.
MM-in Mədəniyyət komitəsinin sədri Q.Paşayeva şəhid Baş leytenant Famil Əhmədzadənin atası ilə görüşüb və "qəhrəman şəhidlərimizin qarşısında baş əyirik" deyib

AFİA.AZ xəbər verir kİ, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsində şəhid olmuş Baş leytenantı Famil Əhmədzadənin atası Ağaəhməd Əsgər oğlu Əhmədovla görüşüb, ürək sözlərini bölüşüb:
"Əziz şəhid atası, işğalçı düşmən üzərində qələbə münasibəti ilə sevinci, qüruru və təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik! Tarix müəllimi olan oğlunuz məktəbdə, tədrisdə olduğu kimi cəbhədə, döyüşlərdə də öz şücaəti ilə seçilib. Şəhid zabitimiz Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub. Famil Əhmədzadə kimi zabitlərimizlə hər zaman qürur duyacağıq! Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır intiqam alınıb. Azərbaycanımızın tarixi zəfəri münasibəti ilə Sizi bir daha təbrik edir, vətəncanlı övlad böyütdüyünüz üçün Sizə öz dərin təşəkkürümüzü yetiririk"! Qəhrəmanın atasına Komitə adından Təşəkkür məktubu, Qarabağ mövzusunda rəsm əsəri və xatirə hədiyyələri təqdim edilib. Görüşdə Millət vəkili Məşhur Məmmədov, RHİM İB sədri Arzu Bağırova iştirak edib və öz ürək sözlərini bölüşüblər. Qeyd edək ki Famil Əhmədzadə (23.09.1975, Xətai rayonu, Bakı - 14.10.2020, Talış, Tərtər) - Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, tarix müəllimi idi. O, 1997-ci ildən etibarən məzunu olduğu İsmayıllı şəhər 3 saylı məktəb-liseyində müəllim kimi fəaliyyət göstərib. Həqiqi hərbi xidmətini 1999-2000-ci illərdə keçən Famil Əhmədzadə, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllimlik fəaliyyətini davam etdirib. Tarixçi kimi yetişdirdiyi yüzlərlə şagird yüksək bal toplayaraq ali məktəblərə daxil olub. Famil Əhmədzadə 2020-ci ildə Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq ordu sıralarına yazılıb. Baş leytenant Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq onları qələbəyə səsləyib. O, Talış və Suqovuşan istiqamətindəki döyüşlərdə özünəməxsus cəsurluqla fərqlənib. Oktyabrın 13-dən 14-nə keçən gecəki döyüşlərdə qəhrəmancasına şəhid olub. Ruhu şad olsun!



20 Aprel 2021 Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı
20 Aprel 2021 İtkin düşən 24 hərbçi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2021 Qənirə Paşayeva“Armudu” layihəsinin qonağı olub
18 Aprel 2021 Məktəblidən təsirli şeir: Nehrəm Şəhidi Elvin Teymurov
18 Aprel 2021 Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal+Video
18 Aprel 2021 Gənc tar ifaçısı Ülvi Allahverən:"Azərbaycan tarı öz ecazkar səslənişilə fərqlənir"
17 Aprel 2021 Qənirə Paşayeva Gənc direktoru Komitədə qəbul edib.
17 Aprel 2021 Bu ərzaqları soyuducuda saxlamaq olmaz
17 Aprel 2021 Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib
16 Aprel 2021 Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: “Danışılanlar nağıldır…”
16 Aprel 2021 Dostluq təməli.
16 Aprel 2021 ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
16 Aprel 2021 Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı
16 Aprel 2021 Q.Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşüb.
16 Aprel 2021 Nikolun səs yazısı yayıldı: Naxçıvana yolun açılması...
14 Aprel 2021 Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
14 Aprel 2021 Məcburi köçkünlər azad olunmuş ərazilərə nə vaxt qayıdacaq? - Prezident AÇIQLADI
14 Aprel 2021 Rusiya III Dünya müharibəsi başlada bilər - Kravçuk
13 Aprel 2021 Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə
13 Aprel 2021 Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
12 Aprel 2021 Qənirə Paşayeva Sevil Gültənlə görüşüb
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy: saxlanılanlar var
11 Aprel 2021 Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə
11 Aprel 2021 Türkiyə Ukraynanı dəstəklədi, amma... - Türk ekspert
10 Aprel 2021 “Onlar qisas və təhlükə mənbəyidir” - Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri
10 Aprel 2021 Qənirə Paşayeva görkəmli bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb
09 Aprel 2021 Sərt karantin rejimi nə vaxt ola bilər? - ÖTƏN İLLƏ MÜQAYİSƏ
09 Aprel 2021 Q.Paşayeva Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
09 Aprel 2021 Yeni sədr “Media haqqında” qanun layihəsindən danışdı
09 Aprel 2021 Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu

Xəbər lenti