
Tanınmış tarixçi alim Dilavər Əzimli vəfat edib.
Koronavirusa yoluxan alim komada idi. O, dünən axşam saatlarında dünyasını dəyişib.
Xatırladaq ki, 62 yaşlı D. Əzimli ilin əvvəlindən koronavirusa yoluxaraq FHN-nin Zığdakı modul tipli xəstəxanasında müalicə alırdı. O, süni tənəffüs aparatına qoşulmuşdu.
Qeyd edək ki, tarix elmləri üzrə fəlsəfə doktoru olan D.Əzimli 10 ildir pedaqoji fəaliyyətlə məşğul olub. O, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi olub. Bu günə qədər onun 104 elmi əsəri çapdan çıxıb.