.

“Əslində 24 apreldə nə baş verdi? Bu məsələni xüsusilə anlatmaq istəyirəm”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenin saxta “soyqırımı” ifadəsinə mövqe bildirərkən bu fikirləri bildirib. 
Ərdoğan 24 aprel 1915-ci il hadisələrini belə şərh edib: “Anadolu Osmanlının çox sayda fərqli dindən və inancdan yaşayan insanların coğrafiyası olub. Tariximizə “93 hərbi” deyə keçən hadisəyə qədər bu sülh şəraiti davam edib. Osmanlının son dönəmində  qərblilər tərəfindən silahlanaraq bizə qarşı hücumlar baş verib. Balkan torpaqları bu şəkildə başlayan savaşlarla Osmanlıdan qoparılıb. Eyni vəziyyət Anadolunun şərqində də ermənilərin əli ilə törədilib. Ermənilər ruslarla əlbir olub. Əslində 24 apreldə insan ölümü ilə bağlı heç nə olmayıb. 24 apreldə müharibə şəraitində olan Osmanlının əleyhinə fəaliyyət göstərən xəyanətkar qruplar bağlanıb və onlara rəhbərlik edənlər də həbs olunub. Bu addım Anadoluda türk və müsəlmanlara qarşı qətliamlar törədən üsyankar qrupları yatırtmaq üçün edilib.  Erməni birləşmələri günahsız insanları qətlə yetiriblər. Təkcə Muşda 20 min günahsız insanımızı öldürüblər. Odur ki, Osmanlı dövləti həmin bu cinayətkar erməni qruplarını ölkənin bir yerindən başqa yerinə deportasiya edib, dinc erməni əhalisi bu köçürülməyə daxil olmayıb. Köçürülmə prosesində yetim qalan erməni uşaqlara əcdadlarımız yetimxana evləri açıblar, cənab Bayden! 

Tarixi mənbələrə əsaslandığını bildirən R.T.Ərdoğan “Mən Bayden kimi əsassız, sübutsuz danışmıram”, deyə vurğulayıb: “Birinci dünya müharibəsində Osmanlı torpaqlarında 1 milyon 300 min erməni əhalisi yaşayıb. Buyursunlar gəlib, arxivlərə, sənədlərə baxsınlar. Əcəba, ABŞ-da nə qədər sənəd-sübut var? Arxivlərini aça bilərlərmi? Bu günə qədər ortaq komissiya yaradıb arxivləri araşdırmaq təklifimizə cavab almadıq. İrana gedənlərlə birlikdə bu rəqəm yarım milyona çatmaqdadır. ABŞ açıqlamalarında bildirir ki, ermənilərin köçürülmə və əmlaklarının müsadirə olunması 600 mini keçib, amma, halbuki həqiqi olan rəqəm daha azdır. Həmin dönəmdə deportasiya olunan ermənilər müharibə şəraitində yerdəyişmə prosesində yoluxucu xəstəlik, zəiflik və aclıqdan ölüblər. Bu rəqəm də 150 minə qədərdir.  

Əlbəttə, 150 min insan da canlıdır və bu, önəmli rəqəmdir. Amma erməni tarixçilər əsassız, sübutsuz bu rəqəmlərə bir “0” əlavə edib, şişirdirlər. 300 min erməni olduğu yerdə yaşama davam edib. Hazırda da təkcə İstanbulda 100 min erməni yaşamaqdadır. Müharibə sonrası dönənlərlə birlikdə bu rəqəm 650 minə çatıb. Bu torpaqlarda soyqırıma uğrasaydılar, hər halda geri dönməzdilər, cənab Bayden! Osmanlıdan Suriya, İordaniya və Livana göndərilən ermənilərdən bir qismi ABŞ və Avropaya köçüblər. O gedənlər də soyqırımı yalanlarını dəstəkləməyə çalışmaqdadır. Zatən, o zamanlar da savaşdığımız düşmənlərin istəyi bu idi. Erməniləri bu məkrli ssenarilərindən acımasızcasına, hətta ölülərindən belə istifadə ediblər və edirlər”. 

Birinci Dünya Müharibəsində ümumilikdə 17 milyon insan öldüyünü vurğulayan R.T.Ərdoğan bunlardan 10 milyonunun əsasən müsəlman türkü olduğunu deyib: “Çar Rusiyası torpaqlarında yaşayan 100 minlərlə alman və musəvini alman ordusu ilə əməkdaşlıq etdiyi bəhanəsilə sürgünlərdə ölümə məhkum ediblər, Avstriya-Macarıstan da ümumlikdə 100 minlərlə rus əsilli insanı ölüm düşərgələrində güllələyib, asıb, aclıqdan öldürməklə aradan qaldırıblar. Balkanlarda və Qafqazlarda türklərin 5 milyonu sürgündə olmaqla, ümumilikdə 10 milyonu itkiyə məruz qalıb. Üstəlik, bunu biz yox, Qərb tarixçiləri deyir. Millət olaraq, biz indiyədək bu faktdan istifadə edib, dilə gətirmədik, bu kədəri qəlbimizdə çəkib, irəliyə baxıb, inkişaf yolunu seçdik, amma bəziləri bunu yanlış anlayır. Heç sərhədlərimizdən kənara çıxmağa da ehtiyac yoxdur. Adanadan Antepə, Maraşadək, İstanbuldan Çanaqqalayadək hər şəhərlərimizdə olan itkilərin hesabını açıqlasaq, bizə yetər. Əgər ermənilərin itkiləri soyqırımı olaraq xarakterizə olunacaqsa, bu rəqəmlərə baxılmalıdır. Amma tarix bizim üçün münaqişə və ədavət aspekti deyil, ibrət və dərsdir”.

 APA

02 May 2021 Sülhməramlılar Laçın dəhlizində ordumuzun karvanını müşayiət etdi
30 Aprel 2021 Ermənistan razılaşmaları pozur - Bayramov
27 Aprel 2021 "Qərbi Zəngəzur da bizim torpaqlarımızdır" - Prezident bəyan etdi
27 Aprel 2021 Adil Əliyev: ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi
27 Aprel 2021 Ərdoğan: “Əgər tarixdə ədavət axtarsaydıq, 10 milyon türk itkisinin hesabını soruşardıq”
26 Aprel 2021 Həbs edilən baş həkim məşhur generalın bacısı oğludur- - ÖZƏL
26 Aprel 2021 DTX Şəmkir rayon İcra Hakimiyyətində əməliyyat keçirdi - Başçı və müavinləri saxlanıldı...
22 Aprel 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video
04 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
31 Mart 2021 İlham Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"
31 Mart 2021 Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı - VİDEO
31 Mart 2021 Azərbaycan Prezidenti Türk Şurasının Zirvə toplantısında çıxış edib
31 Mart 2021 Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
28 Mart 2021 Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video
26 Mart 2021 “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
25 Mart 2021 Koronaya yoluxanların sayı 1400-ü keçdi
20 Mart 2021 Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik
20 Mart 2021 Prezident Şuşadan xalqa müraciət etdi - Video
19 Mart 2021 Bayram günləri ictimai nəqliyyat işləməyəcək
17 Mart 2021 Pakistan səfirindən Azərbaycana çağırış
15 Mart 2021 Səhra idarəetmə məntəqələri rayonlara çıxarılır - MN
11 Mart 2021 Nazirlik xəbərdarlıq etdi: Bayıra çıxmayın!
03 Mart 2021 Bəyanat pozulur: İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz!

Xəbər lenti