.

Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciəti təqdim olunub. Qeyd edək ki, tədbirdə 4 ölkənin dövlət və hökumət başçısının videomüraciəti yayımlanıb.

AFİA.AZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətini təqdim edir.
“Biz 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününü qeyd edirik. Lakin 2021-ci ildə sağlamlığın əhəmiyyəti daha da artmışdır. Müasir, davamlı, yüksəkkeyfiyyətli səhiyyə sisteminə sahib olmaq hər bir ölkə üçün prioritetdir.
Hazırda Azərbaycanda səhiyyə sistemində əhəmiyyətli dəyişikliklər baş verir. Azərbaycan icbari tibbi sığorta tətbiq etməklə ilkin tibbi yardımı gücləndirir, təcili tibbi yardım xidmətlərini yeniləyir, ölkədə elektron səhiyyə platforması və dövlət səhiyyə hesablarını istifadəyə verməklə rəqəmsallaşmanı təmin edir.
Bu arada, COVID-19 pandemiyasının ikinci ili bütün dünyada səhiyyə sistemlərinə böyük təzyiq göstərməyə davam edir.
Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Bizim təşəbbüsümüzlə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib. Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırıb. Biz, həmçinin 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişik.
Builki Ümumdünya Sağlamlıq Günü “Daha ədalətli və daha sağlam dünyanın qurulması” mövzusuna həsr olunub. Bu mənada peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək.
Azərbaycan peyvəndlərin paylanmasında ədalətliliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında “Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi” adlı qətnamə layihəsi irəli sürüb. Qətnamə bu il martın 23-də konsensus əsasında qəbul edilib.
Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir.
Biz pandemiyanın öhdəsindən yalnız birlikdə gələcək və normal həyata qayıdacağıq.
Ümumdünya Sağlamlıq Gününüz mübarək!”
Tedros Adhanom Qebreyesus:
“Təşəkkür edirəm, Prezident Əliyev. Mən Sizin peyvəndlərə bərabərhüquqlu, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin olunması ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında göstərdiyiniz liderliyi alqışlayıram və peyvəndlərin ədalətli şəkildə paylanılması üçün tərəfimizdən daha çox işlərin görülməli olması ilə bağlı fikrinizlə razıyam”.

“Qafqazinfo”
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video
04 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
31 Mart 2021 İlham Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"
31 Mart 2021 Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı - VİDEO
31 Mart 2021 Azərbaycan Prezidenti Türk Şurasının Zirvə toplantısında çıxış edib
31 Mart 2021 Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
28 Mart 2021 Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video
26 Mart 2021 “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
25 Mart 2021 Koronaya yoluxanların sayı 1400-ü keçdi
20 Mart 2021 Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik
20 Mart 2021 Prezident Şuşadan xalqa müraciət etdi - Video
19 Mart 2021 Bayram günləri ictimai nəqliyyat işləməyəcək
17 Mart 2021 Pakistan səfirindən Azərbaycana çağırış
15 Mart 2021 Səhra idarəetmə məntəqələri rayonlara çıxarılır - MN
11 Mart 2021 Nazirlik xəbərdarlıq etdi: Bayıra çıxmayın!
03 Mart 2021 Bəyanat pozulur: İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz!
02 Mart 2021 İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzaladı
01 Mart 2021 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ
26 Fevral 2021 Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis əvəzi vəzifəsindən çıxarıldı
26 Fevral 2021 İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi
11 Fevral 2021 Mehriban Əliyevadan İSESKO-ya üzv olan ölkələrə - Çağırış
06 Fevral 2021 Prezidentin köməkçisi Zəngilan və Cəbrayıla səfərdən YAZDI
01 Fevral 2021 Prezident və Mehriban Əliyeva 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB+FOTO/VİDEO
29 Yanvar 2021 Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Xəbər lenti