.

Bayramların ard-arda sıralandığı mart ayında restoranlarda açıq musiqi proqramları tərtib olunmaqdadır.
 
Məsələn, 8 Mart günü restoranlarda yer qalmamışdı. Əksər restoranlarda isə musiqi proqramları vardı.
 
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə Xalq artistləri Aygün Kazımova, Brilliant Dadaşova, rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurlar iştirak etdi. Aygün Kazımova bayram günü 1 saat çıxış üçün 15 min manat qazanıb. Müğənni iki restoranda səhnəyə çıxıb.
 
Müğənni Səidə Sultan 5 məkanla anlaşıb. O, hər yarım saat üçün 2 min manat alıb.
 
Dj Roshka 35 dəqiqəlik çıxışının müqabilində 2 min manat gəlir əldə edib.
 
Xalq artisti Miri Yusif isə 1 məkanla razılaşıb. Onun külli miqdarda pul qazanacağı bildirilsə də, məbləğ açıqlanmayıb.
 
Qarşıdakı 9 günlük tətildə də eyni proses gözlənilir. Bu, işsiz və səhnəsiz qalan sənətçilərin bir qədər nəfəs alması deməkdirmi? Onlar restoranlarda səhnə almağa, oradan qismən qazanmağa necə baxırlar?
 
Musavat.com mövzu ilə bağlı sənətçilərin fikrini öyrənib.
 
Müğənni İzzət Bağırov bildirib ki, şou proqramlara dəvət alsa, qatılar: “Məni şou proqramlara dəvət edən olmayıb. Dəvət edən olsa, gedərəm. Onsuz da 1 ildir ki, işsizik, pul qazanmırıq. Bütün sənətçilər gözləyir ki, şou proqramlar, toylar başlasın. Mən də onlar kimi gözləyirəm ki, işimizin başına qayıdaq. Artıq koronavirusdan da qorxmuruq. 1 ildir işsizik”.
 
Müğənni Afət Fərmanqızı deyib ki, tez-tez şou proqramlara dəvət alır: “Şou proqramlara dəvət alıram. 8 Martdan öncə də, bayram günü də şou proqramda çıxış etdim. Əsasən həftə sonları mənim ifalarıma ehtiyac olur. 6 əyləncə mərkəzindən dəvət gəldi, 4-də çıxış edə bildim. Digərlərinə vaxt çatmadı. Düzdür, əyləncələr əvvəlki kimi deyil. Şən mahnılar oxumağa, rəqs etməyə icazə vermirlər. Amma bu günə də şükür. Qonorara gəldikdə isə əvvəlki məbləğin 3-də birini alıram. Bəzən də yarısını. Amma adi günlərdəki çıxışlar üçün əvvəlki qədər qonorar alıram”.
 
Müğənni Sevinc Musayeva deyib ki, toylara icazə verilsə, el şənliklərinə qatılar:
 
“Başqa ölkələrdə toylar başlayıb. Bizdə də başlasa, yaxşı olar. Bir ildir ki, işsizik. Dolanmaq getdikcə çətinləşir. Baxıram ki, sənət dostlarım Rusiyaya toylara gedir. 8 Martda da müxtəlif məkanlarda şou proqramlarda çıxış etdilər. Onların adına sevinirəm. Mən 5 ildir ki, şou proqrama getmirəm. Toyları gözləyirəm”.
10 Mart 2021 8 Martda 1 saata 15 min manat qazanan müğənni - Şou əhli toyları tədbirlə əvəz edir?
03 Yanvar 2021 Röya bu VİDEOsuna görə tənqid edildi
10 May 2020 Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
10 May 2020 Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
21 Oktyabr 2019 Bunlar xalqın artistləri oldu
06 Oktyabr 2019 Hadisədən Demetə CAVAB — Guya onun əri var?
29 İyun 2019 TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ
02 İyun 2019 "Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr
29 May 2019 Məsuda dəstək üçün Bakıya gələn gözəl - Fotolar
21 May 2019 Məşhurların gəncliyi və qocalığı “qarşılaşdı” – FOTOLAR
19 May 2019 “Avroviziya-2019”un qalibi müəyyənləşib - VİDEO
12 May 2019 "İddialı olmaq hər adama nəsib olmaz!"-Azərbaycanlı model (Fotolar)
08 Aprel 2019 Bu gündən müğənni Rüfət Axundova efir qadağası tətbiq ediləcək.
24 Mart 2019 Bahar Bayramı Möhtəşəm Flaşmobla tamamlandı!
15 Mart 2019 Damlaya görə izdiham yarandı - Polis qarışdı + Video
10 Mart 2019 Turkvisionun qalibinden yeni klip - Video
07 Fevral 2019 “Eurovision” finalçılarımız təsdiqləndi
28 Yanvar 2019 “O Səs Türkiyə”nin qalibi bəlli oldu - Video
23 Oktyabr 2018 Mehriban Xanlarovanın verilişi bağlandı
21 Oktyabr 2018 "Kənddən gəlmişəm, belə danışıram, xoşunuza gəlmirsə, efirlərə çağırmayın" - Elnarə Abdullayeva
18 Oktyabr 2018 MTRŞ-dən Mehribanın verilişinə reaksiya
17 Sentyabr 2018 Ülviyyə Namazova: "Afət Fərmanqızı, səndə onun tayısan!"-QALMAQAL!
29 Avqust 2018 İTV kanalında bizimlə "ADDIM -ADDIM"
05 Avqust 2018 Azərbaycanlı Tatlısəsin ad günüdür-Video
27 İyul 2018 “Jara” səhnəsindən görüntülər - FOTO
25 İyul 2018 Zara Azərbaycana gəlməyəcək: Adı siyahıdan çıxarıldı
02 İyun 2018 Mehrim Məmmədova yeni mahnısını təqdim edib-“Adrinalin” - Video
29 May 2018 Təhqir edilən müğənniyə görə məşhurlar etiraz etdilər - Bunu Allah götürməz / VİDEO
16 May 2018 Günayı “Bandotdel”ə verən sponsoru: Mənə 225 min borcu var
11 May 2018 Rusiya “Eurovision”da finala keçə bilmədi – VİDEO

Xəbər lenti