.

Mənəvi Dəyərlərin Təbliği 
Fondun maliyyə dəstəyi ilə "Armenian fascism" kitabı ingilis dilinə tərcümə edilərək nəşr edilib. Kitabın müəllifi Türkiyənin Erciyes Universitetinin Erməni dili və ədəbiyyatı fakültəsinin professoru Qafar Çaxmaqlıdır.

Kitab ingilis dilinə Səfər Səfərli və Bəhruz Orucov tərəfindən tərcümə edilib.

Müəllif kitabda erməni cəmiyyətinin iç üzünü açmaq və onların başqa xalqlara yanaşmada nasist mövqeyinin köklərinin nələrdən ibarət olduğunu aşkara çıxarmaq baxımından tarixi faktlar ortaya qoyur. Kitabda erməni faşizminin kökləri araşdırılır, onun bugünkü Ermənistanda əsas ideologiyaya çevrilməsindən bəhs edilir və bunun ölkədə ayrı-ayrı fərdlərə, bütün cəmiyyət mənsublarına təlqin olunduğu bildirilir.

Kitabın ingilis dilinə tərcümə edilməsi erməni faşizmi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.



Xəbər lenti