.

Ermənistanın Rusiya ilə Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsinin təşkili barədə müzakirə aparması qanunsuz və təxribat xarakterli bir addımdır. Belə bir tələbin irəli sürülməsi açıqca 10 noyabr bəyanatına ziddir.

Bu sözləri Axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir:
“Bəyanatda Qarabağ ərazisinə əcnəbilər üçün yeni buraxılış məntəqəsi barədə bənd ya da yarımbaşlıq yoxdur. Ermənistanın Rusiya ilə belə bir mövzu ətrafında görüş keçirməsi isə beynəlxalq hüquqla da ziddir. Çünki söhbət Azərbaycanın Qarabağ bölgəsindən gedir və Ermənistanın bu ərazi üzərində heç bir hüquqi yoxdur.
Azərbaycan tərəfi mütləq şəkildə sərhədlərin tam nəzarətini öz üzərinə götürməlidir. Xüsusilə də Laçın dəhlizindən bu gün istənilən hərəkətə birbaşa nəzarət edilməlidir. Təəssüf ki, bu gün Ermənistandan Qarabağa hələlik rus sülhməramlılarının nəzarətində olan ərazilərə silah və canlı qüvvə daşınması ilə bağlı ciddi faktlar var. Ermənistan Müdafiə Nazirliyi qarşısında erməni əsgər valideynlərinin son etirazı da bu faktı təsdiqləyir. Düzdür, rus sülhməramlıları bu günə qədər bir neçə dəfə xarici ölkə rəsmilərini Qarabağa buraxmayıb. Lakin bununla belə, Qarabağa Ermənistandan hərbçilərin daxil olması faktları var.
Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə laqeyd qalmamalı, sadə bəyanatlar ilə kifayətlənməməlidir. Bu, ciddi məsələdir!”
Politoloq qeyd edib ki, Laçın dəhlizindən Qarabağa MDB vətəndaşları buraxılması da doğru deyil:
“Əslində, bu gün Ermənistan ilə Azərbaycan arasında vizasız rejim var, lakin işləmir. Məsələ ondadır ki, hər iki ölkə MDB üzvüdür. 9 dekabr 1992-ci il tarixli MDB vətəndaşlarının vizasız səyahət haqqında müqaviləyə görə üzv ölkələrin vətəndaşlarından viza tələb edilmir. Lakin sazişin hüquqi normaları Ermənistan və Azərbaycan vətəndaşları üçün de-fakto işləmir. Bunun səbəbi də Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsi idi. Bu gün Azərbaycan bu işğala son qoysa da, iki ölkə arasında sülh müqaviləsi yoxdur. Bu da o deməkdir ki, iki ölkə hələ də müharibə vəziyyətindədir. Görünür, erməni tərəfi bu reallıqları unudub. Qarabağa MDB vətəndaşlarının buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi yerdən olmalıdır. laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridordur”.
20 Aprel 2021 Prezident İlham Əliyev: Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq
19 Aprel 2021 Prezident Pakistanla bağlı vacib sənəd imzaladı
19 Aprel 2021 Prezident daha 3 ölkəyə səfir təyin etdi
12 Aprel 2021 Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib
10 Aprel 2021 İlham Əliyev Özoralla görüşdü - Foto
08 Aprel 2021 Hava kəskin dəyişəcək, yağış yağacaq – Xəbərdarlıq
06 Aprel 2021 Prezident müraciət etdi - Video
04 Aprel 2021 Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır
31 Mart 2021 İlham Əliyev: "Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur"
31 Mart 2021 Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı - VİDEO
31 Mart 2021 Azərbaycan Prezidenti Türk Şurasının Zirvə toplantısında çıxış edib
31 Mart 2021 Ceyhun Bayramov: "Ermənistanın cəzasızlığına son qoyulmalıdır"
28 Mart 2021 Qarabağdakı 44 gün Fulya Öztürkün təqdimatında - Video
26 Mart 2021 “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
25 Mart 2021 Koronaya yoluxanların sayı 1400-ü keçdi
20 Mart 2021 Prezidentlə ailəsi Cıdır düzündə tonqal yandırıb - Mehriban Əliyevadan təbrik
20 Mart 2021 Prezident Şuşadan xalqa müraciət etdi - Video
19 Mart 2021 Bayram günləri ictimai nəqliyyat işləməyəcək
17 Mart 2021 Pakistan səfirindən Azərbaycana çağırış
15 Mart 2021 Səhra idarəetmə məntəqələri rayonlara çıxarılır - MN
11 Mart 2021 Nazirlik xəbərdarlıq etdi: Bayıra çıxmayın!
03 Mart 2021 Bəyanat pozulur: İrəvan Rusiya ilə bunu müzakirə edə bilməz!
02 Mart 2021 İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzaladı
01 Mart 2021 Türkiyə-Azərbaycan birgə təlimlərinin dünyaya ötürdüyü 2 MESAJ
26 Fevral 2021 Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis əvəzi vəzifəsindən çıxarıldı
26 Fevral 2021 İlham Əliyev Rusiya sülhməramlılarını tənqid etdi
11 Fevral 2021 Mehriban Əliyevadan İSESKO-ya üzv olan ölkələrə - Çağırış
06 Fevral 2021 Prezidentin köməkçisi Zəngilan və Cəbrayıla səfərdən YAZDI
01 Fevral 2021 Prezident və Mehriban Əliyeva 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar - YENİLƏNİB+FOTO/VİDEO
29 Yanvar 2021 Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Xəbər lenti