.

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilmişdir.
AFİA.AZ xəbər verir ki, 25 fevral 2021-ci il tarixdə YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar olaraq videokonfrans formatında anım tədbiri keçirilmişdir.
Tədbir Xocalı faciəsinin qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə öz işinə başlamışdır.
Tədbirdə YAP Nərimanov rayon Təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov rayon İcra başçısının müavini İradə Mahmudova, 258 saylı tam orta məktəbin direktoru Sədaqət Hüseynova, YAP Nərimanov rayon Təşkilatının Qadınlar Şurasının üzvü ,t.ü.f.d Yazgül Abdiyeva, YAP Nərimanov rayon Təşkilatının Gənclər Birliyinin sədri Nərminə Yunusova çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri olduğunu vurğulayıblar. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Qeyd etmişlər ki, hələ zamanında bu faciənin tanınması üçün var gücü ilə çalışan Ümumilli Lider Heydər Əliyevin bu yöndə fəaliyyətini davam etdirməklə Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun, xüsusilə, Leyla xanım Əliyevanın gördüyü unikal işlərin sayəsində artıq dünya ictimaiyyəti Xocalı həqiqətlərini qəbul edir və dəhşətli cinayətin soyqırımı olması faktı keçirilən tədbirlərlə yanaşı, dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır.
Natiqlər bildirmişlər ki, Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti sayəsində bu dəhşətli faciənin günahsız qurbanlarının qisası alındı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun “Dəmir yumruq” əməliyyatı düşməni darmadağın etdi, əzəli-əbədi torpaqlarımızı 28 illik əsarətdən xilas etdi.
Tədbirdə, həmçinin, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayan hər bir azərbaycanlının bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsinin ehtiramla yad edildiyi və qisaslarının alındığı vurğulanmışdır.

20 Aprel 2021 Rusiya “İsgəndər-M”lə bağlı məktubu cavablandırdı - Prezident razılaşmadı
20 Aprel 2021 İtkin düşən 24 hərbçi ilə bağlı - Rəsmi açıqlama
20 Aprel 2021 Qənirə Paşayeva“Armudu” layihəsinin qonağı olub
18 Aprel 2021 Məktəblidən təsirli şeir: Nehrəm Şəhidi Elvin Teymurov
18 Aprel 2021 Konsulun saxlanılmasının görüntüləri yayıldı - Ukrayna-Rusiya arasında qalmaqal+Video
18 Aprel 2021 Gənc tar ifaçısı Ülvi Allahverən:"Azərbaycan tarı öz ecazkar səslənişilə fərqlənir"
17 Aprel 2021 Qənirə Paşayeva Gənc direktoru Komitədə qəbul edib.
17 Aprel 2021 Bu ərzaqları soyuducuda saxlamaq olmaz
17 Aprel 2021 Münaqişə ilə bağlı beynəlxalq təzyiqlərin yetərli olmaması düşməni daha da həvəsləndirib
16 Aprel 2021 Hərbi prokuror Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı: “Danışılanlar nağıldır…”
16 Aprel 2021 Dostluq təməli.
16 Aprel 2021 ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
16 Aprel 2021 Azərbaycan ordusunun şanlı zəfər simvolu – Hərbi Qənimətlər Parkı
16 Aprel 2021 Q.Paşayeva Vətən Müharibəsinin şəhidi Arif Həmzəyevin atası ilə görüşüb.
16 Aprel 2021 Nikolun səs yazısı yayıldı: Naxçıvana yolun açılması...
14 Aprel 2021 Bu vaksindən istifadəyə fasilə verilir - Birgə bəyanat
14 Aprel 2021 Məcburi köçkünlər azad olunmuş ərazilərə nə vaxt qayıdacaq? - Prezident AÇIQLADI
14 Aprel 2021 Rusiya III Dünya müharibəsi başlada bilər - Kravçuk
13 Aprel 2021 Palata bu nazirlikdə 79 nöqsan aşkarladı – MM-də müzakirə
13 Aprel 2021 Şəhid ailələrinin sosial təminatının gücləndirilməsi sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir
12 Aprel 2021 Qənirə Paşayeva Sevil Gültənlə görüşüb
12 Aprel 2021 Hadı Rəcəblinin restoranında toy: saxlanılanlar var
11 Aprel 2021 Ərdoğan-Zelenski görüşünün nəticələri – 20 maddə
11 Aprel 2021 Türkiyə Ukraynanı dəstəklədi, amma... - Türk ekspert
10 Aprel 2021 “Onlar qisas və təhlükə mənbəyidir” - Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri
10 Aprel 2021 Qənirə Paşayeva görkəmli bəstəkar-pedaqoq Oqtay Rəcəbovla görüşüb
09 Aprel 2021 Sərt karantin rejimi nə vaxt ola bilər? - ÖTƏN İLLƏ MÜQAYİSƏ
09 Aprel 2021 Q.Paşayeva Xasiyyət Rüstəmin 50 illik yubileyinə həsr olunmuş konfransda çıxış edib
09 Aprel 2021 Yeni sədr “Media haqqında” qanun layihəsindən danışdı
09 Aprel 2021 Erməni generallar Müdafiə Nazirliyinin hasarının üstündən tullanmalı oldu

Xəbər lenti