.

Bu gün Sizi Tanıyaq Layihəsinin üç yaşı tamam olur. 

Asiya Fakt İnformasiya Agentliyi nəzdində  fəaliyyətə başlayan Sizi Tanıyaq layihəsinin bu gün üç yaşı tamam olur. AFİA.AZ saytının redaktoru Layihə rəhbəri Vüsalə Qələndərli bu münasibətlə layihəsinin yüzlərlə üzvünü təbrik edib. Təbrikdə deyilir;
Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.
Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılır. Biz də dövlətimizin gənclər siyasətini dəstəkləyir və bu istiqamətdə əlimizdə olan hər fürsətdən istifadə etməyə çalışırıq. Bu məqsədlə də iki il öncə Sizi Tanıyaq adlı layihəmiz fəaliyyətə başladı. Məhz dövlətçilik, millətçilik ideologiyasına sadiqliymiz və gənclərimizə dəstək üçün.
Dəyərli Sizi Tanıyaq ailəsi, bu il də karantin rejimi ilə əlaqədar geniş tədbir həyata keçirə bilməyəcəyik.
Sizi Tanıyaq adlı layihəmiz fəaliyyətə başlayandan bu günə qədər saysız istedadlı gənclərimizi və onların dəyərli valideynlərini tanıdıq, dövlət tədbirlərimizi birlikdə qeyd etdik, gənclərimizin tanınmış sənətçilərimiz, ziyalılarımız və millət vəkillərimizlə görüşünü təşkil edə bildik
 
Layihənin əsas məqsədi: İstedadlı uşaqları, gəncləri cəmiyyətə tanıtmaq, onlara vətənpərvərlik ruhunu və özgüvən hissi aşılamaqdan ibarətdir. Azərbaycanda gənc istedadları üzə çıxartmaq, mədəni irsinin qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirlər keçirmək; Regionlarda yaşayan xüsusi istedadı olan gəncləri üzə çıxarmaq və onlara dəstək olmaq, İnsanlar arasında bir körpü ola bilməkdir. Bu layihədə varlı və kasıb, ziyalı ilə evdar, istedadlı ilə özgüvən hissini itirmiş insanları bir arada olur, eyni masada oturur, maraqlı diskusiyalar aparaılır, özünəqapanan istedadlarda özgüvən hissi yaradılır və s
Üç illik fəaliyyətimiz müddətində çox gözəl işlərimiz oldu. Bu müddətdə bizimlə olan bütün ziyalılara, dəyərli valideynlərimizə və istedadlı, vətənpərvər gənclərimizə təşəkkür edirəm. Təbriklərimi dəyərli dostlarımızın təbrikləri ilə davm etdirirəm
***


Gənclər bizim gələcəyimizdir.Və bu yönümdə Respublikamızda çox işlər layihələr həyata keçirilir.İstedadları Tanıyıb tanıtmaq məqsədilə yaradılan "Sizi Tanıyaq" layihəsinin də bu istiqamətdə nümunəvi fəaliyyəti vardır. Bu layihənin üç yaşı oldu, bu münasibət ilə layihə rəhbərini və aparıcı işçilərini təbrik edirəm.Bu məsuliyyətli işlərində layihənin üzvlərinə uğurlar arzu edirəm. Layihədə çox istedadlı gənclərin bacarıqları üzə çıxarılaraq onlara stimul verildi. Azərbaycanda gənc istedadları üzə çıxartmaq, mədəni irsinin qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirləriniz təqdirəlayiqdir . Uğurlarınız davamlı olsun Dərin hörmətlə
İradə Əlili
Azərbaycanın mədəniyyət işçisi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri 
***

Bildiyiniz kimi ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını hər zaman yüksək qiymətləndirmiş, bu istiqamətdə həyata keçirilən layihələrə, tədbirlərə xüsusi önəm vermişdir. Sağlam düşüncəli, istedadlı yeni nəslin yetişdirilməsinə verilən dəstək ölkəmizdə dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edilir.

