.


Bu gün XX əsrin ən böyük dəhşətlərindən olan


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım baş vermişdir.  Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi.Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar.Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. O, qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Xocalının müdafiəsi zamanı yeddi Azərbaycanın Milli Qəhrəmanı iştirak etmişdir Döyüşlərdə Şöhrət Həsənov şəhid olmuş və ölümündən sonra Azərbaycan prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır.

20 Aprel 2021 Güclü külək əsəcək - Nazirlikdən XƏBƏRDARLIQ
19 Aprel 2021 Prezident QHT Şurasını ləğv etdi
18 Aprel 2021 Ağdamda daha bir nəfər minaya düşdü
17 Aprel 2021 Koronaya yoluxanların bugünkü sayı açıqlandı
13 Aprel 2021 “Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?”
03 Aprel 2021 TƏBİB sədrindən pandemiya ilə bağlı - Açıqlama
02 Aprel 2021 Nazirlik Vətən müharibəsi qazilərinə müraciət etdi
01 Aprel 2021 Məktəblər bağlanır - Təcili
01 Aprel 2021 Baş nazirdən vaksinasiya prosesi ilə bağlı tapşırıq
31 Mart 2021 Azərbaycan XİN bəyanat yaydı
31 Mart 2021 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür.
30 Mart 2021 Koronaya yoluxanların sayı 2 mini keçdi
29 Mart 2021 Bu gündən ictimai nəqliyyatın hərəkəti bərpa olunur
24 Mart 2021 Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
17 Mart 2021 Prezident və xanımı Şuşada - Foto/Video
14 Mart 2021 Beş ölkə etiraz etdi: Avropada peyvənd qeyri-bərabər bölünür
13 Mart 2021 Yoluxanların sayı 700-ü keçdi
10 Mart 2021 Nazirlikdən hava xəbərdarlığı - güclü külək əsəcək, intensiv qar yağacaq
05 Mart 2021 İctimai nəqliyyat bu dəfə 3 gün işləməyəcək
04 Mart 2021 Türkiyədə helikopter qəzası: general həlak oldu
04 Mart 2021 Azərbaycan və Türkiyə hərbçiləri təlimlərə başlayır
03 Mart 2021 Vaksinasiya olunmaq istəməyən müəllimləri nə gözləyir? - AÇIQLAMA
28 Fevral 2021 Müdafiə Nazirliyi Ağdamda həlak olan əsgərlə bağlı məlumat yaydı
27 Fevral 2021 Əliyev: Dağlıq Qarabağ ifadəsini işlətməməliyik - Video
25 Fevral 2021 Xocalı soyqırımından 29 il ötür.
22 Fevral 2021 Ceyhun Bayramov Türkiyəyə gedir
17 Fevral 2021 Baş nazirdən un və çörəyin qiyməti ilə bağlı QƏRAR
17 Fevral 2021 Sabahın hava proqnozu - XƏBƏRDARLIQ
14 Fevral 2021 İlham Əliyev Ərdoğana başsağlığı verdi
14 Fevral 2021 Putin Rusiyadakı etirazlara münasibət bildirdi - VİDEO

Xəbər lenti