.
Mərahim Nəsib

Bir müddət əvvəl Sputnik Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan bürosunun rəhbəri Mətin Yaşaroğlu işdən çıxarılıb. Daha da dəqiqləşdirsək, işdən çıxmağa vadar edilib.

         Uzun müddətdir ki, Sputnik Azərbaycanda Qarabağ məsələsini daimi gündəmdə saxlamağa çalışan jurnalist bununla bağlı ermənilərin sərt reaksiyasına tuş gəlib. Belə ki, Sputnikin Ermənistan filialı olan “Sputnik Armeniya” öz yayım materiallarında Qarabağı “Artsax” adlandırıb. Mətin Yaşaroğlu bununla bağlı dəfələrlə Sputnikin Rusiyadakı mərkəzi ofisinə yazıb etirazını bildirsə də, bu, heç bir nəticə verməyib.

         Sputnik Azərbaycanda yayımlanan Qarabağ mövzulu yazılara görə “Sputnik Armeniya”nın baş redaktoru Marqarita Simonyan da Rusiyadakı mərkəzi ofisə müraciət edib. Bu mürciətdən sonra Mətin Yaşaroğlunun qarşısına bir daha Qarabağ mövzusunda yazmamaqla bağlı şərt qoyulub. Şərti qəbul etməyən baş redaktor işdən istefa verib.

         Azərbaycan ərazisində və Azərbaycan xalqı üçün fəaliyyət göstərən istənilən qurum ölkənin milli maraqlarına xidmət etməlidir. Azərbaycanın ən böyük milli marağı Qarabağ olduğu halda, bu ölkədə fəaliyyət göstərən informasiya agentliyi necə olur ki, belə rahatlıqla Qarabağ qadağasına məruz qalır? Və  necə olur ki, Rusiyada yerləşən mərkəzi ofis Mətin Yaşaroğlunun şikayətlərini nəzərə almadığı halda, erməni baş redaktorun bir şikayəti ilə Azərbaycandakı media qurumuna dərhal qadağa tətbiq edə bilir?

         Bu qadağa təkcə Mətin Yaşaroğluna və ya Sputnik Azərbaycana qoyulan qadağa deyil. Bu qadağa yerli mediamız üzərində xarici təzyiqlərin və mətbuatımızda erməni idaraetməsinin birbaşa və dəqiq göstəricisidir. Bu qadağa eyni zamanda Rusiya dövlətinin birtərəfli siyasətinin, erməni mövqeyi sərgiləməsinin sübutudur.

         Əgər ermənilər yerli mediamıza belə rahatlıqla  öz mənafelərinə uyğun yön verə bilirsə, Rusiya bu məsələdə aşkaranə şəkildə birtərəfli olaraq ermənilərin yanında durursa və ən əsası öz milli mənsubiyyətini unutmayan, ölkəsinin və xalqının milli maraqlarını heç bir şeyə qurban verməyən, bunun üçün işindən, sosial rifahından belə imtina etməyi gözə alan Mətin Yaşaroğlu kimi peşəkar və dərin bilikli jurnalist sırf Qarabağ mövzusunda yazılarına görə bir erməni təhdidi ilə rahatlıqla işsiz qalırsa, deməli, bu məsələ heç də üç-dörd məqalə ilə ört-basdır ediləsi məsələ deyil. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan dövlətləri arasında siyasi müstəvidə həll olunmalıdır. Azərbaycanda fəaliyyət göstərən bütün xarici media qurumları Azərbaycanın maraqlarına xidmət etməlidir və nə Rusiya, nə də başqa bir dövlət bu məsələdə istisna tutula bilməz.

         Artıq sözügedən hadisə Milli Məclisdə müzakirə olunmağa başlanıb. Millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Əflatun Amaşov və Qənirə Paşayeva baş vermiş hadisə ilə bağlı kəskin münasibətlərini bildirib məsələnin təcili həlli üçün Ombudsmana müraciət ediblər. Fazil Mustafa çıxışı zamanı bildirib ki: Bu gün Fuad Abbasov, Mətin Yaşaroğlu belə təzyiqlərə məruz qalırlar. Bu, bir daha sübut edir ki, ermənilər məqsədyönlü şəkildə aktiv azərbaycanlılara qarşı mübarizə aparır. Buna məhz təzyiq kimi qiymət vermək lazımdır. Ona görə də biz ermənilərin bu fəaliyyətini zərərsizləşdirmək istiqamətində işlər görməliyik. Bu məsələdə Ombudsmanın rolu daha böyük ola bilər. Elmira Süleymanova Rusiya Ombudsmanı ilə əlaqə saxlayıb bu msələlərin həllinə nail olmalıdır.”

        Ümid edirik ki, qısa zamanda problem həllini tapacaq. Biz dövlət başçısının da bu məsələyə diqqət yönəldəcəyini düşünür, tez zamanda Azərbaycanda fəaliyyət göstərən media qurumunda Qarabağ qadağasının götürülməsini və Mətin Yaşaroğlunun da tezliklə işinə bərpa olunmasını 
25 May 2021 Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?
30 İyul 2020 Müəllim andı... -Hekayə
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı

Xəbər lenti