.

Dünən İmişli şəhər 7 saylı orta məktəbdə “Qalib ölkənin qadınları” adlı tədbir Keçirilib Onlayn tədbirdə pedaqoqlar iştirak edib. Tədbirdə əsasən 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak etmiş Qəhraman qadınlarımızdan və ümumilikdə Azərbaycan qadınlarından danışılııb.Tədbirdə Şəhid əsgər Elçin İsmayılovun və Şəhid mayor Vidadi Əhmədovun ailə üzvləri də iştirak edib.
Tədbirdə iştirak edənlər arsında Gənc yazar Sevindik Nəsiboğlu da olub. O bildirdi ki, 2 saata qədər davam edən tədbir kədərli olsa da çox axıcı və hər dəqiqəsi çox maraqlı idi.
"Mən də tədbirdə Milli Qəhrəmanımız Salatın Əsgərovaya həsr etdiyim “Salatın” adlı şeirimi söylədim və “Qadınlar dünyanın qəhrəmanıdır” adlı çıxış etdim.
Məni tədbirə dəvət etdiyi üçün İmişli şəhər 7 saylı orta məktəbin biologiya müəlliməsi Tərəqqi medallı, İlin müəllimi Leyli Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Leyli müəllimə bu ağır tədbiri elə planla idarə etdi ki, heç kim kənarda qalmadı.Hamı öz ürək sözünü dəfələrlə söyləyə bildi.
Tədbirdə iştirak edən dəyərli pedaqoqlara Salyan Peşə Liseyinin direktoru Tərəqqi medallı Razıgül xanım Dadaşovaya, Abşeron rayon Ə.Vahid adına Masazır 1 nömrəli tam orta məktəbin musiqi müəlliməsi Şükufə xanım Qasımovaya, Bakı şəhəri Xətai rayonu 17 saylı tam orta məktəbin riyaziyyat və informatika müəlliməsi Aynurə xanım Əzizovaya və Bərdə şəhəri Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin biologiya müəlliməsi Nigar xanım Şükürovaya gözəl çıxışlarına görə dərin təşəkkürümü bildirirəm"-deyə S.Nəsiboğlu bildirdi
***

SALATIN
(Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın əziz xatirəsinə)

Əsgərova Salatın,
İçdi jurnalist andın.
Azərbaycanlı ana,
Azərbaycanlı qadın.
Milli Qəhrəmanlığın,
Görün, yolundan döndü?
Mənfurlar tərəfindən
O yolda öldürüldü.
Ölmədi əslində o,
Şəhidliyə ucaldı.
Tomris, həm Sara kimi,
Qəhrəman adın aldı.
Erməninin gözünə,
Neçə kölgələr saldı.
Bir uca ana kimi,
Yaddaşımızda qaldı.
Yalan xəbər vermədi,
Heç özünü öymədi.
Düşmənini söymədi,
Onun mərtəbəsinə,
Özün layiq bilmədi.
Çünki, bir adı vardı:
Salatın Əsgərovaydı.
Əsgərlərlə görüşüb,
Xəbər toplamalıydı.
Qan-qadalı günlər də,
Onun getdiyi andır.
Yoxdursa da əsas bu:
O, Milli Qəhrəmandır!
Əsgərova Salatın,
İçdi jurnalist andın.
Azərbaycanlı ana,
Azərbaycanlı qadın!

QADIN DÜNYANIN QƏHRƏMANIDIR!
Bunu söyləməsək olmaz. Çünki, Qadın Anadır. Ana bu dünyada yaşayıb-yaratmış olan şəxsiyyətləri, alimləri, müdrikləri dünyaya gətirən, yetişdirən müdrikdir. Ana Peyğəmbər Anasıdır. Ana İmam anasıdır. Ana alimlər anasıdır. Ona görə də Anaların, Qadınların qədrini bilmək lazımdır.
Keçmişimizdəki bir çox döyüşlərdə, müharibələrdə, xalqımızın pis günündə sinə gərən neçə Vətən oğlu var idisə, o qədər də Vətən qızı var idi. O Vətən qızları ki, öz ömür-gün yoldaşlarını cəbhəyə, döyüşə yola salanda içindəki acıya sinə gərirdi. O Vətən qızları ki, Vətən oğullarının dərdinə dərman olmaq üçün könüllü xidmətə yollandılar. Sona qədər döyüşdülər, şər qüvvəyə sinə gərdilər. Birinci Qarabağ müharibəsində nə qədər qəhrəman qadınlarımız olub. Salatın Əsgərova, Gültəkin Əsgərova, Qaratel Hacımahmudova. Onların şanlı dastanlarından güc alan, bu güclə düşmənlərdən öc alan bir qadınımız, bir Anamız da Vətən müharibəsində Şəhid oldu: Arəstə Baxışova.
Gültəkin Əsgərova və Arəstə Baxışova... Gültəkin Şəhid oldu, Arəstə qisasını aldı... Onların ikisi də Qəhrəman oldu, Qəhrəmanlarımızın qisasını aldı. Əsgərlərimizin dərdinə dəva oldular, şəfa tapdılar, onları ayağa qaldırdılar, ən ağır yaralını dirçəltdilər, diriltdilər... Ancaq, özləri həyata qayıtmadı və bir daha da qayıtmayacaq... Onlar bir daha həyata qayıtmasa belə, bizim ürəyimizdə, ruhumuzda hər an yaşayacaqlar... Onların xatirəsi Zəfər daim olduqca, dünya durduqca əziz qalacaqdır... Maraqlıdır ki, Gültəkin Əsgərova Şəhid olduğu Aranzəmindən dəmir tabutla Bakıya, and yerimiz Şəhidlər Xiyabanına gətirildikdə tabutun üstündə Xarıbülbül var idi... O zaman Xarıbülbül işğalla azadlığın arasında idi və get-gedə solmağa başlayırdı... Sonra soldu... Həcərin igid nəvəsi, Gültəkinin igid qızı sayılacaq Şəhidimiz Arəstə Baxışova da o Xarıbülbülü işğaldan azad etdi və Xarıbülbül dirçəldi... Bir daha da qurumayacaq...
Salatın Əsgərova müxbir idi. İşlədiyi qəzetin hər sayında ermənilərin necə qatil olduqlarından yazırdı. Qarabağdan yazırdı. Həmişə Qarabağa can atırdı. Səhhətində problemlər yaransa belə Qarabağa getmək istəyirdi. 1991-ci i 8 yanvarda Laçının Ağanus kəndində əsgərlərimizlə bir yerdə olan və hətta, onların silahları ilə sərrast atəş açan Salatın oradan Şuşaya yollandı. Yol ilə gedərkən Şuşanın Qaladərəsi kəndində ermənilər öz cəlladlıqlarından, qatilliklərindən istifadə etdilər. Maşına ard-arda atəş açdılar. Sonralar maşında təxminən 100-dən çox güllənin olduğu deyildi. Bu da ermənilərə bəs olmadı, maşına tərəf gəldikdə hələ yaralı olan Salatını gördülər. Yenə ard-arda güllə atdılar, ancaq, onu öldürmədilər. O, Şəhid oldu...
Azərbaycanın Qadınları, Anaları unudulmazdır... Onlar həm Qəhrəman yetiriblər, həm də Qəhrəman olublar... Onlar Azərbaycan xalqı üçün müqəddəsdirlər... Ana haqqı – Tanrı haqqıdır... Adlarını çəkdiyim Analar Allah dərgahındadır... Allah Onlara rəhmət eləsin! Amin!
Sevindik Nəsiboğlu.
 

Xəbər lenti