.

Sizi Tanıyaq layihəsi bu dəfə də 11 yaşlı məktəbli, xüsusi istedadı ilə seçilən Tunar Quluzdə ilə söhbətləşdi. 

-Salam Tunar, necəsən?
-Salam. Çox sağ olun, yaxşıyam. 
-Sizi Tanıyaq ailəsinə xoş gəldin Tunar. Layihəmizin adət -ənənəsinə uyğun olaraq öncə səni daha yaxından tanıyaq.
-Təşəkkür edirəm. Quluzade Tunar Eylas oğlu 2010-cu ildə Bakıda doğulmuşam Əslən  Zəngilan rayonundanıq. Zəngilan rayonu 36 nömrəli tam orta məktəbin 5a sinif şagirdiyəm
-Dərslərini necə oxuyursan?
-Düzdür karantin, distant təhsil, bunlar təsirsiz ötüşmədi amma, nə olur -olsun dərslərimi yaxşı oxumağa çalışıram
-Sevdiyin fənn hansıdır?
-Riyaziyyat fənni
-Hobbin nədir?
-Məşhur maşınlarla maraqlanıram. Maraqlı kolleksiyalar toplayıram
-Böyüyəndə kim olacaqsan?
-Böyüyəndə mühəndis, dizayner olmaq istərdim


-Nə gözəl əl işlərin var. Bu sənəti necə öyrəndin?
--Özüm çox kiçik əşyalar düzəltməklə öyrəndim. Atam da səhvlərimi düzəldirdi
-Bu işin sirləri nədir. Hər kəs bacara bilərmi belə gözəl əl işləri yaratmağı?
-Bəli düzəldə bilər ancaq, səbrli olmaq lazımdır. Bu işlər incəlik tələb edir, səbr tələb edir. İşi sevərək görmək lazımdır. Onda mütləq alınacaq
-Ailənizdə səndən başqa xüsusi istedadı olan varmı?
-Atam ,babam da bacarıqlı əllərə sahibdilər. 
-Dostların varmı. Səncə əsl dost kimdir?
-Dostlarım var, məsələn sinif yoldaşlarım, məncə əsl dost yalan danışmamalıdır
-Heç əl işlərindən kiməsə hədiyyə etmisən?
-Bəli,8martda mənə dəyərli olan xanımlara hədiyyə vermişəm
-Heç olubmu ki, hansısa əl işin ilk cəhddə alınmayıb, təkrar işləmisən üzərində ?
-Olub, diqqətsizlik etmişəm, sonradan yeni fikir ağlıma gəlib dəyişdirmişəm.


-Maraqlı iş yerin var. Bu alətlərin adları nədir?
-Çox sağ olun. Alətləri  ad günümə hədiyyə olaraq alıblar, drel, yonma aləti,  misar, kəlbətin və s İşlədərkən diqqətli olmağı tələb edir bu alətlər
- Tunar, biz də SİZİ TANIYAQ ailəsi adından sənə uğurlar arzulayırıq. Sonda hər hansı maraqlı çıxışını almaq istərdik
VÜSALƏ QƏLƏNDƏRLİ
AFİA.AZ






Xəbər lenti