.

Gəncədə ehtiyatsızlıqdan bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına  görə, hadisə şəhərin “38 Hərbi  şəhərcik” adlanan yaşayış binasındakı mənzillərin birində  qeydə alınıb.
2001-ci il təvəllüdlü Fidan İsmayılova qarının daxilə keçən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal qadın əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qadının yaxınlarının dediyinə görə, mətbəxtə ehtiyatsızlıqdan bıçaq əlindən düşüb qarnına batıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti