yaşarla görüşüb
29 Aprel 2021 Kreml Ərdoğana tərif yağdırdı: "ABŞ-a zəif Ankara sərf edir"
29 Aprel 2021 Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
28 Aprel 2021 Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə
28 Aprel 2021 Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28 Aprel 2021 ABŞ-ın Ermənistandakı səfiri də Baydenin səhvindən danışdı: "Hüquqi əsası yoxdur..."
28 Aprel 2021 “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirildi
27 Aprel 2021 Fransa senatının sədri şərə təslim olub?
27 Aprel 2021 Generalın həbs edilən bacısı oğlunun yerinə qudası GƏTİRİLDİ
27 Aprel 2021 Okeanın o tayından tarixin o tayına saxta baxış
27 Aprel 2021 Mir Cəlal Paşayevin anadan olmasının 113 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
27 Aprel 2021 Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
26 Aprel 2021 Rusiya İtaliyanın hərbi attaşesini də qovdu
25 Aprel 2021 "Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib
25 Aprel 2021 Adil Əliyev söküntü ərazisinə getdi - “Heç bir əlaqəm yoxdur”
24 Aprel 2021 Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI - FOTO
24 Aprel 2021 Türkiyə XİN-dən erməni terrorunun qurbanı olmuş diplomatlarla bağlı paylaşım
24 Aprel 2021 Baş nazir Teymur Musayevi kollektivə təqdim etdi
24 Aprel 2021 Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Xəbər lenti