.

-Sizi Tanıyaq layihəsinin Müsahibim rublikasinin bu günki qonağı gənc xanəndə, qısa müddətdə səsi ilə tamaşaçıların sevgisini qazanan Cavid Qafarlıdır. AFİA.AZ xanəndə Cavid Qafarlı ilə müsahibəni təqdim edir.

-Salam Sizi Tanıyaq ailəsinə xoş geldin . Layihəmizin adət-ənənəsinə uyğun olaraq öncə Sizi Tanıyaq
-Cavid,necə oldu ki, xanəndəlik sənətini seçdin?
-Beş yaşımdan evdə özüm pianoda həm çalıb,həmdə oxuyurdum.Ailəmdə bu sənətə olan istedadımı görüb,məni bu sənətə yönəltdilər. 
-İlk dəfə nə vaxt hiss etdin ki, səsin var?
-Musiqi duyumu Allah tərəfindən verilmiş bir istedaddır.Hələ uşaqlıqdan heç bir musiqi təhsilim olmadan öz-özümə eşitdiyim mahnını pianoda çalıb oxuyurdum,ailəm də bunu görüb mənə bu sahə üzrə istiqamət verdilər.
-Daha çox ifalarınızı hansı mənbədən dinləyə bilərik?
-Youtube kanalımda 
-Ailənizdə musiqi sənətiylə məşğul olan varmı?
-Musiqi təhsili olmasa da, həvəskar olaraq bacım pianoda ifa edib, oxuya bilir. 
-Ustadın kimdi?
-İlk dəfə Maştağa musiqi məktəbində müəllimim İsmayıl Ələkbərov olub.Bülbül Adına Orta ixtisas musiqi məktəbindəki müəlliməm isə Könül Qəmbərova olmuşdur. Hal-Hazırda Azərbaycan Milli Konservatoriyasındakı müəllimim Qəzənfər Abbasovdur. Hər üç müəllimlərimin üzərimdə əziyyəti, əməyi çox böyükdür.
-Hansi müsabiqələrdə iştirak etmisən?
-İlk dəfə 8 yaşında televiziya verlişlərinin birində "Kim nə bacarır" verlişində iştirak etmişdim.2016 ci ildə Xan Şuşinskinin 115 illiyinə həsr olunmuş Xan Şuşinski adına 3-cü Respublika Muğam Müsabiqəsində müffəqiyyətlə çıxış etdiyimə görə lauriyyat adı qazanmışam
-Karantində vaxtını necə dəyərləndirirsən?
-Musiqiylə məşğul olmaqla
-Hansı muğamı daha gözəl ifa edirsən?
-Fikrimcə bir xanəndə üçün bütün muğamlar gözəl,qəlbə toxunan tərzdə ifa edilməlidir.Ən sevdiyim muğam isə "Rast muğamıdır".
-Özündə bəyənmədiyin xüsusiyyət varmı?
Bir az utanğac olmağım özümdə ən sevmədiyim xüsusiyyətdir deyə bilərəm.
-Hobbin?
-Futbol oyunlarına baxmaq.
- Qulaq asdığın gənc xanəndələr var?
-Əlbəttə. Mirələm Mirələmov,Babək Niftəliyev,Güllü Muradova,İlkin əhmədov və s
-Ən yaxın dostun kimdi ?
Təbii ki, bu sənətdəsənsə bir çox insanlarla tanış olursan.Bir çox yeni dost qazanırsan.Bir çoxunu saya bilərəm.Ancaq bununla yanaşı həmişə öz ailəmdən olan,sevdiyim,saydıgım dostum,qardaşım Səbuhinin adıni çəkə bilərəm.
-Sonda səndən gözəli bir ifa istərdik.


Xəbər lenti