.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 3-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkəcək. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olacaq. Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 52:40. "Neftçi” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Sumqayıt” son 4 səfər matçından qolsuz ayrılmayıb.
Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda Masazır təmsilçisi 16 xalla sonuncu, əyalət klubu isə 23 xalla beşincidir. İki kollektiv indiyədək Premyer Liqada 9 dəfə üz-üzə gəlib. Hərəyə 4 qələbə qazanan tərəflər cəmi bir dəfə heç-heçə ediblər. Bu görüşlərdə meydan sahibləri 11, qonaqlar 9 dəfə fərqləniblər. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. “Sabah” 4 oyundur meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan "Keşlə"də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir - 82:41. “Qarabağ” son 9 oyunda uduzmayıb. “Keşlə” son 4 ev matçında qol vurmayıb.
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.
17:30. “Sabah” –“ Qəbələ”
Hakimlər: 
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.
18:30. “Keşlə” – “Qarabağ”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.
20 İyun 2021 AVRO-2020: İspaniya xal itirib, Portuqaliya uduzub
19 İyun 2021 AVRO-2020: Fransa Budapeştdə büdrəyib
19 İyun 2021 AVRO-2020: II turun son oyunları keçiriləcək
16 İyun 2021 AVRO-2020: Fransa Almaniya üzərində qələbə ilə başlayıb
15 İyun 2021 “Liverpul”un müdafiəçisi: “Bakıda xoş atmosfer olacaq”
14 İyun 2021 AVRO-2020: Çexiya qələbə ilə başlayıb
12 İyun 2021 AVRO-2020: Türkiyə millisi Bakıya gəlir
08 İyun 2021 Arustamyana Bakıdakı oyunlara niyə akkreditasiya verilmədi?
06 İyun 2021 Azərbaycan millisi səfərdə Moldova ilə qarşılaşacaq
04 İyun 2021 “Formula-1”: Günün son yürüşü başlayıb
30 May 2021 "Çelsi" Çempionlar Liqasının qalibi olub - FOTOLENT
29 May 2021 “Qarabağ” iki futbolçusunu qaytarmır
23 May 2021 İki gimnastımız Macarıstanda medal qazandı
21 May 2021 Portuqaliya millisinin AVRO-2020 üçün iştirak ərizəsi bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fernando Santos qitə birinciliyində xidmətindən yararlanacağı oyunçuların adlarını açıqlayıb.
19 May 2021 “Qalatasaray” 6 futbolçu ilə vidalaşıb, 1-ni transfer edib
16 May 2021 “Liverpul” Ozan Kabakı göndərir
15 May 2021 “Neftçi” – “Qarabağ” oyununun vaxtı dəqiqləşib
14 May 2021 UEFA Çempionlar Liqasının finalını İstanbuldan alıb, Portoya verib
02 May 2021 İran cüdoçuları beynəlxalq yarışlardan kənarlaşdırıldı
28 Aprel 2021 Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb
26 Aprel 2021 "Sabah" – "Neftçi" oyununda mövsümün rekordu vurulub
25 Aprel 2021 Səkkizqat Avropa çempionu Mariya Stadnik Vətənə geri dönüb - FOTO
24 Aprel 2021 Pelenin rekordlarından üçü qırılıb, ikisi qalıb
20 Aprel 2021 İngiltərənin iki klubu Superliqadan geri çəkilir
18 Aprel 2021 Azərbaycan millisinin daha 2 boksçusu dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
13 Aprel 2021 Azərbaycan boksçularının dünya birinciliyində ilk rəqibləri bəlli olub
11 Aprel 2021 Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu - Yenilənib + Fotolar
06 Aprel 2021 Messi “Valyadolid”lə görüşün hakimini tənqid edib
04 Aprel 2021 Azərbaycan Premyer Liqası: "Neftçi"nin ev, "Qarabağ"ın səfər sınağı
01 Aprel 2021 Almaniyadan gözlənilməz məğlubiyyət - DÇ-2022

Xəbər lenti