.

“Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. 
Nəhayət, 38-ci maddənin I hissəsində göstərilir ki, hər kəsin sosial təminat hüququ vardır. Bu o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşlar, o sırdadan da uşaqlar qarşısında sosial öhdəlikləri vardır.

AFİA.AZ xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı alim Qubad İbadoğlu səsləndirib. O bildirib ki, Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub: “Bu Konvesiya ilə Azərbaycan hökuməti uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir”.
Uşaq pulu ideoloji məsələsidir
Qubad İbadoğlunun sözlərinə görə, uşaq pulu konseptual olaraq əsasən sosial rifah dövlətlərində tətbiq edilir: “Konstitusiyanın 15-ci maddəsinin II hisssəsində göstərilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Bu o deməkdir ki, Azərbaycanda sosial rifah dövləti formalaşdırılır. Odur ki, Azərbaycan hakimiyyəti ideoloji baxımdan da uşaq pulu ödəmək öhdəliyinə malikdir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə Azərbaycanda 0-17 yaşlı uşaqların sayı 2 milyon 636 min 7 yüz nəfər olub. 2001-ci ildə bu yaşda uşaqların sayı 2 milyon 998 min 9 yüz nəfər olub. Bu isə o deməkdir ki, son 20 ildə Azərbaycanda uşaqların sayı 236 min 2 nəfər azalıb. Azərbaycanda sosial müdafiə proqramları çərçivəsində uşaqların 85 faizinə yardım edilmir. DSK-nın məlumatına görə, 2020-ci ilin 1 yanvar tarixinə, sosial müavinət alan uşaqların sayı 401 249 nəfər olub. Bir nəfərə düşən orta aylıq məbləği 118,4 manat təşkil edib ki, bu da 18 yaşa qədər uşaqların 15,2 faizi deməkdir. Deməli 85 faizə qədər uşaqlar sosial müdafiə proqramlarından kənarda qalır”.
Uşaqların hər birinə uşaq pulu verilməlidir
İqtisadçı alim əlavə edib ki, Azərbaycanın da qəbul etdiyi BMT-nin Uşaq Hüquqları 2-ci maddəsində göstərilir ki, iştirakçı dövlətlər uşağın, onun valideynlərinin və ya qanuni qəyyumlarının irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər əqidələrindən, milli, etnik və ya sosial mənşəyindən, əmlak vəziyyətindən, səhhətindən və doğum şəraitindən və ya hər hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyə yol vermədən, onların yurisdiksiyası daxilində hər bir uşaq üçün bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlara hörmət bəsləyir və onları təmin edir. Odur ki, uşaqlar arasında diskrinimasiya yol verilməzdir: “Büdcənin problemi maliyyə təminatında deyil, onun səmərəli və şəffaf xərclənməsindədir. 18 yaşına qədər hər bir uşağa yardım edilməlidir. Bu zaman 2,6 milyon nəfərdən, 400 min uşaq pulu alan kateqoriyanı çıxmaqla sayı azaltmaq mümkündür. 400 min uşağa ödəmələr hazırkı büdcədə nəzərdə tutulub. Uşaq pulunun məbləği ailələrin gəlirləri əsasında hesablanmalıdır. Uşaq pulunun məbləği ailənin gəlirləri ilə yanaşı, hər bir üzvün yaşayışının minimum dəyəri arasında fərq qədər müəyyənləşdirlə bilər”.
Uşaq Fondu yaradılmalıdır
Qubad İbadoğlu deyir ki, uşaq pulunun maliyyələşdirilməsi və idarəedilməsi üçün Uşaq Fondu yaradılmalı, onun maliyyə mənbələri şaxələndirilməlidir: “Büdcədən, Dövlət Neft Fondundan və şirkətlərdən ayırmalar hesabına Fondun vəsaiti yetərincə təmin oluna bilər. Uşaq pulunun ödənilməsi büdcə gəlirlərinin çoxalmasına stimul verəcək. Uşaq pulunun ödənilməsi ailənin xərcləmələrinin çoxalmasına, əhalinin alıcılıq qabliyyətinin artımına və bununla da dövlət büdcəsinə istehlak vergilərinin daha çox daxil olmasına gətirib çıxaracaq. Bununla da dövlət uşaq pulu adı ilə ödədiyi vəsaitlərin bir hissəsini büdcəyə qaytaracaq. Uşaq pulunun ödənilməsi neft gəlirlərinin nəsillər arasında bölgüsü sahəsində mövcud ədalətsizliyi qismən də olsa aradan qaldıra bilər. Uşaq pulunun ödənilməsi dövlət və ailə münasibətlərini möhkəmlədə, hakimiyyətə ailələrin etimadını artıra bilər. Azərbaycanda uşaqlar doyunca yeməli, sağlam və savadlı böyüməlidir, bunun üçün də uşaq pulu mütləq verilməlidir”!
20 Aprel 2021 Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı
20 Aprel 2021 İtkin düşən 24 hərbçi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2021 Qənirə Paşayeva“Armudu” layihəsinin qonağı olub
18 Aprel 2021 Məktəblidən təsirli şeir: Nehrəm Şəhidi Elvin Teymurov
18 Aprel 2021 Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal+Video
18 Aprel 2021 Gənc tar ifaçısı Ülvi Allahverən:"Azərbaycan tarı öz ecazkar səslənişilə fərqlənir"
17 Aprel 2021 Qənirə Paşayeva Gənc direktoru Komitədə qəbul edib.
17 Aprel 2021 Bu ərzaqları soyuducuda saxlamaq olmaz
17 Aprel 2021 Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib
16 Aprel 2021 Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: “Danışılanlar nağıldır…”
16 Aprel 2021 Dostluq təməli.
16 Aprel 2021 ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
16 Aprel 2021 Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı
16 Aprel 2021 Q.Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşüb.
16 Aprel 2021 Nikolun səs yazısı yayıldı: Naxçıvana yolun açılması...
14 Aprel 2021 Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
14 Aprel 2021 Məcburi köçkünlər azad olunmuş ərazilərə nə vaxt qayıdacaq? - Prezident AÇIQLADI
14 Aprel 2021 Rusiya III Dünya müharibəsi başlada bilər - Kravçuk
13 Aprel 2021 Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə
13 Aprel 2021 Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
12 Aprel 2021 Qənirə Paşayeva Sevil Gültənlə görüşüb
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy: saxlanılanlar var
11 Aprel 2021 Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə
11 Aprel 2021 Türkiyə Ukraynanı dəstəklədi, amma... - Türk ekspert
10 Aprel 2021 “Onlar qisas və təhlükə mənbəyidir” - Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri
10 Aprel 2021 Qənirə Paşayeva görkəmli bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb
09 Aprel 2021 Sərt karantin rejimi nə vaxt ola bilər? - ÖTƏN İLLƏ MÜQAYİSƏ
09 Aprel 2021 Q.Paşayeva Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
09 Aprel 2021 Yeni sədr “Media haqqında” qanun layihəsindən danışdı
09 Aprel 2021 Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu

Xəbər lenti