.

Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Şuşaya atılan “İsgəndər-M” raketi ilə bağlı məktubuna cavab göndərib.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bildirib.
“Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi?” sualını cavablandıran dövlət başçısı bildirib:
“Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”.
Azərbaycan Prezidenti bildirib ki, bu, əslində, bizim məktubumuza olan tam cavab deyil:
“Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur. 
Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib.
Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik”.
06 May 2021 “WhatsApp”ın qoyduğu müddət bitir: Məxfilik müqaviləsini qəbul etməyən hesablar bloklanacaq
06 May 2021 Qənirə Paşayeva "Asiya Fakt" İnformasiya Agentliyinin baş redaktoru Vüsalə Qələndərli ilə görüşüb.
04 May 2021 Q.Paşayeva gəncləri türk dünyasını yaxından öyrənməyə çağırıb
04 May 2021 “Rusiya bu istiqamətdə hərəkət edərsə, biz də edərik” - ABŞ Dövlət katibi
04 May 2021 Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər
03 May 2021 Uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artdı
03 May 2021 Uşaqlara koronavirus vaksini vurulacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
03 May 2021 3 May – Türkçülük gününün gerçək tarixi
02 May 2021 ABŞ-dan Çexiyaya dəstək: Rusiyanın ölümcül davranışı...
02 May 2021 Türkiyə ordusu 44 terrorçunu zərərsizləşdirib
02 May 2021 Qənirə Paşayeva şəhid hərbi qulluqçusu Murad Məmməziyad oğlu Kəlbiyevin anası ilə görüşüb
02 May 2021 "Şuşa yolu-2": İlk dəfə görəcəyiniz kadrlar... - Video
02 May 2021 Azad Rəhimov dəfn edildi
30 Aprel 2021 Qənirə Paşayeva Azad Yaşarla görüşüb
29 Aprel 2021 Kreml Ərdoğana tərif yağdırdı: "ABŞ-a zəif Ankara sərf edir"
29 Aprel 2021 Prezident onu Ağsuya icra başçısı TƏYİN ETDİ - SƏRƏNCAM
28 Aprel 2021 Bir ölkənin iki virusla mübarizəsi və yaratdığı nümunə
28 Aprel 2021 Baydenin bəyanatı “ikili standartlar” siyasətinin növbəti təzahürüdür
28 Aprel 2021 ABŞ-ın Ermənistandakı səfiri də Baydenin səhvindən danışdı: "Hüquqi əsası yoxdur..."
28 Aprel 2021 “Nurlu ömrün salnaməsi – Zərifə Əliyeva” adlı elmi-praktiki konfrans keçirildi
27 Aprel 2021 Fransa senatının sədri şərə təslim olub?
27 Aprel 2021 Generalın həbs edilən bacısı oğlunun yerinə qudası GƏTİRİLDİ
27 Aprel 2021 Okeanın o tayından tarixin o tayına saxta baxış
27 Aprel 2021 Mir Cəlal Paşayevin anadan olmasının 113 illiyinə həsr olunmuş onlayn konfrans keçirildi
27 Aprel 2021 Heydər Əliyev ABŞ-ı tarixin kənarına atardı - Korotçenko
26 Aprel 2021 Rusiya İtaliyanın hərbi attaşesini də qovdu
25 Aprel 2021 "Vətəndaşlar minalar səbəbindən həyatlarını itirirlər" - ABŞ Nümayəndələr Palatasına müraciət edilib
25 Aprel 2021 Adil Əliyev söküntü ərazisinə getdi - “Heç bir əlaqəm yoxdur”
24 Aprel 2021 Müdafiə Nazirliyinin üç generalı İŞDƏN ÇIXARILDI - FOTO
24 Aprel 2021 Türkiyə XİN-dən erməni terrorunun qurbanı olmuş diplomatlarla bağlı paylaşım

Xəbər lenti