.

MM-nın Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Gənc Politoloqlar Təşkilatının Xocalı Soyqırımının 29-cu ildönümü ilə bağlı təşkil etdikləri konfransda gənclərə çağırış edib.
AFİA.AZ xəbər verir ki, Azərbaycan Gənc Politoloqlar Təşkilatı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı “onlayn” konfrans keçirib.
Komitə sədri Xocalı soyqırımına aparan hadisələr zəncirindən, xalqımızın yaşadığı ağır faciənin insanların, ailələrin, cəmiyyətin və bütövlükdə xalqın həyatındakı dərin izlərindən danışıb. Q.Paşayeva ötən illər ərzində xalqın sınmadığını, toparlandığını və nəhayət 44 günlük Vətən Müharibəsi ilə əldə edilmiş tarixi zəfərdən sonra bölgədə yeni reallıqlar yarandığını xüsusi vurğulayıb. Bütün hallarda Xocalı soyqırımı günahkarlarının sonuncu nəfərindək ədalət mühakiməsinə cəlb edilməsi, cəzalandırılması üçün bundan sonra da işlərin aparılacağını qeyd edən Komitə sədri, gənc nəslin, ictimai fəal qüvvələrin üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb. Komitə sədri Heydər Əliyev Fondunun, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ciddi nəticələrini nümunə gətirib.
“Bəli, biz Xocalıya ədalət istəyirik. Bizim mübarizəmiz, istəyimiz bütün parametrlər üzrə beynəlxalq hüquqa, insan haqlarına əsaslanır və ədalətlidir. Xocalı soyqırımı canilərinin öz haqq etdikləri cəzanı almaları dünyada bir daha soyrıqımlar olmamamsı üçün çox vacibdir”.
Q.Paşayeva dünyada Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmiş ölkələrə, parlamentlərə, ayrı-ayrı qurum və quruluşlara bir daha təşəkkür ifadə edərək, gəncləri, onların timsalında dünya azərbaycanlı gənc fəalları, Azərbaycan dostlarını Xocalı (Azərbaycan) həqiqətlərini dünyaya yaymağa çağırıb.
20 Aprel 2021 Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı
20 Aprel 2021 İtkin düşən 24 hərbçi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2021 Qənirə Paşayeva“Armudu” layihəsinin qonağı olub
18 Aprel 2021 Məktəblidən təsirli şeir: Nehrəm Şəhidi Elvin Teymurov
18 Aprel 2021 Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal+Video
18 Aprel 2021 Gənc tar ifaçısı Ülvi Allahverən:"Azərbaycan tarı öz ecazkar səslənişilə fərqlənir"
17 Aprel 2021 Qənirə Paşayeva Gənc direktoru Komitədə qəbul edib.
17 Aprel 2021 Bu ərzaqları soyuducuda saxlamaq olmaz
17 Aprel 2021 Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib
16 Aprel 2021 Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: “Danışılanlar nağıldır…”
16 Aprel 2021 Dostluq təməli.
16 Aprel 2021 ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
16 Aprel 2021 Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı
16 Aprel 2021 Q.Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşüb.
16 Aprel 2021 Nikolun səs yazısı yayıldı: Naxçıvana yolun açılması...
14 Aprel 2021 Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
14 Aprel 2021 Məcburi köçkünlər azad olunmuş ərazilərə nə vaxt qayıdacaq? - Prezident AÇIQLADI
14 Aprel 2021 Rusiya III Dünya müharibəsi başlada bilər - Kravçuk
13 Aprel 2021 Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə
13 Aprel 2021 Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
12 Aprel 2021 Qənirə Paşayeva Sevil Gültənlə görüşüb
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy: saxlanılanlar var
11 Aprel 2021 Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə
11 Aprel 2021 Türkiyə Ukraynanı dəstəklədi, amma... - Türk ekspert
10 Aprel 2021 “Onlar qisas və təhlükə mənbəyidir” - Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri
10 Aprel 2021 Qənirə Paşayeva görkəmli bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb
09 Aprel 2021 Sərt karantin rejimi nə vaxt ola bilər? - ÖTƏN İLLƏ MÜQAYİSƏ
09 Aprel 2021 Q.Paşayeva Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
09 Aprel 2021 Yeni sədr “Media haqqında” qanun layihəsindən danışdı
09 Aprel 2021 Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu

Xəbər lenti