.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.
Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" 26 xalla 3-cü pillədə yer alan "Sumqayıt"ı sınağa çəkəcək. "Bakcell Arena"dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olacaq. Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də "ağ-qaralar"ın xeyrinədir - 52:40. "Neftçi” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Sumqayıt” son 4 səfər matçından qolsuz ayrılmayıb.
Digər oyunda autsayder "Sabah" evdə "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda Masazır təmsilçisi 16 xalla sonuncu, əyalət klubu isə 23 xalla beşincidir. İki kollektiv indiyədək Premyer Liqada 9 dəfə üz-üzə gəlib. Hərəyə 4 qələbə qazanan tərəflər cəmi bir dəfə heç-heçə ediblər. Bu görüşlərdə meydan sahibləri 11, qonaqlar 9 dəfə fərqləniblər. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. “Sabah” 4 oyundur meydanı qolsuz tərk etmir.
Turun son oyunu isə "ASK Arena"da "Keşlə" və "Qarabağ" komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan "Keşlə"də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir - 82:41. “Qarabağ” son 9 oyunda uduzmayıb. “Keşlə” son 4 ev matçında qol vurmayıb.
4 aprel (bazar)
16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.
17:30. “Sabah” –“ Qəbələ”
Hakimlər: 
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.
18:30. “Keşlə” – “Qarabağ”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.
Qeyd edək ki, turun ilk oyununda "Zirə" səfərdə "Səbail"lə qolsuz heç-heçəyə razılaşıb.
20 Aprel 2021 İngiltərənin iki klubu Superliqadan geri çəkilir
18 Aprel 2021 Azərbaycan millisinin daha 2 boksçusu dünya birinciliyində 1/4 finala vəsiqə qazanıb
13 Aprel 2021 Azərbaycan boksçularının dünya birinciliyində ilk rəqibləri bəlli olub
11 Aprel 2021 Taekvondoçularımız Avropa çempionatını 2 medalla başa vurdu - Yenilənib + Fotolar
06 Aprel 2021 Messi “Valyadolid”lə görüşün hakimini tənqid edib
04 Aprel 2021 Azərbaycan Premyer Liqası: "Neftçi"nin ev, "Qarabağ"ın səfər sınağı
01 Aprel 2021 Almaniyadan gözlənilməz məğlubiyyət - DÇ-2022
30 Mart 2021 Əsrin ən yaxşı futbol klubları açıqlanıb
26 Mart 2021 Marko van Basten futbolda ofsaydın ləğvini təklif edib
25 Mart 2021 Canni de Byazi Azərbaycan millisinə qol vurmağı unutdurub
24 Mart 2021 “Fiorentina” qovduğu baş məşqçini qaytarıb
20 Mart 2021 Avropa Liqasında 3 mərhələnin püşkü atılıb
18 Mart 2021 Çempionlar Liqasının finalı tamaşaçılarla keçirilə bilər
15 Mart 2021 Ronaldo het-trik sayında Messidən uzaqlaşıb
14 Mart 2021 "Zirə" Qəbələ səfərində, "Neftçi" "Səbail"i qəbul edir
10 Mart 2021 Teymurla Şəhriyarın son iki rəqibi bilindi - FOTO
04 Mart 2021 12 cüdoçumuz “Böyük dəbilqə”də mübarizəyə BAŞLAYIR
25 Fevral 2021 "Real" “Barselona”nın rekordunu təkrarlayıb
23 Fevral 2021 Kriştiano Ronaldo A seriyasında bütün komandalara qol vurub
12 Fevral 2021 "Bavariya "Barselona"nın rekordunu təkrarladı
10 Fevral 2021 Çempionlar Liqasında daha bir oyunun yeri dəyişdirildi
14 Yanvar 2021 İdmançımız İbrahim Cəbizadənin bu gün doğum günüdür. FOTO/VİDEO
04 Yanvar 2021 A seriyasının 5 matçında böyük hesab qeydə alınıb
31 Dekabr 2020 “Atalanta”nın yarımmüdafiəçisi “İnter”lə anlaşıb
25 Dekabr 2020 Rəcəbov dünya çempionu ilə bir turnirdə yarışacaq
18 Dekabr 2020 UEFA daha iki turniri ləğv etdi
17 Dekabr 2020 Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
17 Dekabr 2020 AFFA FIFA referilərinin siyahısını açıqlayıb
09 Dekabr 2020 “Başakşəhər” 4-cü hakimi meydandan qovdurub – YENİLƏNİB
29 Noyabr 2020 Bu gün “Keşlə” “Sabah”la, “Səbail” “Qarabağ”la üz-üzə gələcək

Xəbər lenti