“Sizi Tanıyaq” layihəsi 3 ildir bu məsuliyyətli vəzifəni öz üzərinə götürərək Azərbaycanın istedadlı uşaqlarını, gənclərini cəmiyyətə tanıdaraq, onlara vətənpərvərlik ruhunu aşılamaqdadır. Bu layihə hesab edirəm ki, gənclərin öz potensiallarını reallaşdırmasına geniş imkanlar yaradır. Gənclərin mənəvi inkişafına, vətənpərvərlik tərbiyəsinə böyük tövhələr verən bu layihə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. İstedadlı uşaqlarımıza, gənclərimizə layiq olduqları imkanları yaratmaq, onlara geniş meydan verilməsi gənclərimizin özlərinə olan inamını, özgüvənini artırır. Gənclərin sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələrində bu cür layihələrin böyük rolu vardır. Yaradıcı gənclərimizin bu layihələrə təmənnasız cəlb edilməsi onların gələcəyi üçün böyük şansdır.  
Uşaq və gənc yaşlarından bacarıqlarını nümayiş etdirmələri üçün onlara verilən bu şansı gərək yüksək qiymətləndirsinlər və bu fürsətdən maksimum istifadə edərək öz bacarıqlarını çəkinmədən xalqımıza nümayiş etdirməyi bacarsınlar.
Biz necə gənclər yetişdirsək, tərbiyə etsək deməli, dövlətimizin sabahı, gələcəyi də o cür olacaqdır. Uşaqlarla, gənclərlə iş qətiyyən reklam xarakteri daşımamalıdır. Onların gələcəklərini qurmalarına həqiqi dəstək vermək bu cür layihələrin prioriteti olmalıdır. Gənclərin öz həyat yolunu doğru istiqamətləndirmələri üçün bu kimi layihələrin böyük əhəmiyyəti vardır.
Bu gün müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur. Bu, onun nəticəsidir ki, həmin gənclərimizə vaxtında dövlətimizdə lazımı dəstək verilibdir. Həmin gənclər ölkəmizdə həyata keçirilən müxtəlif yerli layihələrin üzvləri olublar. Bu gün isə ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. İnanıram ki, “Sizi Tanıyaq” layihəsinin üzvləri olan bir çox bacarıqlı gənclərimiz də, gün gələcək ölkəmizi beynəlxalq aləmdə ən yüksək səviyyədə təmsil edəcəklər. Bu layihəni ona görə təqdirəlayiq hesab edirəm ki, gənclərimizin vətənpərvərlik ruhunda böyümələrinə böyük dəstək verir. Layihə çərçivəsində mədəni irsimizin qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirləri isə olduqca müsbət qismətləndirirəm. Milli-mədəni dəyərlərimizin təbliği, tarixi-mədəni zənginliyin qorunması, gənclərimizə diyarımızın tarixinin öyrədilməsi istiqamətində həyata keçirilən layihələrə dəstək verməyə bizlər də hər zaman hazırıq. “Sizi Tanıyaq” layihəsinin 3 yaşını ən xoş arzularımla təbrik edir, rəhbər və kollektivinə, eyni zamanda istedadlı, bacarıqlı üzvləri olan gənclərimizə böyük uğurlar diləyirəm.

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü.

***


Bu layihə başladıgı gündən həm qonaq kimi ,həm münsif kimi, həm də izləyici kimi məndə xoş təəsuratlar yaradıb.Gənc ifaçıların,musiqiçilərin,qiraətçilərin,bütün sənət sahiblərinin ən dogru ünvanıdır deyərdim.Çünki burada dogrudan da işinə məsuliyyətlə yanaşan komandanızın ,xüsusən Vüsalə xanım sizin zəhmətiniz danılmazdır. Hamımız yaxşı bilirik ki , uşaqlarla, yeniyetmələrlə işləmək çox çətindir. Böyük səbrinizlə, sevginizlə yanaşdıgınız bu işinizdə sizə ugurlar arzu edirəm. Bacarıgı , istedadı olan bütün gənclərimizi bu layihəyə qoşulmaga, sənətləriylə yüksəlməyə dogru gedən Zirvəyə yetişmələzini arzu edirəm!
Elnarə Abbasova
Jurnalist

Xəbər lenti