.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu  gecə  10-13 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 20-22 dərəcə  isti olacaq. 
Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 
 
Aprelin 19-da  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi  əsəcək. Havanın temperaturu gecə  10-15 dərəcə  isti, gündüz  24-29 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti,  gündüz 15-20,  bəzi yerlərdə 23-25 dərəcə isti olacaq.  
 
Tibbi-meteoroloji proqnoz 
Aprelin 19-da  Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.            

Xəbər lenti