.

Xəbər verdiyimiz ki, Beynəlxalq görmə imkanları məhdud insanların günü ilə bağlı R. Behbudov adına Mahnı Teatrında görmə imkanları məhdud 2 istedadlı gənc Zeynəb Ədalət qızı və Fərqan Arif oğlunun yaradıcılığına həsr olunmuş “Könül dünyası” adlı yaradıcılıq gecəsi keçirilmişdir. Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçən təntənəli gecə tamaşaçıları min bir ovqata köklədi.
Tədbir yalnız musiqi dinləməkdən, ya da selfi çəkdirib paylamaqla bitən tədbirlərdən deyildi. Bu tədbir keçirilməsi lazım olan və hamımıza bir dərs verəcək tədbir oldu. İnsanlığa çağırış... Özünə qayıdış... Allaha qayıdış... Şükrlər- əlində olan, sahib olduğun hər şeyə şükr etməyin dərsi... Sahib olmadıqlarınla barışığa çağırış... Həyata bağlanmaq və yaşam sevgisi... Ətrafında olanlara qarşı daha diqqətli olmağı və əsl əlilliyin fiziki deyil mənəvi əlillik olduğunu öyrədən bir gecə...
Bu tədbir çoxdan keçirilməliydi bəlkə də, adi sıxıntıdan bezib həyatına qəsd edən daha neçə gəncə ibrət olardı. Dünya işığından məhrum olub daxili zənginlikləri, Allaha sonsuz sevgisini və təşəkkürünü əksik etməyən bu iki gəncdən bəlkə də örnək alacaq neçə gənc öz səhvini anlayardı..

Zeynəbin könül dünyası çox gözəldi, o mərd, bacarıqlı, yalnız fiziki qüsuru ilə deyil həm də gözəl ürəyi, səbri, istedadı ilə fərqlidir çoxumuzdan. Biz ən sadə problem qarşısında aciz qalarkən, o qaranlıq dünyasına işıq salacaq qədər səbrli və şükürlü, həm də qabiliyyətlidir.
Tədbirdə diqqətimi çəkən və unuda bilməyəcəyim məqamlara toxundu Zeynəb. Böyüklük edib adını çəkmədən söylədi həm də. Demək ailəlikcə oturub eleviziya kanallarımızda yayımlanan hansısa şou proqramı izləyirlərmiş. Təbii ki Zeynəb də maraqla dinləyirmiş ..
Bu zaman illərin aparıcısı qonağından soruşub ki niyə ailə qurmursan. O da hələ tez olduğunu söyləyib. Bu zaman aparıcı qonağına "Ya kora, ya keçələ qismət olacaqsan" -deyib.
Yəqin o "aparıcı" unudub ki ekran qarşısında görmə imkanları məhdud insanlar da var. Və onlara bu ismarıcla nə demək istədiyinin də fərqində olmayıb bəlkə də. Çünki, əsl kor olmaq sadəcə fiziki qüsur deyil. Görmək həm də duymaq, düşünmək deməkdi. Əgər bu yoxdusa əsl görmə məhdudlu da sənsən demək.. Bəlkə də bu ifadə bir aparıcının təkcə  savadsızlığından irəli gəlmirdi, bu həmin aparıcının insanlıq səhvi idi və əgər aramızda idisə, Zeynəbin dilindən eşitdisə bu çağırışı xeyli utanmışdı yəqin... Zeynəbin dediyi kimi, bəzən övladlarınızı danlayanda " Sənin kimi oğlumdansa 7 kor qızım olsaydı", "Qonşu qonşu olsaydı qonşunun kor qızı da ərə gedərdi" kimi ifadələri işlətməyin! İşlətməyin,  çünki kor olmaq hələ onun sizdən zəif olması demək deyil.


Fərqan Arif oğlunun gözəl çıxışları, maraqlı xatirələrini bölüşməsi, zarafatcıl ifadələri  də gecəyə rəng qatdı. Gözəl səs sahibi Fərqan da öz özəlliyi, davranışı, nümunəviliyi ilə çoxarına məntiqli çağırış etmiş oldu.
Tədbirin sonunda sözləri Zeynəb Ədalət qızına, musiqiqi Fərqan Arif oğlunun aid olan “İnsanlıq ölməyib” adlı musiqi əsəri Fərqanla bərabər tədbir iştirakçıları tərəfindən birlikdə oxunması ilə bitib və Zeynəb və Fərqan “bu əsər bizim cəmiyyətə tədbirin sonunda bir daha çağırışımızdır” deyiblər və bu əsər alqışlarla qarşılanıb.
Könül dünyamız gözəl olsun, o zaman nə kor, nə lal, nə əlil qalacaq aramızda. Sonumuz onsuz da qaranlıq dünya olacaq, barı işıqlı dünyamızı pis niyyətimiz və əməllərimizlə qaraltmayaq başqalarının qəlbində. Yaşamaq təkcə nəfəs almaq yeməkdən,  gəzməkdən ibarət deyil.  Yaşamaq yaşatmaqdı həm də...
Vüsalə Qələndərli
 

25 May 2021 Başkənd kəndi müzakirə mövzusu ola bilərmi?
30 İyul 2020 Müəllim andı... -Hekayə
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı

Xəbər lenti