.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır.

Təhsil Nazirliyindən AFİA.AZ-a verilən məlumata görə, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur.
Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.
Məlumat üçün bildiririk ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.
Qeyd edək ki, ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Bu günədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət “COVID-19” əleyhinə peyvənd olunub. Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.
Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə “COVID-19” virusundan qorunmağı bir daha tövsiyə edir.
Bilidyimiz kimi, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
20 Aprel 2021 Güclü külək əsəcək - Nazirlikdən XƏBƏRDARLIQ
19 Aprel 2021 Prezident QHT Şurasını ləğv etdi
18 Aprel 2021 Ağdamda daha bir nəfər minaya düşdü
17 Aprel 2021 Koronaya yoluxanların bugünkü sayı açıqlandı
13 Aprel 2021 “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
03 Aprel 2021 TƏBİB sədrindən pandemiya ilə bağlı - Açıqlama
02 Aprel 2021 Nazirlik Vətən müharibəsi qazilərinə müraciət etdi
01 Aprel 2021 Məktəblər bağlanır - Təcili
01 Aprel 2021 Baş nazirdən vaksinasiya prosesi ilə bağlı tapşırıq
31 Mart 2021 Azərbaycan XİN bəyanat yaydı
31 Mart 2021 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
30 Mart 2021 Koronaya yoluxanların sayı 2 mini keçdi
29 Mart 2021 Bu gündən ictimai nəqliyyatın hərəkəti bərpa olunur
24 Mart 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
17 Mart 2021 Prezident və xanımı Şuşada - Foto/Video
14 Mart 2021 Beş ölkə etiraz etdi: Avropada peyvənd qeyri-bərabər bölünür
13 Mart 2021 Yoluxanların sayı 700-ü keçdi
10 Mart 2021 Nazirlikdən hava xəbərdarlığı - güclü külək əsəcək, intensiv qar yağacaq
05 Mart 2021 İctimai nəqliyyat bu dəfə 3 gün işləməyəcək
04 Mart 2021 Türkiyədə helikopter qəzası: general həlak oldu
04 Mart 2021 Azərbaycan və Türkiyə hərbçiləri təlimlərə başlayır
03 Mart 2021 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA
28 Fevral 2021 Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı
27 Fevral 2021 Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video
25 Fevral 2021 Xocalı soyqırımından 29 il ötür.
22 Fevral 2021 Ceyhun Bayramov Türkiyəyə gedir
17 Fevral 2021 Baş nazirdən un və çörəyin qiyməti ilə bağlı QƏRAR
17 Fevral 2021 Sabahın hava proqnozu - XƏBƏRDARLIQ
14 Fevral 2021 İlham Əliyev Ərdoğana başsağlığı verdi
14 Fevral 2021 Putin Rusiyadakı etirazlara münasibət bildirdi - VİDEO

Xəbər lenti