.

AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi institutlara məktub göndərərək onlara 2018-ci ildə verilmiş bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.
O bildirib ki, bununla bağlı AMEA əməkdaşlarına ötən gün məlumat verilib: “Onlar bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib və AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin müdiri Elton Məmmədov (Ziya Məmmədovun qardaşı), müdir müavini Fikrət Əliyev (Ramiz Mehdiyevin kürəkəninin qardaşı) bu məsələdə birbaşa maraqlıdırlar, bu işdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən akademik Qərib Məmmədov, İşlər idarəsinin müdirinin keçmiş müavini Sərdar Əliyev və “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin direktoru Vəliyəddin İbrahimov xüsusi rol oynayırlar”.
AMEA-nın əməkdaşları “Qafqazinfo”ya faktı təsdiqləyiblər və əlavə ediblər ki, artıq onlara torpağın əllərindən alınması barədə məlumat verilib: "Dünən bu məsələ ilə bağlı iclas keçirilib və qərar da orada verilib".
AMEA-nın Mətbuat və İnformasiya şöbəsinin əməkdaşı Gülnar Hacıyeva isə qeyd edib ki, hər gün AMEA prezidenti Ramiz Mehdiyevlə görüşsələr də, belə bir məlumatdan xəbərsizdirlər: “Bunları hardan tapıb yazırlar? Nə qədər qeyri-peşəkar insanlardırlar. Belə bir şey ola bilməz. O nə qərardır? Belə bir sənəd yoxdur axı. Elə bir şey ola bilər? 500 əməkdaşın əlindən bağ sahəsini almaq nə deməkdir? Bunlar hamısı yalandır”.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.
24 Fevral 2021 Azərbaycan və Pakistan parlament dostluq qruplarının Xocalı soyqırımına həsr olunmuş görüşü keçirilib
24 Fevral 2021 Vətəndaşın hüquqlarını pozan daha bir şəxsin qanunsuz əməlləri ifşa edildi
24 Fevral 2021 Gürcüstan bu tarixdən sərhədlərini Rusiya vətəndaşlarına açır
24 Fevral 2021 Rusiyadan ABŞ-a İranla bağlı çağırış
24 Fevral 2021 Son sutkada yoluxanların sayı açıqlandı
24 Fevral 2021 Qənirə Paşayeva Axıska Türklərinin "Vətən" İctimai Birliyinin üzvləri ilə görüşdü - FOTOLAR
24 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Rasim Məmmədovun ailə üzvləri ilə görüşüb
24 Fevral 2021 Paşinyan Rusiyanı BİABIR ETDİ: ““İsgəndər” raketlərini atdıq, partlamadı”
24 Fevral 2021 Qarlı havaya görə bəzi məktəblərdə dərslər təxirə salındı
23 Fevral 2021 Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
22 Fevral 2021 Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi niyə güclənməkdədir? - ŞƏRH
22 Fevral 2021 “Peyvəndləmə yalnız bu halda təsirli ola bilər” - ÜST rəhbəri
22 Fevral 2021 Bu qışın ən soyuq günü bu tarixdə olacaq - Açıqlama
22 Fevral 2021 72 yeni yoluxma faktı qeydə alınıb, 75 nəfər müalicə olunaraq sağalıb
22 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Səid Cəfərovun anası ilə görüşüb
22 Fevral 2021 Cəriməsini ödəməyən şəxs bölməyə aparıla bilər?
22 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Vüsal Şirinovun atası ilə görüşüb
21 Fevral 2021 Sevindik Nəsiboğlu yazır: “Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi” – Şirxan Quliyev
21 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz, Baş leytenant İlqar Vəliyevin həyat yoldaşı ilə görüşüb
21 Fevral 2021 Q.Paşayeva Yaponiyanın nümayəndə heyəti ilə görüşdə Qarabağ həqiqətlərinin dost Yaponiyada daha geniş yayılması barədə təkliflərlə çıxış edib.
21 Fevral 2021 Göyçayda avtomobil kanala düşdü: yaralılar var - Video
20 Fevral 2021 İnsanda ilk dəfə quş qripi aşkarlandı
20 Fevral 2021 Q. Paşayeva tanınmış pantomim aktyoru, Xalq artisti Pərviz Məmmədrzayevi 50 illik yubileyi münasibəti ilə təbrik edib
20 Fevral 2021 Yaşı 16-dan aşağı olanlar metal tullantılarını təhvil verə bilməyəcək - QƏRAR
20 Fevral 2021 Ərdoğan Azərbaycanla bağlı sazişi imzaladı
20 Fevral 2021 Böyük ehtimalla, yeni müharibə qaçılmaz olacaq - Şok açıqlama
20 Fevral 2021 Q.Paşayeva qəhrəman şəhidimiz Musa Həmzəyevin ailəsi ilə görüşüb
20 Fevral 2021 İctimai nəqliyyat iki gün işləməyəcək
20 Fevral 2021 ABŞ ordusunu bu ölkədən çıxaracaq? - Ostin
19 Fevral 2021 Q. Paşayeva Əməkdar incəsənət xadimi, kinorejissor Cəmil Fərəcovla görüşüb

Xəbər lenti