.

Təəssüflə qeyd etməliyik ki, dünyada demokratiyanın beşiyi kimi tanıdılan və öz şüarlarında demokratiya ilə bağlı fikirlər irəli sürən bəzi dövlətlərin son vaxtlar nümayiş etdirdikləri mövqe bütün dünya üçün gözlənilməzdir. Həmin dövlətlər özlərinin səlahiyyət dairələrindən kənara çıxaraq ayrı-ayrı ölkələrin işlərinə qarışır, ikili standartlar tətbiq edir, bölgəmizdə bərqərar olacaq sülhə hər vəchlə maneə yaradırlar.
AFİA.AZ xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin 106 il bundan əvvələ söykənən 24 aprel tarixli uydurma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat ABŞ rəhbərinin yürütdüyü ikili standartlar siyasətinin əyani təzahürüdür. “Məlumdur ki, C.Bayden ABŞ Prezidenti seçilmək uğrunda mübarizə apararkən ölkəsindəki erməni diasporunu öz tərəfinə çəkmək məqsədilə bu saxta müddəanı öz seçki platformasına daxil etmişdi və bu günlərdə vədini yerinə yetirməyə məcbur oldu. Əslində, dünyaya demokratiya dərsi vermək iddiasında olan ABŞ kimi bir dövlətin başçısı heç bir tarixi əsası olmayan, gerçəklikdə baş verməyən və yalnız erməni millətçilərinin cəfəng fikirlərindən ibarət olan uydurma “soyqırımı” tanımamalı idi. Cozef Baydendən əvvəlki prezidentlər məhz bu cür hərəkət ediblər”, - deyə o qeyd edib.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, əgər ABŞ Prezidenti bu addımını “demokratiyanın təzahürü” sayırsa, o halda görəsən, cəmi 30 il bundan əvvəl baş vermiş, Ermənistan tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilən və 613 nəfərin amansızcasına qətlə yetirildiyi soyqırımına niyə bu günə qədər ədalətli qiymət verməyib? Təbii ki, bu tərzdə ikili yanaşma ABŞ siyasətinin obyektivliyinə ciddi şəkildə kölgə salır.
Amerika Birləşmiş Ştatları 106 il əvvələ istinad edərək, olmamış bir hadisəyə görə qardaş Türkiyəni ittiham etməzdən əvvəl özünün tarixdə kökünü kəsdiyi hinduların – mayyalar, asteklər və inklərin cavabını verməlidir. Ola bilər, bu məsələdə yalan danışaraq desinlər ki, ümumiyyətlə, hinduları öldürməyiblər, İraqda, Əfqanıstanda və Vyetnamda törədilənlərdən tamamilə xəbərsizdirlər. Yürüdülən siyasət göstərir ki, baş verməmiş hadisəyə olmuş kimi qiymət verən ABŞ-ın zaman-zaman törətdiyi bu sayaq mənfi hadisələrə də “olmayıb” deməsi labüddür. Lakin tarix heç vaxt yalan demir. Co Baydenin etdiyi bu kobud səhv ABŞ tarixinin ən utancverən səhifələrindən biri olaraq qalacaq.
“Belə bir deyim var ki, Papadan artıq katolik olmağa ehtiyac yoxdur. Baydenin “soyqırımı” ifadəsini işlətməsi də bölgədə Ermənistanla düzəlməkdə olan münasibətlərə sarsıdıcı zərbə xarakteri daşıyır. Ermənistan hazırda həm Azərbaycanla, həm də qardaş Türkiyə ilə münasibətləri düzəltməyə çalışır. Görünən budur ki, ABŞ isə istənilən sülhdən tamamilə narahatdır və heç bir halda bölgəmizdə sülhün bərqərar olmasının tərəfdarı deyil. Yoxsa, ATƏT-in Minsk qrupunun həmsədri olduğu 30 ilə yaxın dövrdə mövcud münaqişənin həlli üçün müvafiq addımlar atardı”, -deyə Adil Əliyev vurğulayıb.
Onun sözlərinə görə, Prezident İlham Əliyev “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ermənilər arasında nifaq toxumu səpənlərdən bir daha söz açaraq bildirdi ki, “bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir”.
Faktlar açıq-aydın göstərir ki, erməni diasporu hər vəchlə sülhün qarşısındadır, məğlubiyyəti həzm edə bilmir, cəfəng iddialar irəli sürərək Ermənistanda yaşayan soydaşlarına rahatlıq vermir, xalqlar arasında münaqişənin davam etməsini istəyir. Ümid edirik ki, bunu Ermənistanda yaşayanlar da başa düşür ki, diasporunun fəaliyyəti Ermənistanı dövlət olaraq uçuruma aparır və onlar yalan vədlərə aldanaraq etdikləri ilk səhvdə yenidən məğlubiyyətə məhkum olacaqlar.
Milli Məclis sədrinin müavini bildirib ki, əgər ABŞ və digər ermənipərəst dövlətlər tarixə qiymət verərkən ədalətli mövqe ortaya qoymaq istəyirlərsə, ilk növbədə, on minlərlə azərbaycanlının qətlə yetirildiyi 1918-ci ilin mart soyqırımına, eləcə də bəşər tarixinin ən qanlı cinayətlərindən sayılan Xocalı soyqırımına obyektiv, ədalətli qiymət verməlidirlər.
Adil Əliyev deyib: “Əminik ki, ABŞ bu günlərdə atdığı səhv addımın nəticəsini illərlə hiss edəcək. Faktiki olaraq, Bayden tərəfindən atılan qərəzli və əsassız siyasi addım dünya miqyasında birmənalı qarşılanmadı, hazırda həm regionun lideri olan Azərbaycanla, həm də Türkiyə ilə münasibətlərin soyuqlaşmasına səbəb oldu. ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”.
AZƏRTAC 
02 May 2021 Sülhməramlılar Laçın dəhlizində ordumuzun karvanını müşayiət etdi
30 Aprel 2021 Ermənistan razılaşmaları pozur - Bayramov
27 Aprel 2021 "Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - Prezident bəyan etdi
27 Aprel 2021 Adil Əliyev: ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi
27 Aprel 2021 Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
26 Aprel 2021 Həbs edilən baş həkim məşhur generalın bacısı oğludur- - ÖZƏL
26 Aprel 2021 DTX Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - Başçı və müavinləri saxlanıldı...
22 Aprel 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video
04 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
31 Mart 2021 İlham Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"
31 Mart 2021 Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı - VİDEO
31 Mart 2021 Azərbaycan Prezidenti Türk Şurasının Zirvə toplantısında çıxış edib
31 Mart 2021 Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
28 Mart 2021 Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video
26 Mart 2021 “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
25 Mart 2021 Koronaya yoluxanların sayı 1400-ü keçdi
20 Mart 2021 Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik
20 Mart 2021 Prezident Şuşadan xalqa müraciət etdi - Video
19 Mart 2021 Bayram günləri ictimai nəqliyyat işləməyəcək
17 Mart 2021 Pakistan səfirindən Azərbaycana çağırış
15 Mart 2021 Səhra idarəetmə məntəqələri rayonlara çıxarılır - MN
11 Mart 2021 Nazirlik xəbərdarlıq etdi: Bayıra çıxmayın!
03 Mart 2021 Bəyanat pozulur: İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz!

Xəbər lenti