.

Martın 15-də Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdikləri minadantəmizləmə tədbirləri zamanı böyük dağıdıcı gücə malik “İsgəndər” raket kompleksinin raketinin qalıqlarının tapmaları və onun Bakıda nümayişi xarici medianın gündəmindədir.

"Qafqazinfo" xəbər verir ki, qardaş Türkiyənin media qurumları bu mövzuda çoxlu xəbərlər yaymaqda davam edir. İHA xəbər agentliyi, “haberglobal.com.tr”, “ankaramasasi.com”, “haberler.com”, “mardinhaber.com.tr”, “haber7.com”, “igdirim76.com”, “yesiligdir.com” saytlarında dərc olunmuş informasiyalarda Minatəmizləmə Agentliyinin operativ qərargahının rəisi İdris İsmayılovun fikirlərinə yer verilir. Qeyd olunur ki, araşdırma zamanı raketin “İsgəndər – M” raketinin qalıqları olduğu müəyyən edilib. Aparılan tədqiqat zamanı raketin üzərində olan “9M723” indeks kodu yoxlanılıb. Xəbərlərdə qeyd edilir ki, raketin uzunluğu 7 metr 23 santimetr, diametri isə 920 millimetrdir. İnformasiyalarda Ermənistanın sabiq müdafiə naziri Movses Hakopyanın “Qarabağ müharibəsində “İsgəndər” raketindən istifadə olunub, lakin hara atıldığını deyə bilmərəm” sözləri yer alıb.
Ukrayna mətbuatı da “İsgəndər-M” mövzusunu gündəmdə saxlayıb. Ukraynanın “Ukrinform” dövlət informasiya agentliyi, “BBC.com/ukrainian”, “Gordon” nəşri, “podrobnosti.ua”, “dialog.ua”, “eurointegration.com.ua”, “charter97.org”, “asmedia.kiev.ua”, “vybir.media” saytları dərc etdikləri məqalələrində və nüfuzlu “1+1”, “İnter” telekanallarının reportajlarında qeyd edilir ki, İkinci Qarabağ müharibəsində Ermənistan Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhəri istiqamətinə “İsgəndər” raketi buraxıb. Raketin qalıqlarının Azərbaycanın Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən martın 15-də Şuşa şəhəri ətrafında təmizləmə işləri zamanı aşkarlandığı vurğulanır. Xəbərlərdə “İsgəndər” raketinin qalıqlarını əks etdirən fotolar da yer alıb. Ukrayna mətbuatı, həmçinin jurnalist, hərbi müxbir Roman Boçkalanın “İsgəndər-M” mövzusu ilə bağlı sosial şəbəkə hesabında yazdığı şərhinə də geniş yer verib.
Gürcüstan “24news.ge”, “reportiori.ge”, “kvira.ge”, “interpress.ge” informasiya portalları yazırlar ki, Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları Bakıda nümayiş etdirilib. Qeyd olunur ki, raket tam partlamayıb, onun müəyyən hissələri böyük ərazidə səpələnib. Minatəmizləmə Agentliyinin əməkdaşları bir-birindən xeyli məsafədə raketin qalıqlarının aşkar olunduğu 4 ərazi müəyyən ediblər. Açıq mənbələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistana “İsgəndər – M” raketinin sadələşdirilmiş variantı olan, 280 kilometr məsafəyədək uçan “İsgəndər – E” raket kompleksi verib. Bununla müqayisədə “İsgəndər – M” raketi daha çox dağıdıcı qüvvəyə malikdir və 500 kilometrədək məsafə qət edə bilir.
