![]() |
Bu günlərdə nəğməkar şairə, tanınmış ifaçı Mehrim Hüseyn yeni mahnısını təqdim edib."Babamın davamçısı" adlı ifanın bəstəsi də müəllifə aiddir. Klipdən də göründüyü kimi yeni əsər cənab Prezident İlham Əliyevin fəaliyyət dövrünü əhatə edir.
Türkiyə gözəli ( Miss Turkey - 2014), aktrisa Əminə Gülşə UEFA Avropa Liqasında final oyununda sevgilisini dəstəkləmək üçün Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, o, instaqram səhifəsində “Arsenal”ın futbolçusu Məsut Özil üçün Azərbaycanda olduğunu bildirib. Model "Çelsi" və "Arsenal" qarşılaşmasında Məsuta uğurlar diləyib.
M.Özil isə sosial şəbəkədə Əminə ilə fotosunu paylaşaraq ona təşəkkürünü bildirib: “Mənimlə birlikdə Bakıya gəldiyin üçün təşəkkürlər, mənim sevgilim! Sabah həmin gündür ki, bütün mövsümü bunun üçün ağır işləmişik”.
Qrafik-dizayner Bahəddin Məmmədli tanınmışlarla bağlı maraqlı layihə hazırlayıb.
Dizayner xalq artistləri Flora Kərimova, Fəxrəddin Manfov, Nəsibə Zeynalova, SSRİ xalq artisti Müslüm Maqomayev, şair Ramiz Rövşənin gənclik və qocalıq fotolarını bir araya gətirib.
Dizaynerin əl işi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb. (kult.az)