.

Bildiyiniz kimi ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli liderimiz Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını hər zaman yüksək qiymətləndirmiş, bu istiqamətdə həyata keçirilən layihələrə, tədbirlərə xüsusi önəm vermişdir. Sağlam düşüncəli, istedadlı yeni nəslin yetişdirilməsinə verilən dəstək ölkəmizdə dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edilir.

“Sizi Tanıyaq” layihəsi 3 ildir bu məsuliyyətli vəzifəni öz üzərinə götürərək Azərbaycanın istedadlı uşaqlarını, gənclərini cəmiyyətə tanıdaraq, onlara vətənpərvərlik ruhunu aşılamaqdadır. Bu layihə hesab edirəm ki, gənclərin öz potensiallarını reallaşdırmasına geniş imkanlar yaradır. Gənclərin mənəvi inkişafına, vətənpərvərlik tərbiyəsinə böyük tövhələr verən bu layihə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. İstedadlı uşaqlarımıza, gənclərimizə layiq olduqları imkanları yaratmaq, onlara geniş meydan verilməsi gənclərimizin özlərinə olan inamını, özgüvənini artırır. Gənclərin sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələrində bu cür layihələrin böyük rolu vardır. Yaradıcı gənclərimizin bu layihələrə təmənnasız cəlb edilməsi onların gələcəyi üçün böyük şansdır.  
Uşaq və gənc yaşlarından bacarıqlarını nümayiş etdirmələri üçün onlara verilən bu şansı gərək yüksək qiymətləndirsinlər və bu fürsətdən maksimum istifadə edərək öz bacarıqlarını çəkinmədən xalqımıza nümayiş etdirməyi bacarsınlar.
Biz necə gənclər yetişdirsək, tərbiyə etsək deməli, dövlətimizin sabahı, gələcəyi də o cür olacaqdır. Uşaqlarla, gənclərlə iş qətiyyən reklam xarakteri daşımamalıdır. Onların gələcəklərini qurmalarına həqiqi dəstək vermək bu cür layihələrin prioriteti olmalıdır. Gənclərin öz həyat yolunu doğru istiqamətləndirmələri üçün bu kimi layihələrin böyük əhəmiyyəti vardır.
Bu gün müasir Azərbaycan gəncliyi beynəlxalq aləmdə layiqincə təmsil olunur. Bu, onun nəticəsidir ki, həmin gənclərimizə vaxtında dövlətimizdə lazımı dəstək verilibdir. Həmin gənclər ölkəmizdə həyata keçirilən müxtəlif yerli layihələrin üzvləri olublar. Bu gün isə ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər. İnanıram ki, “Sizi Tanıyaq” layihəsinin üzvləri olan bir çox bacarıqlı gənclərimiz də, gün gələcək ölkəmizi beynəlxalq aləmdə ən yüksək səviyyədə təmsil edəcəklər. Bu layihəni ona görə təqdirəlayiq hesab edirəm ki, gənclərimizin vətənpərvərlik ruhunda böyümələrinə böyük dəstək verir. Layihə çərçivəsində mədəni irsimizin qorunmasına, inkişafına və təşviqinə yönəldilmiş tədbirləri isə olduqca müsbət qismətləndirirəm. Milli-mədəni dəyərlərimizin təbliği, tarixi-mədəni zənginliyin qorunması, gənclərimizə diyarımızın tarixinin öyrədilməsi istiqamətində həyata keçirilən layihələrə dəstək verməyə bizlər də hər zaman hazırıq. “Sizi Tanıyaq” layihəsinin 3 yaşını ən xoş arzularımla təbrik edir, rəhbər və kollektivinə, eyni zamanda istedadlı, bacarıqlı üzvləri olan gənclərimizə böyük uğurlar diləyirəm.

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İB-nin sədri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü.

Xəbər lenti