Azərbaycanın Şuşa şəhəri istiqamətində atılan “İsgəndər-M” raketi ilə bağlı Rumıniyanın “redactia.info”, “news24hours”, Qırğızıstanın “goldenbridgenews”, Albaniyanın “ata.gov.al”, Çilinin “infogate.cl” informasiya saytlarında da xəbərlər yayımlanıb. Bu informasiya mənbələrində Rusiya mediasına və rəsmilərinə istinadən qeyd olunur ki, Rusiya Ermənistana “İsgəndər-M” raket kompleksi verməyib. Həmin saytlarda bildirilir ki, bütün bunların fonunda maraqlı sual yaranır, əgər Rusiya Ermənistana “İsgəndər – M” raket kompleksi verməyibsə, Şuşada həmin raketin qalıqlarının tapılması necə izah oluna bilər? Xəbərlərdə deyilir ki, məsələyə Rusiya Prezidentinin Administrasiyasından münasibət bildirilib. Bu ölkənin Adminstrasiyasının yaydığı məlumatda qeyd olunub ki, Qarabağda münaqişə zamanı “İsgəndər” raketlərindən istifadə olunmayıb. Lakin martın 15-də Şuşa ərazisində bu raketin qalıqlarının tapılması ilə bağlı sual hələ də açıq qalır.
17 Aprel 2021 Gənc rəssamın təsirli əsərləri
08 Aprel 2021 Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinə başlanılıb - FOTO
04 Aprel 2021 “İsgəndər-M” raketi ilə bağlı məsələ xarici medianın gündəmindədir
25 Mart 2021 Bütün şəhidlərimizin xalçadan rəsmləri hazırlandı - Video
08 Mart 2021 Uzun müddət komada qalan hərbçimiz şəhid oldu
06 Mart 2021 Qubadlıda DSX-nin yeni qurumları fəaliyyətə başladı - Foto
02 Mart 2021 Nazirlik itkin düşən hərbçilərin SİYAHISINI yenilədi
24 Fevral 2021 Azərbaycanda zəncirvarı QƏZA: 30 avtomobil TOQQUŞDU
20 Fevral 2021 Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birgə atacaq
15 Yanvar 2021 İllər sonra Ali Baş komandan kimi Şuşada o fotonu göstərdi
09 Yanvar 2021 Hündürlüyü iki metr olan "Şuşa" yazısı hazırdır
09 Dekabr 2020 Suşaya sancılan bayrağı parada bu general gətirəcək - FOTO
04 Dekabr 2020 Prezidentlə xanımı Şəhidlər Xiyabanında - Video
25 Noyabr 2020 Ordumuz Kəlbəcərdə - Yeni görüntülər
23 Noyabr 2020 Rus hərbçilər itlərlə Qarabağı minadan təmizləməyə getdilər - VİDEO
21 Noyabr 2020 Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - Fotolar
17 Noyabr 2020 Prezident İlham Əliyev: “Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik”
05 Noyabr 2020 “Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - Fotolar
02 Noyabr 2020 Prezident qəbul keçirdi - Foto
23 Oktyabr 2020 ERMƏNİ DAHA ÇOX ÖZÜNƏ DÜŞMƏNDİR
22 Oktyabr 2020 Azərbaycan “İti qovan” PUA-larının istehsalına başladı - FOTO
20 Oktyabr 2020 İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağının FAYDASI
19 Oktyabr 2020 Məşhur şəlalə Azərbaycan bayrağının rənglərinə boyandı - VİDEO
14 Oktyabr 2020 Avtobusların üzərində “Qarabağ Azərbaycandı! şüarı yazıldı - FOTO
04 Oktyabr 2020 Suqovuşanın tarixi əhəmiyyəti açıqlandı
30 Sentyabr 2020 Paşinyanın oğlu Qarabağda döyüşməkdən imtina etdi
29 Sentyabr 2020 Qan Bankı qarşısında izdiham
29 Sentyabr 2020 Ankara qülləsi bayrağımızın rənglərinə büründü
15 Sentyabr 2020 İctimai televiziyanın əməkdaşların övladları bu gün birinci sinifə getdilər
04 Sentyabr 2020 Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Ölən və yaralananlar var - YENİLƏNİB + FOTO/VİDEO

Xəbər lenti