.

Aprelin 19-da Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AFİA.AZ APA-ya istindən xəbər verir ki, hadisə Sabunçu dairəsi yaxınlığında qeydə alınıb.
Ana və iki övladı yolu keçərkən onları avtomobil vurub, ana və azyaşlı oğlu ölüb, digər qız uşağı isə xəsarət alıb. Hadisə nəticəsində Böyük Şor qəsəbəsindən hava limanına doğru şosedə tıxac yaranıb.
Hadisəni törədən "Ravon" markalı avtomobilin sürücüsü Tağıyev Taleh Əhliman oğlu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
***
Bakının Sabunçu rayonunda baş vermiş yol qəzası zamanı ölən və xəsarət alanların adları məlum olub.
"Ravon" markalı avtomobilin vurması nəticəsində 1993-cü il təvəllüdlü Yuniszadə Gülnar Vasif qızı və onun oğlu 2012-ci il təvəllüdlü Yusmir Yuniszadə dünyasını dəyişib, G.Yuniszadənin bacısı, 1996-cı il təvəllüdlü Cəfərzadə Fidan Vasif qızı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır.

Xəbər lenti