.

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2035  yeni yoluxma faktı qeydə alınıb, 1174 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFİA.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 273869 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 243467 nəfər müalicə olunaraq sağalıb, 3743 nəfər vəfat edib, aktiv xəstə sayı 26659 nəfərdir.
Ölkədə son sutka ərzində 12701, hazırkı dövrədək isə 2948419 test aparılıb.
 

Xəbər lenti